Türk İslam Birliyində irq üstünlüyü iddiasina yer yoxdur
ucgen

Türk İslam Birliyində irq üstünlüyü iddiasina yer yoxdur

677

Müsəlmanların birlik olması Qurana görə fərzdir. Türk İslam Birliyinin qurulması həm bütün müsəlmanlara böyük güc və qüvvət qazandıracaq, həm də xristianlara, yəhudilərə, ermənilərə, ruslara, amerikalılara, qısası, bütün cəmiyyətlərə əmin-amanlıq gətirəcək. Ancaq bu birlik heç bir şəkildə irq üstünlüyünə söykənən bir birlik deyil. Bu birliyə türk millətinin liderlik etməsi də bu millətin genetik və ya irq üstünlüyünə görə deyil, əxlaq üstünlüyü, xidmətə istəkli olması, əziyyətə istəkli olması, ədalət anlayışına görədir.

Unutmamalıyıq ki, türk milləti Osmanlı dövründə yüz illərlə bu böyük vəzifəni ən gözəl şəkildə yerinə yetirmişdir. İstər tarixi, istərsə də mövcud siyasi şərtlər türk millətini Türk İslam Birliyinin təbii lideri edir. Bütün bu tarixi həqiqətlərlə yanaşı, yaşadığımız axırzamanda türk millətinin böyük məsuliyyətlər daşıyacağı müjdəsini Peyğəmbərimiz (s.ə.v.) bildirmişdir.

Cənab Adnan Oktar da yazılarında və kitablarında olduğu kimi, Türk İslam Birliyi mövzusunda etdiyi hər açıqlamasında bu mübarək birliyin irq üstünlüyünə dayanan bir birlik olmadığını ifadə etmişdir. Burada Oktarın bu mövzudakı çox sayda açıqlamasından yalnız bir neçə nümunəyə yer verilmişdir.

Timothy Furnish, 14 Aralık 2008

ADNAN OKTAR: Mənim dediyim birlikdə sevgi, sülh, qardaşlıq, məntiqli düşüncə, sənət və estetikaya, gözəlliyə əhəmiyyət vermək hakimdir. Rifaha, dincliyə, insanların azadlığına, demokratiyaya əhəmiyyət vermək hakimdir və xristianlara, yəhudilərə qarşı da dərin şəfqət, sevgi və məhəbbət hakimdir. Məsələn mənim düşüncəmə görə İsrail də Türk-İslam Birliyinin tərkibindədir.

Beləliklə də irq üstünlüyü, qan üstünlüyü, genetika üstünlüyü iddiası yoxdur. Burada şəfqət və sevgi birliyi vardır. Buna görə də sərtlik yoxdur, insanları narahat edən, sıxan hər hansı bir şey yoxdur. İnsanların xoşbəxtliyi və sevinci üçün çalışan bir sistem vardır.

Tempo TV, 24 Sentyabr 2008

ADNAN OKTAR: ... Ən vacib olan odur ki, Qafqaz İttifaqı layihəsi yenidən canlandırıldı. Təkcə tabelilik onlarla qalmır əslində, Qazaxıstanla, Türkmənistanla, türk dövlətləri ilə gizli və ya açıq bir birləşmə fəaliyyəti davamlı şəkildə davam edir, amma burada diqqət çəkən məqam odur ki, bu Türk İslam Birliyi xristianlığı əzmək üçün bir birlik deyil. Xristianların daha rahat olması, terrordan qorunması, bərəkət və bolluq içində yaşaması üçündür eyni zamanda. Yəhudilərin dinclik və rahatlıq içində yaşaması üçündür. Çünki irq üstünlüyü, yəni türk irqi dünyanın ən üstün irqidir iddiası yoxdur. Biz deyirik ki, türklər təqvalıdır, Allah’dan qorxur, sadiq və gözəl insandırlar. Gözəl əxlaqlıdır, qonaqpərvər və fədakardırlar. Gəlin, bu milləti lider edin, lider olsunlar. Türk İslam Birliyini yaradaq. Rusiya da rahat olsun, Çin də rahat olsun, Amerika da rahat olsun. İsrail də, Ermənistan da, hətta İsrail və Ermənistanı da bu birliyin tərkibinə daxil edək. Qardaş kimi sülh içərisində yaşayaq. Məsələ budur. Yəni onları yox etmək istəyi deyil. Onları daha gücləndirmə və daha da inkişaf etdirmə siyasətidir bu. Bunun yaxşı vurğulanması lazımdır. Daha əvvəllər izah edilərkən, sanki Türk Birliyi deyilincə bir irq üstünlüyü, yəni Hitler kimi, yaxud Mussolini kimi irq hakimiyyətinə söykənən bir diktatorluq kimi düşünülürdü.

