Ötən ay hörmətli Adnan Oktarın izah etdiyi mövzulardan birini, hz. Mehdinin (əs) üstün əxlaqını və fiziki xüsusiyyətlərini yayımlamışdıq. Bu ay isə hz. Mehdinin (əs) elmi mübarizəsinin və mübarizə mühitinin xırdalıqlarını hörmətli Adnan Oktarın dəyərli izahlarından topladığımız məlumatlarla yayımlayırıq.
Hz. Mehdinin (əs) elmi mübarizəsi
Hz. Mehdinin (əs) əbcəd elmini bilməsi
Daşköprülüzadə Əhməd Əfəndi "Məvzuatul - Ulum" adlı əsərində (11/246) hz. Mehdinin (əs) cifr (hərfləri ədədlə qiymətləndirərək gələcəkdən xəbər vermək.) elminə vəqf olacağını qeyd etmişdi.
"Bəziləri dedilər ki, bu kitabı kamal-i vüqüf axırzamanda hurucu muntazar hz. Mehdinin (əs) hurucuna həbs olunmuşdur ki, onlar cifr (əbcəd) elminə vəqf və sirlərinə arif olurlar. Kitab-ı ənbiyada illər öncədən bu elm gəlib çatmışdır. (Mehdilik və İmamiyyə, İbrahim Süleymanoğlu, səh. 252)
"Qurandakı əbcədləri biləcəyini bir açıqlamasında görürük. Mehdi (əs) Quranın sirlərini, Qurandakı hərf kimi ifadə edilən əbcəd elmini biləcək. Yəni axırzamanda hadisələrə əsaslanaraq bu elmi insanlara göstərəcək, izah edəcək inşaAllah."
Hz. Mehdi (əs) Nur tələbəsi olmayacaq
Bədiüzzaman- "Hz. Mehdi (əs) Nur tələbəsi olmayacaq" deyir. Bunu Sunqur qardaş da demişdir. Qılınc Əli Paşa Məscidində mən, Sunqur qardaş, bizim uşaqlar hər kəs oturmuşdu. Biz o vaxtlar sarıqla namaz qılırdıq. Hər kəsin başında sarıq olurdu və bel xəttindən kürəyimizin arasından sallanırdı. Məscidin içinə toplaşmışdıq. Sunqur qardaş da oraya ziyarətimizə gəldi. Bədiüzzamanın tələbələrindən, yəni daha məşhur tələbələrindən biri adımı soruşdu, adım "Adnan" dedim. Soyadımı soruşdu "Oktar" dedim. Sonra cibindən dəftər-qələm çıxartdı. Bir əbcəd hesablaması apardı. Bir neçə rəqəm yazdı, nə isə bir şey yazdı. Sunqur qardaş sonra bir az daha yaxınlaşdı. Dedim:"Müəllim" "mən sizdən bir şey soruşacam" - "Mehdi (əs)" "Nur tələbəsi olacaq?" dedim. Bədiüzzamanın nəql etdiyinə görə "Bədiüzzaman söylədi" dedi "tam fərqli olacaq" dedi. Beləcə bir daha vurğuladı "tam fərqli olacaq" dedi. Mən çox həyəcanlandım. Dedi ki, əslində belə bir şeyi bu tərzdə deməzlər, heç kimə bildirməzlər. Baxın, tam fərqli olacaq. Çünki Bədiüzzaman dərslərdə Mehdi (əs) kimi tanıdılırdı. Yəni onun bunu mənə deməsi mənə çox etibar etdiyini bildirirdi. "Tam fərqli olacaq" dedi. Ondan sonra bir daha soruşmadım. Ayıb olar, narahat olar deyə sonradan artıq bu haqda sual vermədim. Amma gərək bir az da sual verərdim. Bunda da bir xeyir vardır. Allah qədərdə (tale) belə nəsib edib. Çox da soruşa bilmədim. "Tam fərqli olacaq" dedi. Yəni Nur tələbəsi olmayacaq."
