Osmanlıda ədalət və tolerantlıq
1514-cü ildə Yavuz Sultan Səlimin Qüdsü və ətraf ərazilərini fəth etdikdən sonra Fələstində təxminən 400 il davam edən Osmanlı hakimiyyəti başladı. Bu dövr Osmanlının digər əyalətlərində olduğu kimi, Fələstində də sülhü, sabitliyi və “fərqli etiqadların bir yerdə yaşaması”nı təmin etdi.
Osmanlı imperiyası “millət sistemi” adı verilən qayda-qanunla idarə olunurdu. Bu sistemin ən əsas xüsusiyyəti fərqli etiqadlara sahib insanlara etiqadlarını və hüquqlarını rahat şəkildə yaşamağa imkan verilməsi idi. Quranda “Kitab əhli” kimi bildirilən xristianlar və yəhudilər Osmanlı torpaqlarında rahat, təhlükəsiz və azad yaşayırdılar.
Osmanlı müsəlmanlar tərəfindən idarə olunan İslam dövləti olmasına baxmayaraq, heç kəsi zorla İslamı qəbul etməyə məcbur etmirdi. Əksinə, Osmanlı dövləti müsəlman olmayanlara da təhlükəsizlik və əmin-amanlıq təmin edirdi, onları ədalətlə idarə edirdi.
Halbuki eyni dövrlərdə dünyadakı digər böyük dövlətlərdə çox zalım və mərhəmətsiz rəhbərlik sistemi mövcud idi. İspaniya krallığı Pireney yarımadasında müsəlmanların və yəhudilərin varlığına dözə bilməyərək hər iki cəmiyyətə qarşı qəddarcasına rəftar edirdi. Digər bir çox Avropa ölkəsində yəhudilərə sırf yəhudi olduqları üçün zülm edilir (məsələn, gettolar həbs edilirlər), hətta bəzən kütləvi qırğınlara (“pogrom”lara) məruz qalırdılar. Xristianlar bir-birlərinə qarşı belə tolerant göstərə bilmirdilər; Katolik və protestantlar arasındakı qarşıdurmalar 16-cı və 17-ci əsrlərdə Avropanı qan gölünə çevirdi. 1618-48-ci illərarasında baş verən “30 illik müharibə” Katolik-Protestant qarşıdurmasının nəticəsi idi. Bu döyüşlər nəticəsində Orta Avropa sanki xarabalığa çevrildi, təkcə Almaniyada 15 milyonluq əhalinin üçdə biri yox oldu.
Belə mühitdə Osmanlının qurduğu idarənin son dərəcə insanpərvər olması, şübhəsiz, əhəmiyyətli bir həqiqətdir. Bir çox tarixçi və siyasətçilər də bu həqiqətə diqqət çəkirlər. Bunlardan biri, dünyaca məşhur, Orta Şərq mütəxəssisi, Kolumbiya Universitetinin professoru prof. dr. Edvard Səyiddir. Qüdsdə xristian bir ailədə doğulan və Amerika universitetlərində fəaliyyətini davam etdirən Edvard Səyid İsraildə nəşr olunan “Haaretz” qəzetinə verdiyi müsahibədə Orta Şərqdə daimi sülhün bərpa olunması üçün “Osmanlı millət sistemi”ni təklif etmişdi. Səidin şərhi belədir:
“Ərəb dünyasındakı digər azlıqlar necə yaşaya bilirsə, (ərəblər arasındakı) Yəhudi azlığının yaşaması da mümkündür... Bu, Osmanlı imperiyası altında özünü doğrultmuşdur. Onların sistemi indi sahib olduğumuz sistemdən daha çox insanpərvər olmuşdur”.
Tarix İslamın Orta Şərqə ədalətli, insanpərvər, mərhəmətli bir rəhbərlik sistemi təqdim edən tək etiqad sistemi olduğunu göstərir. Osmanlı imperiyasının bölgədən çəkilməsi ilə “Pax Ottomana” (Osmanlı sülhü) hələ də bərpa edilə bilmir. Buna görə də, Orta Şərqdə sülhün təmin edilməsinin tək yolu Quran əxlaqının öyrətdiyi kimi, insanpərvərlik və tolerantlığa əsaslanan Osmanlı modelinin hakim olmasıdır. Çünki İslam hər cür şiddətin, qarşıdurmanın, döyüşün, terrorun, ayrı-seçkiliyin həll yoludur.