Müxbir: Bəli, belə bir anlayış var idi.

ADNAN OKTAR: Bu anlayışı onsuz da, Allah boğar, boğdu və əzdi Allah, məhv etdi. Hitleri də, Mussolinini də, Frankonu da- hamısını məhv etdi Allah. Allah belə uğursuz bir sistemi hakim etməz. Zülm heç bir zaman hakim olmaz. Yalnızca haqq olan, səmimi olan, dürüst olan düşüncələr hakim olar. Bütün məsələ Türk İslam Birliyinin son dərəcə səmimi, dürüst bir inanc olduğunu, şəfqətə söykənən, mərhəmətə əsaslanan, əhli-kitabı da buraya daxil edən, onları da mühafizə edən bir sistem olduğunu səmimi olaraq izah etməkdir. Bu izah ediləndə bu mövzu bitəcək. İnşaAllah.

ADNAN OKTAR: Biz xəstələnəndə professional bir həkimin yanına gedirik, elə deyilmi? İşində mütəxəssis olan bir həkimin. Türk aləmi də bu fitnənin, bu qarışıqlığın professorudur, yəni mütəxəssisidir, yəni xilaskar keyfiyyətdə, cəsarətdə, əzmdə olan insanlar türklərdir. Ona görə də Peyğəmbərimiz (səv) hədislərdə bildirmişdir, yəni bu, irq üstünlüyü, xromosom üstünlüyü mənasında deyildir, əxlaq üstünlüyüdur. Osmanlı dövründə Allah bunu göstərdi, biz təxminən 700 il hakim olduq. Hicri 1400, yəni hz. Mehdinin (əs) çıxış dövründən daha əvvələ gedəndə Osmanlı İmperatorluğunun əsasının qoyulması illərinə gedərik. O dövrdən sonra, hicri 1400-dən sonra yenə irəliyə getdiyimizdə yenə hakimiyyətə doğru gedərik.

Müxbir: O zaman belə deyə bilərikmi, yəni türklərin öndərliyində bir müsəlman birliyi?

ADNAN OKTAR: Bəli, bəli doğrudur.

MPL TV, 21 Noyabr 2008

ADNAN OKTAR: Daha əvvəl Türk Birliyi düşüncəsi ilə meydana atılmışdılar. Amma bu, kommunist, marksist, leninist, darvinist, əxlaqi dəyərlərə əhəmiyyət verməyən, Şaman mədəniyyətini öz düşüncəsinə görə şərh edən, dinsizliyi qarışdıraraq ateist bir təbliğat üsullarına əl atan, əxlaqsızlığı türk ölkələrində yaymağa cəhd edən bir sistemdir və bir məqsədləri də türklərin dünyanın ən üstün irqi olduğunu, qan cəhətdən üstün olduğunu, yəni genetik üstünlük olduğunu, buna görə də digər irqlərin da aşağı irqlər olduğunu, bu səbəbdən digər irqlərin hətta hüquqları olmadığını, dünyada yalnızca türklərin yaşaması düşüncəsini müdafiə edən azğın inancları vardı.

Türk dövlətləri bunlardan nifrət etdi və qovdular bu insanları, istəmədilər və həqiqətən zərər gördülər o dövrdə. Lakin bu bəla indi getdi. İndi əsl Türk-İslam Birliyi fikri bu ölkələri əhatəyə alıb. Türk Birliyində qan və irq üstünlüyü yoxdur. Bunda əxlaq üstünlüyü var. Biz deyirik ki, türk milləti, Türkiyə islamı ən gözəl yaşayan ölkədir və liderlik xüsusiyyətləri də ən yüksək olan ölkədir, cəsur millətdir və gözəl əxlaqlıdır. Ona görə lider olması lazım olduğunu deyirik. Buna da heç kimin etirazı yoxdur və deyirik ki, türk dövlətləri, türklər birləşdiklərində bu bir əxlaq birliyi olacaq, qan birliyi deyil və İslam dünyasına xidmət və dünyaya xidmət məqsədilə ortaya çıxırıq. Yəni burada digər dinləri əzmək, digər irqləri əzmək deyil, digər dinlərə və digər irqlərə xidmət etmək düşüncəsi vardır, digər irqləri zəngin etmə, digər dinləri rahatlığa, dincliyə, azadlığa qovuşdurma düşüncəsi vardır.