Hz. Mehdi (əs) və tələbələri Risaleyi Nur Külliyyatının əsl sahibləridir
"Səid Nursi deyir ki: "Risaleyi Nur Külliyyatının, yəni bu əsərlərin əsl sahibi olacaq"deyir. Deyir ki, " Allah bu əsərləri, mənə ilhamla yazdırdı". Amma "Mehdi (əs) və tələbələri Risaleyi Nur Külliyyatının əsl sahibləridir" . Deyir ki, "O, "Risaleyi Nur Külliyyatının dərinliklərini izah edəcək." "O əsl mənada sahib çıxacaq" deyir. Mehdinin (əs) zühurundan sonra bu Risaleyi Nur Külliyyatı dünyada çox məşhur olacaq. İndi o qədər bilinmir. Hal-hazırda o qədər də tanınmır. Məsələn, bu "Şüalar" adlı əsər. Səid Nursinin çox məşhur, əhəmiyyətli bir əsəridir. Dünyanın bir çox yerində qadağan edilmişdir. Məsələn, Rusiyada da qadağandır hal-hazırda. Bir çox yerdə qadağandır. Lakin Mehdi (əs) dövründə ən çox oxunan əsərlərdən biri olacaq. Səid Nursi "Hz. Mehdi (əs) şəxsən sahibidir" deyir. "Əsl sahibidir" deyir.
Hz. Mehdinin (əs) mübarizə mühiti və zühuru
Hz. Mehdinin (əs) göz önündə olması
Peyğəmbərimiz (səv) "İnsanlardan gizlənəcək. "Hz. Musaya (əs) bənzər" deyir. Çünki risk və təhlükə, ölüm təhdidi altında olacağı üçün Mehdi (əs) gizlənəcək. Yəni gizli olacaq. İki dəfə qeyb olacaq. Peyğəmbərimizdən (səv) soruşurlar "Hz. Musaya (əs) hansı yöndən oxşayır?" deyirlər, "gizlənməsi ilə" deyir və"qorxu yönü ilə". Yəni "ətraf çox qorxulu olacaq, o da ona qarşı tədbirli olub gizlənəcək" deyir. Bir çox hədisdə bu şəkildə ifadə edilmişdir."
Hz. Mehdinin (əs) sıxıntı və çətinliklərlə qarşılaşması
"Mehdi həbsə girəcək, təhqirə, böhtana uğrayacaq, cəmiyyət, alimlər, alim kimi tanınan şəxslər tərəfindən təzyiqə məruz qalacaq. İmam Rəbbani Məktubatında və Peyğəmbərimizdən (səv) gələn hədisdə ondan sonra, "əhli sünnəyəm" , "aliməm" deyən bir alimin, İstanbulda yaşayan bir adamın böhtanına məruz qalacaq. Həmin şəxs iddia edəcək ki, "Mehdi (əs) çıxdığı vaxt İstanbuldakı, yəni Mədinədəki alim", guya alim olan o alim, saxtakar alimdir "Mehdi (əs) üçün, bu bizim dinimizi yox etdi deyəcək" deyir və "Bu adam azğındır" deyir, yəni "dinsizdir deyəcəklər" deyir. Peyğəmbərimiz (səv) deyir ki:"Mədinədəki alim Mehdi (əs) də, onu təsirsiz hala gətirəcək". Mehdi (əs) çox təzyiq və çətinliklərlə qarşılaşacaq. Və "dəccalın adamları onu izləyəcək" deyir."Dəccalın silahlı adamları onu Mehdini (əs) izləyər". Hətta "Mehdiyə (əs) işgəncə edərlər" deyir. Hətta bir rəvayətdə də deyilir ki, "Mehdi (əs) işgəncəyə məruz qalar, kürəyi döyülə-döyülə getdikcə genişlənər" Yəni "Ona hücum edildikcə, mətbuatda, televiziyada, hər yerdə hücum edildikcə şöhrəti və şanı yayılacaq". Yəni "Əleyhinə olan hər fəaliyyət onun şan-şöhrətini yayacaq. Hücumlar onun lehinə olacaq". Yəni o mənada deyil, işgəncə edildikcə, üstünə gəldikcə, böhtan atıldıqca, təhqir edildikcə şöhrət və şanı yayılacaq. Hər kəs onu tanıyacaq, gücünü, əzmini və qərarlarını da insanlar görəcəklər inşaAllah."
