Liderlik dedikdə insanların ağlına, əsasən, digərlərini qabaqlayaraq fərdi bacarıqları ilə yarışda qalib gələn futbolçular gəlir. Məsələn, yaxşı əməkdaşlıq ruhu oyadaraq şirkətinə yüksək gəlir gətirən rəhbərlərə yaxşı bir lider deyilir.
Liderlik çox qədimlərdən bəri bilinsə də, xüsusilə son 10 ildə haqqında ən çox danışılan, hətta universitetlərdə fənn kimi tədris olunan bir mövzuya çevrilib.
Liderlər bir çox xüsusiyyətləri ilə rəhbərlərdən fərqlənirlər. Rəhbərlər qarşılarına qoyulmuş prinsipləri və qaydaları tətbiq edirlər, liderlər isə qaydalara hərtərəfli yanaşıb onu tətbiq edirlər. Liderlər ünsiyyətə, fikir mübadiləsi etməyə və inkişafa meyillidirlər, etdikləri onlar üçün sadəcə bir iş və ya xobbi deyil, iddia məsələsidir. İddiasını reallaşdırmaq üçün iş yoldaşları, komandaları vardır. İşlərinə ətrafındakıları həvəsləndirərək qorxmadan rəhbərlik edirlər. Liderlər ətrafına qarşı gülərüz, hörmət dolu, ciddi və diqqətcildirlər. Son dərəcə yüksək əxlaqa malik və fəzilətlidirlər. Həm ədalətli, həm də mərhəmətlidirlər. Diqqətçəkən şəxsiyyətləri ilə ətrafındakılara təsir edə bilir, ancaq buna baxmayaraq yaxınları ilə fikir mübadiləsi etməkdən çəkinməzlər. Sağlam xarakterli və qərarlıdırlar. Mübarizə ruhuna malikdirlər, maneələr onları heç cür qorxutmaz. Müsbət düşüncəyə sahibdirlər. Davamlı olaraq dəyişməyə və inkişafa təşviq edərlər. Maneələr qarşısında ilişib qalmaz, həll yolları tapmağa çalışarlar. Uzaqgörəndirlər, hadisələri ətraflarından fərqli görüb, hər kəsdən fərqli, amma məqsədəuyğun proqnozlar verirlər.
Necə ki, futbol komandalarının, şirkətlərin liderlərə ehtiyacı var, eləcə də millətlərin də liderlərə ehtiyacı var. Amma son bir əsrdir ki, demək olar ki, ərəb və İslam dünyasında istedadlı bir lider yoxdur. İslam aləmində dövlət rəhbəri kimi çıxanların bir çoxu liderlik bir tərəfə, yalnız mərasim liderliyi edirlər. Azca yaxşı olanlar isə siyasət həyata keçirir, bürokratiyanı idarə edir, meydana gələn böhranlarla mübarizə aparmağa çalışırlar. Ancaq buna baxmayaraq, müvəffəqiyyətli bir ərəb rəhbəri yoxdur.
İslam dünyası vətəndaş müharibələri ilə, yoxsulluqla, mühafizəkarlıqla mübarizə aparır. Müsəlman ölkələrində sənət adamları və alimlər yetişmir, ölkələrin iqtisadiyyatları yaxşı idarə edilmir, sui-istifadələr, rüşvət geniş yayılıb. Dövlətlər dinclik və rifah üçün deyil, sanki münaqişə və müharibələrə vasitəçilik edirlər. Qardaş qırğınları, ayrılıqlar, düşmənçiliklər çoxdur. Onlar müsəlmanların birləşməyinin vacibliyini belə dilə gətirmirlər.
Bənzər bir vəziyyət 1400 il əvvəl də bütün Ərəbistan yarımadasına hakim idi. Lider xüsusiyyətlərinin özündə ehtiva edən yüksək əxlaqlı bir şəxsiyyət təkcə Ərəbistan yarımadasındakıların deyil, çox daha geniş bir ərazinin insanların qurtuluşuna vəsilə oldu. O insan sevimli peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) idi. Eynilə digər peyğəmbərlər kimi Allah’ın diləməsi və köməyi ilə tam bir liderlik nümunəsi göstərərək dövrünün bütün sosial problemlərini Quran əxlaqı ilə həll etmişdir.
Günümüzdəki müsəlmanlar Peyğəmbərimizin (səs) əxlaqını, onun hansı şərtlərdə necə bir rəftar göstərdiyini öyrənməli, ona bənzəməyə çalışmalı, təqvada, rəftarda, ixlasda, təvazökarlıqda, təmizlikdə, iman şövqündə onu nümunə götürməlidirlər. Dövrümüzdə insanların bir çoxu özlərinə bir çox insanı nümunə götürüb, onlar kimi danışıb, onlar kimi davranmağa çalışırlar. Halbuki diqqət ediləsi, bənzənilməyə çalışılması lazım olan insanlar peyğəmbərlərdir.
Allah ayələrində Allah’a və Rəsuluna iman gətirmənin, peyğəmbəri müdafiə edib dəstəkləmənin və onu izləmənin əhəmiyyətinə diqqət çəkir və bu insanların qurtuluşa çatacaqlarını müjdələyir:
Əsri-Səadət dövründən bəri iman gətirənlər müsəlmanların yaşadıqları çətinliklərə, dünyada hökm sürən, inkara söykənən, haqsız və ədalətsiz sistemlərin, dünyada davam edən müharibə və münaqişələrin sona çatacağını ümid edərək Allah’a səmimiyyətlə dua etmişlər. Şübhəsiz ki, Allah dua edənləri duasını qəbul edəndir və Allah müsəlmanların duasını qəbul edəcək və onları çətin vəziyyətdən qurtaracaq və Peyğəmbərimizin müjdələdiyi axırzamanın liderini göndərəcək inşaAllah…
Adnan Oktarın “National Yemen”də yayımlanan məqaləsi