Bu düşüncə ilə inşaAllah İsraili də Türk-İslam Birliyinə daxil edəcəyik və bu dövlətlər öz mill-mənəvi xüsusiyyətlərini qoruyacaq, dövlətçiliklərini qoruyacaqlar, bu dövlətləri bu çətir altında birləşdirib, onların təhlükəsizliyini təmin etmək, onlara iqtisadi dəstəyi təmin etmək, neftlə, yeraltı sərvətlərlə onları zəngin etmək və azadlıq vermək, yəni başlarının üstündən terror bəlasını, iqtisadi çətinlikləri və yaxud məhkumluq bəlasını ləğv etməkdir. Çünki Ermənistan bu an həbs edilmiş vəziyyətdədir. Kiçik bir torpaq daxilində xarici dünya ilə əlaqələri yoxdur və iqtisadi istiqamətdən çökmüş vəziyyətdədirlər, yəni hiss edilir ki, insanlarda məyusluq var, şən, xoşbəxt deyildirlər. İsrail daha da acınacaqlıdır, ətrafı divarlarla əhatə olunmuşdur. Özləri etdilər, öz-özünü həbs etdi İsrail, özünə həbsxana qurdu... Yəni dünyaya açıq deyil, bağladı mənzərəsini, gözəlliyini bağladı, görə bilmir ətrafı, hər yerə sədd çəkdi. Biz bu divarları yıxacağıq, açacağıq və bu insanlara deyəcəyik ki , "azadsınız, istədiyiniz yerə gedin, istədiyiniz kimi ticarət edin, bura sizin ana vətəninizdir, burada da qalın, kimsə sizə zərər verməz, siz də kimsəyə zərər verməyin, xoşbəxt qardaş kimi yaşayaq, elminizi, mədəniyyətinizi, texnologiyanızın ən incə detallarını dünyaya yayın, hər yerdə fabriklər açın, imkanlarınızdan istifadə edin, müəssisələrinizi inkişaf etdirin ki, bu fitnə aradan qalxsın. Fələstin ilə İsrail arasında münasibətləri düzəldin, fələstinlilərə öz dövlətlərini qurmaq hüququnu vermək, Fələstin dövlətini qurmaq, Qüdsü paytaxt elan etmək, fələstinlilərə, amma israillilərə də öz olduqları yerlərdə yaşamaq hüququ vermək və onlar da Qüdsdə, təbii ki, atalarının qaldığı yerdir Qüds, yəni onların Qüdsdən çıxarılması deyə bir mövzu ola bilməz, xoşbəxt, birlikdə, qardaşca yaşayaq, bütün dinlərin mənsubları gəlsinlər, orada dua etsinlər, gəzinti təşkil etmək istəyənlər gəlsin, bu qarışıqlıq, bu xaos qalxsın -əsas məqsəd budur. Bundan heç bir ölkə narahat olmaz. Çin də narahat olmaz, Amerika da narahat olmaz, Rusiya da narahat olmaz. Amma bunun belə tətbiqinin səmimiyyətlə sübut edilməsi və göstərilməsi lazımdır. Biz bunu edirik. Bu inancı kütlələr qəbul edəndə bu mövzu onsuz da bitər, yəni bu mövzu o qədər mürəkkəb bir şey deyil. Pasport və viza rejiminin ləğv edilməsi Nazirlər Kabinetlərinin iclaslarındakı bir qərara bağlıdır. Bu nə deməkdir? "Türk -İslam Birliyi" deməkdir. Yəni hökümətlər türk dövlətlərinə və İslam dövlətlərinə pasportu və viza rejimini ləğv etdiyini deyəndə artıq bu məsələ həll olunar, Türk İslam Birliyi qurular. Onlar üçün də eyni qərarların alınması lazımdır, bundan sonra bu mövzu bitmişdir, bu qədər. Amma əslində, bu, könüllərin birliyidir. Bu rəsmi məcburiyyətə, rəsmi təzyiqlərə ehtiyacı olan bir birlik deyil, yəni rəsmi təzyiqlə sevgi meydana gəlməz, məhəbbət meydana gəlməz, rəsmiyyətdən kənar olmaq lazmdır. Şiddətli bir məhəbbət vardır. Müvəffəqiyyət aparsın buradan Suriyaya. Sərhəd qapısı deyə bir şey yoxdur, qapı sonuna qədər açıqdır. Malını yükləyib apararsan, istədiyin kimi satarsan Şamda. Onlar gətirərlər İstanbula, gətirib satarlar. Belə mühitdə pul su kimi axar, pul çox bərəkətlənər, mal-dövlət çox hərəkətlənər, istehsal çox hərəkətlənər, amma yəni çox şiddətli bir hərəkətlənmə, yəni mal və zənginlik insanların təsəvvür etdiyindən daha çox olar.