Hz. Mehdi (əs) xəlifənin olmadığı bir dövrdə çıxacaq
ADNAN OKTAR: Hz. Mehdi (əs) gəlmədən əvvəl, xəlifəlik xüsusilə Allah tərəfindən aradan qaldırılır. Çünki xəlifə varkən, Mehdi (əs) gəlsə, mən Mehdiyəm deyən biri onsuz da olmayacaq. Yəni başqa bir insanı lider elan etmək mümkün deyil. Çünki müsəlmanların onsuz da lideri var. Lider varkən, lider icad etmək Buxaridə də, Müslimdə də haramdır. Aydın şəkildə ifadə edilmişdir. Elə bir şey olmaz. Ona görə Allah xilafəti yığışdırmışdır. Hz. Xızır (əs) şəxsən bunda vəzifələnmişdir. Xilafət alınmışdır və hz. Mehdiyə (əs) mənən təhvil verilmişdir və hal-hazırda xilafət vəzifəsi Mehdinin (əs) üzərindədir. Yəni heç vaxt xilafət o mənada aradan qaldırılmaz. Xilafət, dövrü qurtardığı zaman Mehdiyə (əs) təhvil verilmişdir. Məsələn, Nəkşibəndi təriqəti Əli Heydər Əfəndiyə qədər davam edib. İmam-i Rəbbani qolu çox məşhur bir qoldur. Əli Heydər Əfəndi xilafəti dayandırıb. Yəni xəlifə təyin etməyib. Niyə təyin etməyib? Çünki xilafəti Mehdiyə (əs) təqdim edib. Xilafət hz. Xızırdan (əs) da Mehdiyə (əs) təqdim edilmişdir. Müsəlmanların xəlifəliyi inşaAllah. Yəni mənəvi xəlifəlik ondadır inşaAllah.
TARKAN YAVAŞ: Bütün böyük alimlər, siz daha yaxşı bilərsiniz inşaAllah, hamısı Mehdiyə (əs) təhvil verir.
ADNAN OKTAR: Təbii ki, yəni bütün 12 böyük təriqət də daxil olmaqla, hamısı tək-tək xilafəti hicri 1400 il əvvəlindən Mehdiyə (əs) təslim ediblər. Yəni bütün Nəkşibəndi təriqətləri, bütün qadiri, Şazəli, Mevlavi təriqətləri, hamısı belədir. Mehdinin (əs) ixtiyarında olduğu üçün heç biri hal-hazırda xəlifə təyin etmir.
Hz. Mehdi (əs) iki dəfə qeyb olacaq
"Peyğəmbərimiz (səv) onu hz. Yusufa (əs) bənzədir. Mehdi (əs) bütün peyğəmbərlərin xülasəsidir. Bütün peyğəmbərlərin xülasəsi, yəni özüdür. Peyğəmbərimiz (səv) "Hər Peyğəmbərə bənzəyər" deyir. Əyyuba (əs) da, hz. İbrahimə (əs) də, mənə də bənzəyər" deyir. "Hz. Yusufa (əs) hansı yönlərdən oxşayır, ya Rəsulullah?" dedilər: "Zindana düşməsi ilə bənzəyər" deyir. Amma hz. Yusuf (əs) kimi də gözəldir. Yəni hz. Yusufun (əs) başına gələnlər də Mehdinin (əs) başına gələcəkdir. Buna işarə edilir. Onsuz da Quranda Yusuf hekayəsi eyni zamanda Mehdini (əs) izah edir. Məsələn, Kəhf surəsi başdan sona qədər Mehdiyyəti izah edir. Surəyə diqqətlə baxılsa, əbcədlərinə çatana qədər tamamilə Mehdiyyətə hakimdir. Hətta Peyğəmbərimiz (səv) deyir: "Dəccalla qarşılaşdığınız vaxt Kəhf surəsini oxuyun" deyir. Bu nə deməkdir? "Mehdiyyət onun içindədir" deyir. Olduqca çox hədis vardır. Baxın dəccalla qarşılaşanda Kəhf surəsini oxuyun. Peyğəmbərimiz (səv) "Dəccaliyyətə qarşı döyüşün, mübarizənin sirlərini və Mehdiyyəti Kəhf surəsinin içində tapacaqsınız" deyir.
