Tailandın inzibati ərazi vahidi olan Patanidə müsəlmanların məruz qaldığı zülm və zorakılıq dünya ictimaiyyətinə çox da bəlli deyil. Halbuki cənub-şərqi Asiyanın bu bərəkətli və zəngin torpaqlarında təxminən 200 ildir ki, zülm davam edir.
Patani müsəlmanlarının yaşadığı zülm 1782-ci ildə Patanidə hakimiyyəti ələ keçirən Rama Xanədanı ilə başladı. O, Bangkoku paytaxt elan etdi və mərkəzi rəhbərlik sistemi qurdu. Bu dövrdə patanili müsəlmanlarla siyamlar adlanan yerli xalq arasında bugünədək davam edən münaqişələr başladı. Bu münaqişələr zamanı Pataninin bir çox şəhəri yandırıldı, 4000 Patani müsəlmanı siyamlar tərəfindən əsir alındı.
Siyamlar əsir aldıqları müsəlmanlara qarşı dözülməz işgəncələr verdilər. Hind qamışından hazırlanan iplə qulaqlarından və ayaqlarından tikdilər. Bu vəziyyətdə Bangkoka gətirdikləri müsəlmanları əllərində heç bir alət olmadan kanal qazma işlərində qul kimi işlətdilər. Patani başçısı da bu müharibə nəticəsində siyamlar tərəfindən vəhşicəsinə öldürüldü. Müharibədən sonra 7 hissəyə parçalanan və Tailand tərəfindən vergiyə cəlb olunan Patani 70 il tamamilə siyamların asılı qaldı.
1909-cu ildə isə siyamlar tərəfindən Pataniyə qondarma müstəqillik verilsə də, Tailand rəhbərliyinin təzyiqləri davam edirdi. Tam müstəqillik üçün dəfələrlə qiyam qaldıran Patani xalqı hər zaman məğlub oldu. Bu dövrdə Malayziyaya edilən köçlər də artmağa başladı.
Tailand rəhbərliyi Patani xalqının İslami yönünü yox etmək üçün təzyiq siyasəti aparırdı. İlk olaraq 1932-ci ildə müsəlmanlara aid təhsil ocaqları qadağan edildi. 1944-cü ildə isə müsəlmanlara qarşı kütləvi qırğınlar başladı. Patani müsəlmanlarının liderləri və ailələri buddistlər tərəfindən vəhşicəsinə şəhid edildi, İslamın qanunlarına riayət etmək, ibadət etmək qadağan edildi, budizm dini qəbul etdirilməyə çalışıldı. Budizm məktəblərdə məcburi şəkildə tədris edilməyə başladı. Müsəlman şagirdlər buddist təlimlərə uyğun davranmağa məcbur edildilər.
Tailand əsgərləri patanili müsəlman kişiləri tutub, çılpaq halda küçənin ortasında yerə yıxıb, əllərini arxalarından qandallayıb zülm edirdilər. 15-ci əsrdən müsəlman olan Patani xalqı demək olar ki, hər gün təzyiq və zorakılığa məruz qalır.
Tailand rəhbərliyi müxtəlif dövrlərdə müsəlmanlara qarşı kütləvi qırğınlar da təşkil edir. 1944-cü ildə təkcə Bulikor Samikdə 125 müsəlman ailə diri-diri yandırıldı. Tailand rəhbərliyinin məhv etmə siyasəti həyatın hər sahəsində özünü göstərdi. Patanidəki bir çox minarə dağıdıldı.
Bundan başqa bu məhv etmə siyasəti çərçivəsində Buddist xalqın Patani bölgəsinə köçləri təşviq edilərək əhalinin etnik tarazlığı dəyişdirildi. Patanidə Tailandın ən böyük Budda heykəli tikildi. Müsəlman xalq Buda heykəllərinə sitayiş etməyə məcbur edildi. Bunu qəbul etməyənlərin bəziləri şəhid edilərək Cinsə çayına atıldı. Minlərlə günahsız Pataniliyə dözülməz işgəncələr verildi, tibb müəssilərində çalışan müsəlman alimlər qeyri-müəyyən səbəblərdən şəhid edildi. Bu tip hadisələr Patani xalqı üçün gündəlik hadisələr halına gəldi.