ABN Radio, 15 noyabr 2009

ABN RADIO:  Söylədiyinizə görə Mehdi (əs) onsuz da gəlmiş vəziyyətdədir. Bəs o zaman onun harada olduğunu düşünürsünüz və niyə hər hansı  İslam Birliyindən deyil də, Türk İslam Birliyindən bəhs edirsiniz? Çünki Türk İslam Birliyi deyərkən bir müsəlman ölkənin digərlərinin üzərində hakim olmasından bəhs edirsiniz. Niyə Müsəlman Birliyi deyilmir? Bunda nə problem ola bilər? Əgər Mehdi (əs) onsuz da gəlibsə, hal-hazırda harada olduğunu düşünürsünüz?

ADNAN OKTAR: Mehdi (əs), Səid Nursinin izahlarına görə və hədislərə görə hazırda İstanbuldadır. 8 hədis var, yadımdadır, Səid Nursinin izahlarına görə də bunun bu şəkildə olduğu çox aşkardır. Müsəlmanların qardaş olması da aşkardır, Peyğəmbərimiz (s.ə.v.) deyir: "Farsın ərəbə qarşı, ərəbin farsa qarşı hər hansı bir üstünlüyü yoxdur, üstünlük ancaq təqva ilədir". Burada türk millətinin cəsarəti, səbri, gözəl əxlaqı, mehribanlığı, qonaqpərvərliyi, fədakarlığı və igidliyindən söhbət gedir. Osmanlı dövründə də Türk İslam Birliyi olaraq dünyada çox gözəl hazırlıqlar görülmüşdür.

Hazırda da İslam aləminin lideri olduğu üçün, Türkiyəni və türk dövlətlərini də bir araya gətirəndə böyük güc təşkil edəcəyi üçün bu qənaətdəyik. Yoxsa bu, hər hansı bir irq üstünlüyü, qan üstünlüyü, genetik üstünlük mənasında deyildir. Real vəziyyət var ortada. Çünki peyğəmbərimiz (səv) Mehdinin (əs) ordusunun, hz. Mehdinin (əs) əsgərlərinin türklərdən olacağını bildirilmişdir. Bu açıq-aydın hədislərdə ifadə edilmişdir. Realdır, çünki Mehdinin (əs) yanında müqəddəs əmanətlər də var, müqəddəs əmanətlər hal-hazırda İstanbulda, Topqapıdadır. Topqapı sarayındadır. Hər cəhətdən türk millətinin bu Birlikdə böyük məsuliyyət götürəcəyini bütün hədislərdən anlayırıq, inşaAllah.

Əfqanıstan Ayna, 12 dekabr 2008

ADNAN OKTAR: Türk millətinin xüsusiyyəti budur. Türk milləti gözəl əxlaqlı və dindar bir millətdir. Belə bir millətin lider olması onun haqqıdır. Bu işi layiqincə yerinə yetirər, yaxşı bir liderlik edər. Bu mənada, yoxsa qanı üstündür, belə bir şey yoxdur. Bu faşistlikdir, bu ağılsızlıqdır, rüsvayçılıq, bərəkətsizlik, uğursuzluqdur bu. Bunu düşünənin Allah cəzasını verər. Bu, fəlakətlə nəticələnər. Belə bir şeyin baş verməsi mümkün deyildir.

Bu, Türkiyənin liderliyi altında, türk dövlətlərinin dəstəyi altında olan birlikdir. Biz Allah’ın qullarıyıq. İnsanlar təqva ilə üstün olar. İrq üstünlüyü iddiası yoxdur. Amma liderlik üçün türk milləti tam "biçilmiş bir xalatdır". Allah çox gözəl yaratmışdır bu milləti, lider millətdir. Əziyyətə hazırdır, çətinliyə hazırdır, ağrı-acıya hazırdır, fədakardır, cəsurdur, imanlıdır, gözəl əxlaqlıdır, mərddir, dürüstdür. Bu, türk millətinin xüsusiyyətidir. Belə bir millət lider olsun deyirik. Kim edəcək başqa?! Başqa edəcək heç kim yoxdur. Güman edilir ki, bunu bacara bilən millət Türk millətidir. Bir də Osmanlıdan gələn təcrübə var.