Hz. Mehdinin (əs) darvinizmi, materializmi yıxıb İstanbulu mənən fəth etməsi
Səid Nursi "Mehdi (əs) mədəni fəaliyyət göstərəcək. "Allahı xatırlayaraq, təkbirlərlə İslamı izah edər" deyir. "Mehdi (əs) yatan adamı oyandırmaz, qan axıtmaz" Bax, yatan adam yatmasına davam edir. "Əl vurmayın", "yatsın" deyir. "Qan axıtmaz, insanların burnu da qanamaz" deyir. "Yalnız Allahı xatırlayaraq qalaları yuyar" deyir. Qalalar nədir? Küfr qalaları darvinizm, materializm, ateist axınlarıdır. "Onlara qarşı elmi, mədəni fəaliyyət göstərəcək " deyir. Bu səbəbdən İstanbulu mənən fəth edəcək inşaAllah."
Hz. Mehdinin (əs) bayrağı
"Peyğəmbərimizin (səv) bayrağı, yəni bu Topqapıdakı bayraqdır inşaAllah. Sonrakı dövrdə İslamın, müsəlmanların, Türk-İslam Birliyinin meydana gəldiyi dövrdə inşaAllah Topqapıda yığıncaq ediləcək. İlk mərasim Ayasofyadadır inşaAllah. Mehdinin (əs) sağ əlində Peyğəmbərimizin (səv) bayrağı olacaq. Peyğəmbərimizin (səv) köynəyini geyəcək, mübarək üstündə olacaq, Yəni paltarın üstünə onu geyəcək. Peyğəmbərimizin (səv) qılıncını işlədəcək. Onsuz da "Peyğəmbərimiz ə (səv) bənzəyir" deyir. "nə baxımdan oxşardırlar?" deyiləndə"Peyğəmbərimizin (səv) qılıncını daşıması baxımından bənzəyər" deyir. Əxlaq baxımından, həm də qılıncını gəzdirməsi baxımından. Beyət ediləcək yəni, bütün müsəlman aləminin lideri olduğu qəbul ediləcək. O gün xilas günüdür, qurtuluş günüdür. Həmin gün İslam aləmi yenilənəcək. Yer yerindən oynayacaq. O günləri görəndə xatırlayarsınız. inşaAllah."
Hədislərdə yalnız hz. Mehdi (əs) çox dəqiq şəkildə təsvir edilib
" Mehdi (əs) də o qədər çox təfərrüat var ki.. Məsələn, hz. İsa (əs) da bildirilir, amma hz. İsanın (əs) təfərüatları azdır. Məsələn, dəccalın da azdır. Dəccal, Kahtani az ifadə edilmişdir. Məsələn, topal bir insandan bəhs edilir. Yalnız topal olduğundan ifadə edilib bəhs edilir. Yalnız bu qədər. Mehdiyə (əs) qarşı topal bir insan sipərdən atılır. Məsələn, axırzamanda bir Kənanə var. Yalnız adı verilmiş, bax başqa bir məlumat verilməmişdir. Kahtani haqqında da heç bir məlumat yoxdur. Mehdiyə (əs) yardım edən sarışın köməkçisi var. Onun haqqında da çox qısa bir məlumat vardır. Amma Mehdi (əs) də onu anlayan üçün genişdir. Çox təfərrüatlıdır."