Zaman Qəzeti, 20 iyul 2010
Bu gün təxminən beş milyon müsəlmanın yaşadığı Patanidə müsəlmanlar bütün sosial-siyasi hüquqlardan məhrumdurlar. Xalq demək olar ki, hər gün Tailand əsgərlərinin hücumuna məruz qalır. Hətta Patani müsəlmanlarının öndə gələnlərinin verdiyi məlumatlara görə gündə təxminən 7 və ya 8 patanili vətəndaş Tailand əsgərləri tərəfindən şəhid edilir. Xalqın böyük əksəriyyəti yurdlarından çıxmağa məcbur edilir, etiraz edənləri isə şəhid edirlər. Qadınların böyük əksəriyyətinin təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına donuzlar salınarak əziyyət verildiyi Patanidə təxminən 30 min dul qadın, 40 min yetim uşaq var. Bölgədə son 3 il ərzində tətbiq olunan hərbi vəziyyət dövründə 400-dən çox insan itkin düşmüş, 2300-ə yaxın insan şəhid edilmiş, 4000-ə yaxın insan isə qeyri-qanuni şəkildə həbs edilmişdir. Hazırda 30 min insan kütləvi düşərgələrdə saxlanılır. Bu düşərgələrdəki vəziyyət mətbuatda bu şəkildə təsvir edilir:
Çılpaq vəziyyətdə düşərgədə saxlanılan məhkumların bir çoxunun bədənində işğəncə izləri var, Patanili məhkumlar son dərəcə əzgin, zəif və kədərli görünür. Bundan başqa məhkumların bədəninə əsgərlər tərəfindən rəqəmlər yazılıb. Tailand əsgərləri patanili məhkumlara səslənəcəkləri zaman adla çağırmaq yerinə bu rəqəmlərdən istifadə edirlər. Patanili qadın məhkumlar isə daha çox Narativanın Galuvo kəndindəki düşərgədə saxlanılır. Patanililər 100-dən çox qadın məhkumun saxlanıldığı düşərgədə əsgərlər tərəfindən sistematik olaraq təcavüz edildiyini bildirirlər.
Müsəlmanlara İslami adlardan istifadə edilməsi qadağan edilmiş, bəzilərinin adları isə məcburi olaraq bütpərəst mənalar ehtiva edən adlarla dəyişdirilmişdir. Mövcud qadağalara görə patanili müsəlmanlar yaşadıqları zülmü dünyaya çatdıra bilmirlər. Çünki xarici mətbuatın Pataniyə daxil olması, fotoşəkil çəkməsi qadağandır, həmçinin xalqın internetdən istifadə etməsi də olduqca məhduddur.
Hazırda 30 min müsəlman Tailand rəhbərliyi tərəfindən düşərgələrdə saxlanılır. Bu müsəlmanların üzərinə nömrə yazan Tailand əsgərləri onları nömrələri ilə çağırır. Müsəlmanların bu düşərgələrində necə yaşadığını isə şəkillərdəki işgəncə izləri açıq şəkildə ortaya qoyur.
Qadınlar və uşaqlar da bu düşərgələrdə saxlanılır. Bu məzlum insanların yaşadıqları zülmün sona çatması üçün İslam aləminin birləşməyi vacibdir.
Patanili qardaşlarımız necə mübarizə aparmalıdırlar?
Patanidə yaşananları, bəlkə də İslam dünyasında bir çox insan bilmir. Halbuki Patanili qardaşlarımız çox ağır şəraitdə yaşayırlar.