Yəni Allah genetik bir təcrübə də vermişdir inşaAllah. İnanılmaz təcrübəyə sahibdir güc baxımından. Türklər bu işi professional şəkildə edə bilərlər. Mövzu onun bu gücü  öz üzərinə götürməsi, yerinə yetirməsindədir. Onsuz da qədərdə belədir inşaAllah və bu olacaq, baş verəcək. Hədislərə nəzər salanda türk millətinin belə bir vəzifə daşıyacağını açıq-aşkar görə bilərik. Rəvayətlərdən də bu açıq-aydın görünür. Yəni tarixin axışı onsuz da belədir. Kim nə deyirsə desin bu şəkildə olacaq inşaAllah.

Akhaberler, 2 noyabr 2008

ADNAN OKTAR: Türk İslam Birliyi bizim izah etdiyimiz, sevgiyə əsaslanan, irqçilikdən uzaq, böyüklük iddiasından uzaqdır. Böyük olan Allah’dır, biz quluq. Bu, bütün millətləri sevən, onları da qanadının altına alan, xristianlara, yəhudilərə şəfqət göstərən, onları Türk İslam Birliyinə daxil daxil etməyə can atan bir düşüncədir. Əvvəllər belə deyildi. Türk Birliyi iddiası vardı. Biraz məntiqə yönəltməyə çalışan bir düşüncə vardı. "Ən böyük, ən güclü irqdir, bu səbəbdən digər irqlər heçdir" kimi məntiqə gətirib çıxırdılar. Halbuki elə bir şey yoxdur. Bütün irqləri Allah yaradır. Hamısı bizim qardaşımızdır.

Azərbaycan Azadlıq, 14 sentyabr 2008

ADNAN OKTAR: Onu deyim ki, ərəb milliyyətçiliyi ətrafında toplanılsa Allah onları məhv edər. Kim sırf irq düşüncəsinə söykənən, irq üstünlüyünə əsaslanan "birləşməyə" can atsa, Allah onu məhv edər, bu, çox yanlış düşüncədir. Belə olmaz. Türk İslam Birliyi ola biləcək ən mükəmməl sistemdir. Türklərin öndərliyində olan bir İslam Birliyi, bu qədər. Bunun həlli aydındır. Bu, Qurana uyğun, sünnəyə uyğun, ağıla uyğun, vicdana uyğun, mənafeyimizə uyğun, hər şeyə uyğun - bütün dünyanın mənafeyinə uyğundur.

Dünya ölkələrinin hamısının yekdilliklə qəbul edəcəyi bir sistemdir. Çünki sevgiyə dayanır və irq üstünlüyü yoxdur. Bütün dinlərə hörmət, bütün irqlərə hörmət dolu xidmət gücü var. Deyirik ki, gəlin bizi buraxın, sizə xidmət edək. Mədən çıxaraq, sataq sizlərə mədənləri. İşçi göndərək, siz bizə işçi göndərin. Bir-birimizi sevək, yoldaş olaq, dost olaq, bunu istəyirik.

Azərbaycan APA 16 Avqust 2008

Müxbir: Azərbaycanla, Qazaxıstanla bunun mexanizmini necə görürsünüz? Nə təklif edərsiniz?

ADNAN OKTAR: Bunun səbəbini deyim sizə. Türk milləti İslamın bayraqdarı olan millətdir. Keçən min il bunu göstərdi. Allah bu milləti vəzifələndirmişdir. Rəvayətlərdə də bu cür ifadə edilir. Hədislərdə də axırzamanda hz.Mehdinin Türkiyədə zühur edəcəyi bildirilmişdir. Hətta İstanbulda vəzifəsini yerinə yetirəcəyi bildirilmişdir.

Türk millətinin nəcib bir millət olmasını onun tarixindən, həyatından, sistemlərindən, hal-hazırki əxlaqından görürük. Məsələn, Qazaxıstan da elədir, Şərqi Türkistan da elədir. Həqiqətən çox seçmə və yaxşı millətdir. İndi soruşsaq ki, İslam aləminə kim lider olsun, hər kəs Türkiyə deyəcək və Türkiyə deyir. Bu irq üstünlüyü deyil, istedad üstünlüyü, qabiliyyət üstünlüyüdür. Buna görə də bu Birliyi tez bir zamanda yaratmaq məcburiyyətindəyik. Əvvəlcə Türk Birliyi meydana gətirmək lazımdır sürətlə, burada ieararxiya sırasına da ehtiyac yoxdur. Məsələn, Suriya ilə Azərbaycan eyni anda Türkiyəyə bağlana bilər. Eyni anda, heç bir sıralamağa belə ehtiyac yoxdur.

Türkiyənin öndərliyində, liderliyində bu birliyi dərhal yaratmaq lazımdır. Bu birlik yarananda  onsuz da heç kimin bir problemi qalməyacaq. Məsələn, Gürcüstan nəyə görə belə bir əzabı yaşasın. Rusiya niyə belə bir iztirabın içinə girsin. Neçə gündür çəkilən əzablara baxın. Televiziyalarda görürsünüz, qadınlar necə fəryad edirlər.