Nəticə: Qərb dünyası üçün təkliflər
Bu gün Qərb dünyası terror təşkilatlarından narahatdır və bu narahatlıq da yersiz deyil. Terroru törədən, eləcə də buna dəstək verən bütün cinayətkarlar beynəlxalq hüquq və ədalət cərçivəsində cəzalandırılmalıdır. Ən əhəmiyyətlisi, bu problemin həll edilməsi üçün hansı strategiyaların həyata keçirilməsidir.
Bura qədər izah etdiklərimiz göstərir ki, terrorun ilahi dinlərdə heç bir yeri yoxdur və insanlıq cinayətidir. Son dövrdə ortaya çıxan “İslami terror” anlayışı tamamilə yanlışdır. Nəticə etibarı ilə, aşağıdakıları qeyd edə bilərik:
1) Qərb dünyası, xüsusilə, ABŞ terrorla mübarizə aparmaqda, əlbəttə, haqlıdır. Amma bu mübarizənin hər hansı bir dinə və onun mənsublarına qarşı olmadığı kimi, İslama və müsəlmanlara qarşı olmadığını, əksinə, İslamın xeyirinə olduğunu açıq şəkildə göstərməlidir. “Mədəniyyətlər qarşıdurması” adı ilə 90-cı illərdə ortaya çıxan təhlükəli ssenari mütləq durdurulmalıdır. Mədəniyyətlər arasında qarşıdurma deyil, insanpərvərlik və sülh yaşanmalıdır.
2) Sevgi, dostluq, sülh və qardaşlıq dini olan əsl İslamın müsəlmanlar tərəfindən başa düşülməsi təmin edilməlidir. Həll yolu həqiqi İslamın başa düşülməsi, yəni insan haqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, sənət, estetika kimi Quran əxlaqında olan anlayışları mənimsəmiş, xoşbəxt və yaşama sevinci ilə dolu müsəlman modelinin yayılmasıdır.
3) Terrorun mənbəyi cəhalət və fanatizmdir, bunun həlli də təhsildir. Terrora simpatiyası olanlara terrorun İslamla tamamilə zidd olduğunu, əksinə, bu vəziyyətdə İslama, müsəlmanlara və bütün bəşəriyyətə zərər verəcəkləri izah edilməli və bu insanlar barbarlıqdan təmizlənmələri üçün maariflənməlidirlər. Amerika Birləşmiş Ştatlarının bu maarifləndirmə siyasətini dəstəkləməsi çox müsbət nəticələrini verəcək.
4) Kommunist, faşist, irqçi və digər ideologiyalardan qaynaqlanan terrorizmə qarşı uzun müddətli mədəni həll yolları tətbiq edilməlidir. Bu gün dünyanın hər tərəfində təhsilin əsasını materialist və darvinist düşüncə təşkil edir. Halbuki Darvinizm, daha əvvəl də qeyd etdiyimiz kimi, insanı daim mübarizə aparan heyvan kimi görən, yalnız konfliktin və mübarizənin insanı inkişaf etdirəcəyinə inanan və hər cür terrora şərait yaradan yanlış ideologiyadır. Yalnız güclülərin həyatda qalacağını müdafiə edən və bunun üçün mübarizəni çıxış yolu kimi görən Darvinizm əsrlərdir bütün dünyanı bəladan bəlaya aparan bataqlıq kimidir. Buna görə də, terrorla mübarizədə həyata keçirilən hüquqi və polis tədbirləri ilə yanaşı, bütün dünyada geniş şəkildə maarifləndirmə səfərbərliyinin də başladılması lazımdır. Bu təhsilin əsasını da darvinizm və materializm yalanının gərçək üzünü göstərmək və Allah`ın insanlar üçün təyin etdiyi gözəl əxlaqı hər kəsə öyrətmək təşkil etməlidir. Arzu edilən əmin-amanlıq və sabitlik yalnız dinin gətirdiyi əxlaqın insanlar arasında yayılması ilə mümkün olacaq. Çünki bataqlığı qurutmadan bu bəladan xilas olmaq mümkün deyil.
Tarixdə bəzi cahillər (məsələn, xaçlılar) bu həqiqəti anlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olublar. Eyni ssenarinin təkrarlanmaması üçün həqiqi xristianlar və müsəlmanlar əməkdaşlıq etməlidir. Bütün bu tədbirlər nəticəsində insanlar İslam əxlaqını daha yaxından tanıyacaqlar və bu günə qədər düşündükləri bütün ön ön fikirlərdən arınacaqlar. Allah`ın izni ilə, 21-ci əsr yer üzünə arzu edilən sülh və sabitliyi gətirəcək, bunun üçün də tək çıxış yolu İslam əxlaqının yayılmasıdır.