Ancaq bunu da qeyd etmək lazımdır ki, Patanidə yaşayan qardaşlarımızın zülmə qarşı göstərdikləri haqlı reaksiya mütləq Quran əxlaqına və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmalıdır. Darvinist, materialist, kommunist ideologiyaların təsiri və təlqini ilə aparılan mübarizə həm Qurana uyğun olmaz, həm də Allah belə bir mübarizəyə uğur nəsib etməz. Zülüm zülmü doğuracaq, zülmə söykənən mübarizə isə patanili qardaşlarımızın daha çox təzyiqə məruz qalmasına səbəb olacaq. Patani xalqının haqlı mübarizəsinin müvəffəqiyyətə çatması üçün silahlı mübarizəninəvəzinə ideoloji aparılmalıdır. Bununla yanaşı maarif, təlim-təhsil də burada mühüm rol oynayır. Bunun üçün də Patani xalqının təhsilli, mədəni, hüquq, diplomatiya və beynəlxalq siyasətə bələd və bütün bunların yanında Quran əxlaqına görə hərəkət edən güclü bir idarəçiliyə ehtiyacı var
Əlbəttə ki, Patani xalqı arasında mədəni səviyyəsi yüksək, açıq fikirli ziyalılar var. Bu ziyalıların gənclərin şuurunun açılması, doğru istiqamətləndirilməsi və Patani xalqının beynəlxalq ictimaiyyətdə müdafiə olunması sahəsində görəcəkləri işlər çox mühümdür. Bu işlər Patani xalqının İslam əxlaqına görə şüurlandırılmasında, mədəniyyət və təhsil səviyyəsinin daha da artırılmasında və Patani xalqının haqlı mübarizəsinin bütün dünyaya ən gözəl şəkildə izah edilməsində çox mühüm rol oynaya bilər. Bu səbəbdən Patanili bütün qardaşlarımız mədəni səviyyələrini inkişaf etdirməli, anti-darvinist, anti-materialist, anti-kommunist fəaliyyət göstərməlidirlər.
Patanili qardaşlarımızın qurtuluşu üçün səy göstərmək hər bir müsəlmanın vəzifəsidir
Patanidə zülmə məruz qalan insanlara, məscidləri dağıdılan müsəlmanlara, kütləvi düşərgələrində ağır şəraitdə işlədilən insanlara görə bütün İslam aləmi məsuliyyət daşıyır. Allah Nisa Surəsinin 75-ci ayəsində, ehtiyac içindəki məzlum müsəlmanlara kömək göstərmək üçün səy göstərmələrinin vacib olduğunu bildirir:
"Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”- deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa surəsi, 75)
Müsəlmanların Patani xalqının qurtuluşu üçün İslam aləminin birliyinə can atmalıdırlar. Bu, olduuqca mühümdür.1.5 milyardlıq İslam aləmi birlik olsa, birləşsə nə Patanidə, nə Myanmada, nə Fələstində, nə İraqda nə də başqa bir yerdə heç bir müsəlmanın burnunun belə qanamasına icazə verilməz. Amma İslam aləmi bu gün olduğu kimi dağınıq və parçalanmış olsa, bu zülm, əziyyət sona çatmaz. Bu səbəbdən müsəlmanlar məzhəb, irq, dil, etnik mənşə kimi ünsürlərdən qaynaqlanan auyı-seçkiliyə əsla yol verməməli, şiə, sünni, cəfəri, vəhabi- bütün müsəlmanların Allah’ın bir əmri olaraq bir-birlərinin qardaşları olduqlarının şüurunda olmalı və bu şəkildə hərəkət etməlidirlər. (www.turkislambirligi.org)
Peyğəmbərimiz (səv) bildirmişdir ki, bir müsəlman digərini çətinlik içərisində qoymamalıdır. Patanidə müsəlmanlar ağır işgəncələrə məruz qalır, Əfqanıstanda, İraqda, Şərqi Türkistanda, Fələstində hər gün qan axıdılır, minlərlə məzlum "Bizi qurtarın" deyə qışqırır, ayrılıqlarla vaxt itirmək heç bir müsəlmana yaraşmaz. Dövrümüz bütün müsəlmanların bir-birinə dəstək olub birləşəcəkləri bir dövrdür. Bu, Allah’ın fərz buyurduğu hökmdür. Bütün müsəlmanlar Allah’ın bu fərzini yerinə yetirmək üçün cəhd göstərməlidir.
Burada sadaladıqlarımız müsəlmanların İslam Birliyinin qurulması üçün bir dəqiqə belə itirilməməsinin vacib olduğunu göstərir. Allah’ın izni ilə İslam Birliyi qurulduqda bir zamanlar Osmanlının vilayəti olan Patanidə dünyanın hər yerində olduğu kimi bayram günü olacaq. Osmanlının həsrəti ilə yaşayan Patani xalqı həsrətini çəkdiyi dincliyə, təhlükəsizliyə, rahatlığa, sülhə və azadlığa qovuşacaq.