Türk tarixində görülməmiş bir mədəniyyət meydana gələcək inşaAllah. Bu, Amerikanın, Rusiyanın, Çinin iqtisadi cəhətdən çiçəklənməsi deməkdir. Məsələn, Amerika hal-hazırda iqtisadi çətinlik yaşayır. Çin Amerika bazarını, Türkiyə və dünya bazarını hər hansı bir şəkildə itirsə, faciəvi şəkildə çökər. Amerika da elədir, hal-hazırda çətinliklə ayaqda durur. Amma buna köklü dəstək çox əhəmiyyətlidir. Məsələn, azərbaycanlı qardaşlarım var gücləri ilə bu mövzuda qətiyyət göstərsinlər, biz də burada qətiyyət göstərək və bunu birləşdirib, iki gözəl ölkəni birləşdirib iki dövlət, bir millət olaraq bir araya gələk. Məsələn, indi İstanbuldan avtomobilə minib gedək Azərbaycanın ortasına qədər, gedib bir restoranda birlikdə yemək yeyək.

Çay TV, 23  iyul 2008

ADNAN OKTAR: Bu qədər asandır. Dinimiz bir, dilimiz bir, hər şeyimiz bir, eyni köklərdən gəlirik, qardaşıq, lakin ayrıyıq. Bu gün Azərbaycana desək ki ,gəlin birləşək. Bircə gün belə düşünməzlər, qəbul edərlər. Bunun yalnızca rəsmi olaraq tələb edilməsi lazımdır. Yəni iki dövlət, bir millət olaraq, çox rahat birləşə bilərik. Heç bir maneə yoxdur. Qazaxıstanla da elə, Qırğızıstanla da elə, Türkmənistanla da elə, Şərqi Türkistanla da elə. Hamısı rahatlayar bu ittifaqın nəticəsində. Həmçinin, İslam aləmi də elədir, məsələn Suriya can atır Türkiyə ilə birləşməyə, Bütün məsələ Türkiyənin bunu açıq-aşkar bəyan etməsində, yəni bu işə bir ad qoymasından gedir, vacib olan budur. Sadəcə xahiş edilməsi buna kifayət deyil.

Çay TV: Yəni türklər kimi ərəblər də bu ittifaqa yaxındır deyirsiniz?

ADNAN OKTAR: Əlbəttə. Tək qurtuluş yolu olaraq görürlər. Bu, Amerikanın da xilası deməkdir. Çinin də, Rusiyanın da xilası deməkdir. Həm iqtisadi cəhətdən də çox rahatlayarlar. Həmçinin terror da tamamilə aradan qalxar. Xüsusilə İsrail, həqiqətən də, rahatlayar, heç bir çətinliyi qalmaz. Ermənistan da rahatlayar və çox gözəl bir mədəniyyət yaranar. Buna heç bir əngəl yoxdur. Çünki bu sülh birliyi, qardaşlıq birliyi, sevgi birliyidir, bu irq üstünlük, başqalarını əzən anlayış deyil. Bu bir xidmət istəyidir, bütün insanları xilas etmək, bəşəriyyətə xidmət etmək istəyidir.

İran IRIB, 30 sentyabr 2008

Müxbir: Türk-İslam Birliyi fikrini siz iddia etdiniz, bu hardan qaynaqlanır?

ADNAN OKTAR: Mən türk millətinin tarixi missiyada həmişə liderlik etdiyini, İslam aləminə bayraqdarlıq etdiyini görürəm və həqiqətən təqvalı bir millətdir, yəni İslama, Qurana bağlı bir millətdir. Bir də fitrətən liderlik etməyə çox uyğun bir millətdir. Rəvayətlərdə də türk millətinin lider olması, hz. Mehdinin (əs) zühurunda da türk millətinin lider olacağı açıq-aşkar bildirilir, hətta deyilir ki, hz.Mehdi türklərin arasından çıxacaq, bununla bağlı sünni qaynaqlarda rəvayət də vardır. Deyilir ki , türklərlə birlikdə mübarizə aparacaq, hətta bu mövzuda Xorasan tərəflərinə diqqət çəkilmişdir. Xorasan da həmçinin türklərin yurdudur. Ona görə də mən türk millətinin bu müqəddəs vəzifədə, bu mühüm vəzifədə qabaqcıl rol əldə edəcəyini, qabaqcıl dövlət olacağına inanıram, rəvayətlərdən də onu başa düşürəm, amma bu hər hansı bir irq üstünlüyü mənasında deyildir. İrq üstünlüyü, qan üstünlüyü deyil. Təqvalı olduqları üçün, cəfakeş olduqları üçün bu vəzifəni yaxşı yerinə yetirəcəklərini, gözəl şəkildə edəcəklərini düşünürəm, liderlik xüsusiyyətlərinin çox yaxşı olduğunu düşünürəm, hədislərin də buna işarə etdiyini görürəm, ona görə də türk millətinin liderliyində bir Türk İslam Birliyi şəklində böyük bir İttifaqın qurulacağına inanıram.

Türkiyə Allah’ın diləməsi ilə qədərdə İslam aləminin, bütün İslam dünyasının liderliyini edən bir millətdir, inşaAllah. Yəni ona görə bu vəzifəni yerinə yetirəcək, qədər belədir inşaAllah. Yoxsa "bizim qanımız zadəgan qanıdır, soyumuz zadəgandır, bütün dövlətlər sadədir, normaldır, biz çox inkişaf etmiş bir irqik"- belə bir şey demirik, demərik. Türk milləti nəcib bir millətdir, həqiqətən cəfakeşdir, əzaba dözümlüdür, döyüşkəndir, Allah yolunda mübarizə aparar, çətinliklərə dözər. Təqva cəhətdən uyğun görürəm, üstün görürəm, məsələ budur.

Kaçkar TV, 15 dekabr 2008

ADNAN OKTAR: Əgər bir ölkədə insanlar bir şeyi şövqlə istəyərlərsə,bu olmuş sayılır onsuz da. Yalnızca arxada onun detalları qalmışdır. Türk dövlətlərinin hamısında biz bir araşdırma apardıq, hamısı da Türkiyə ilə birləşməyi istəyirlər, bu çox dəqiqdir. İslam ölkələri ilə görüşdük, onlar da istəyirlər. Amma qorxuları var, əvvəlki zamanlarda Türk Birliyi dedikdə irqçi birlik mənasında idi bu, bu çox təhlükəli bir şeydir. Təbii ki, bu faşizmdir. İrq üstünlüyünə söykənən bir birlikdən bəhs edilmir burada. Burada əxlaqa söykənən birlik var, sevgi birliyi, şəfqət, mərhəmət, dostluq, qardaşlıq və yardımlaşma birliyi var. Bunu bütün dünya istəyər, hazırda bunun qarşısında heç bir maneə yoxdur, onsuz da hökumətin də bu istiqamətdə çox ciddi işləri var, qapılar davamlı bu istiqamətdə açılır. Xüsusilə iqtisadi böhrandan sonra onsuz da heç bir başqa xilas yolu yoxdur. Sərhədlərin açılması lazımdır, türk ölkələrinin də, İslam ölkələrinin də sərhədlərinin açılması və onlarla ticarətin, mədəniyyət əlaqəsinin tamamilə sərbəst olması lazımdır. Bu bütün bölgənin mükəmməl hala gəlməsi deməkdir. Mədəniyyətdə, elmdə bir mərhələ irəli keçmək deməkdir. Fövqəladə bir zamana gələcəyik inşaAllah. İnsanlarımızın üzündəki bu donuqluq, bu sevincsizlik ortadan qalxacaq. Hər kəsdə sevinc, hər kəsdə bir bayram havası olacaq. Biz bu istiqamətdə irəliləyirik inşaAllah.

Müxbir: Nələr edilməsi lazımdır bunun olması üçün?

ADNAN OKTAR: Bütün mətbuat, jurnallar, televiziyalar bu Türk Birliyi, Türk-İslam Birliyi mövzusunda öz münasibətlərini bildirməlidirlər. Bizim millətimiz onsuz da bunu könüldən istəyir. Amma "gəlin edək" deyilməsi lazımdır, "gəlin edək" deyilməsi üçün də hər kəsin bu şüura çatması lazımdır. Bunu etmək üçün internetdən istifadə edilə bilər, söhbətlər təşkil edilə bilər, televiziya danışıqları aparıla bilər, hamısı ola bilər, bir az daha səy göstərilsə, bu mövzu tamamilə öz yerinə düşəcək. Çünki hökumət onsuz da bu istiqamətdə könüllüdür, partiyalarımız da bu istiqamətdə könüllüdür. MHP-nin onsuz da istədiyi bir şeydir bu, BBP'nin istədiyi bir şeydir, ƏİP-nin istədiyi bir şeydir, bunu istəməyən partiya heçə bərabərdir Türkiyədə. Amma bu şövq məsələsidir, coşğu, sevgi məsələsidir, sevgi ilə ola biləcək bir şeydir. Rəsmiyyətlə, soyuqqanlılıqla olacaq bir şey deyildir bu.

İrq üstünlüyü, qan üstünlüyü olmayacaq. Millət olaraq əxlaqi cəhətdən üstün bir millətdir türk milləti, bu xüsusiyyətləri ilə sözsüz ki, lider olacaq.

Kıbrıs Postası, 23 sentyabr 2009

Müxbir: Nəcə məgər, bu birlik yalnızca dini, İslami bir birlikdirmi? İqtisadi bir birlik olmasına necə baxırsınız? Birlik deyərkən nəyi nəzərdə tutursunuz?

ADNAN OKTAR: Bu bir mənəvi sevgi birliyi, ruh birliyidir. Yoxsa məsələn, Türkiyə öz sərhədləri daxilində yenə də öz sivil quruluşunu qoruyar. Məsələn, Azərbaycan da öz quruluşunu qoruyar. Amma sərhədlər aradan qalxar, pasport rejimi ləğv olunar. Viza ləğv olunar. Qatarlar gəlib-gedər, səni istədiyin yerə aparar. Xəzər dənizinin kənarında süfrəni qurar ,yemək yeyərsən. Belə bir sistemdir bu.

Müxbir:  Avropa Birliyi kimi bir sistemdən bəhs edirik deyəsən biz.

ADNAN OKTAR: Onun daha gözəli, daha sevgi dolu olanı, daha şövqə dayananı. Avropa Birliyində sevgi yoxdur, bunda sevgi vardır. Allah eşqi, millət sevgisi, insan sevgisi var. Avropa Birliyi bilirsiniz ki, hadisələrə bir az materialist yanaşır, texniki cəhətdən yanaşır... Amma burada bir coşğu var, vətənpərvərlik, qoruma hissi var, ədalət hissi var. Osmanlının ədaləti hər kəsə məlumdur və türk ordusuna qarşı dünyada etibar tamdır. Türk ordusu dünyanın hər tərəfində çox sevgi ilə qarşılanır. Məsələn, Bosniyaya gedəndə türk əsgərlərini sevinclə qarşıladılar.

Məsələn, başqa ölkələrə gedirik. Fərz edək ki, Əfqanıstana gedirik, orada da sevgi ilə qarşılayırlar. Hər yerdə türk ordusuna qarşı möhtəşəm bir sevgi var. Bu, türklərə qarşı olan sevgidən qaynaqlanır. Çünki türklərdə, ümumiyyətlə, mərhəmət, ədalət, mehribanlıq hisləri vardır. Bu, dünyadakı digər başqa ölkələrdə rast gəlinən bir şey deyil. Məsələn, almanlardan bunu çox da görə bilməzsiniz. Bunu özləri də qəbul edirlər.
Bu, irq üstünlüyü deyil, əxlaq gözəlliyi, sevgi gözəlliyidir.

Kral Karadeniz, 2 yanvar 2009

ADNAN OKTAR: Bu birliyin gözəl tərəfi odur ki, burada irqçilik yoxdur, burda sevgi vardır... Bu məntiq daxilində mənim bəhs etdiyim coşğulu bir sevgi, məhəbbət, Allah sevgisi və Allah’ın qullarına kömək etməsi düşüncəsi vardır. Burada xristianlara da, yəhudilərə də şəfqətlə yanaşan bir sistem var. Bütün ərəb aləmini, bütün İslam dünyasını əhatə, İslamın o isti sevgisi ilə yanaşan bir sistem var.

... Təbii ki əlaqəsi yoxdur. Bu, Türk İslam Birliyi Osmanlıdan, əcdadımızdan gələn bir ruhdur. Bu, əcdadımızın bizə öyrətdiyi bir ruhdur. Bu mübarək birlik, bu gözəl birlik mütləq meydana gələcək. Bu bizim taleyimizdədir, amma bu, şövq işidir. Türkiyədə bunu istəyənlərin sayı 90% olduqdada bu iş həll olmuşdur deməkdir. Yəni onsuz da qəlblərdə yarandısa, qapını açmaq 10 dəqiqə çəkməz. Qapını açmaq problem deyil, bunu qəlbən qəbul etmək və qəlblərdə yaşatmaq çox əhəmiyyətlidir. Qapı açılmağı inanın ki, ən çox on, on beş dəqiqə çəkəcək. Yəni tutacaqsan, qapını sonuna qədər açacaqsan, bu qədər. Burda çətin, mürəkkəb bir şey yoxdur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo