Adnan Oktarın 19 aprel 2011 A9 Tv və Olay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Saffat surəsi, 12 "Xeyr, sən (bu möhtəşəm yaradılışa və onların inkarına) təəccüblədin." Bunlar necə inkar edir deyə, müsəlmanlar təəcüblənir, deyilmi? “Bu möhtəşəm yaradılışa təəccübləndin” deyir Allah. “Bu ehtişama, xromosomlardakı quruluşa, atomun quruluşuna, hüceyrənin quruluşuna, hamısına təəccübləndin”. "Və onların inkarına təəccübləndin" deyir. "Onlar isə lağ edirlər." “Öz ağıllarına uyğun lağ edirlər” deyir Allah "Onlara öyüd verildikdə, öyüd götürmürlər. Bir ayə (möcüzə) gördüklərində də, lağ mövzusu edib əylənirlər." “Heç cür qəbul etmirlər” deyir Allah "Bu, açıqca bir cadudan başqası deyildir" dedilər. "Biz öldüyümüz, torpaq və sümük olduğumuzda mı, həqiqətən biz mi dirildiləcəyik?" "Və ya əvvəlki atalarımızda mı?" De ki: "Bəli, üstəlik boyun bükmüş kəslər olaraq (dirildiləcəksiniz)." “Həm də yazıq mövqedə qaldıracağam size” deyir Allah.
"Məhz o, təkcə dəhşətli bir səs olacaq; artıq özləri (dirildilmiş olaraq) görməyə başlayacaqlar. " deyir. Bir qışqırıq səsiylə, heyrət qışqırığı atacaqlar, inşaAllah, bir qışqırıq səsi eşidiləcək, ayənin bir işarəsi də budur, bir də baxacaqlar ətrafa, dümdüz bir ərazi, ayaq üstədirlər. “Baxıb dayanırlar” Allah, təəccüblənir, heyrətlənirlər ətrafa nə oldu deyə. "Dedilər ki, vay halımıza! Bu ki, Haqq-hesab günüdür!" Nəzərdə tutulan bu imiş, həqiqətən deyilənlər doğruymuş deyirlər.
"Bu, sizin yalanladığınız (mömini kafirdən, haqlını haqsızdan) ayırma günüdür. Zülm edənləri, yoldaşlarını və tapındıqlarını bir araya gətirib yığın" deyir Allah. Çünki arvadı da özbaşına olur, yoldaşı da və yaxud bəyi də özbaşına olur. Allah deyir ki: "Zülm edənləri, yoldaşlarını və tapındıqlarını bir araya gətirib yığın." Darvinə mi, Stalinə mi tapınır, Marksa mı tapınır, nəyə tapınırsa, onları bir araya gətirin deyir Allah, hamısını bir araya gətirdir.
"Allahdan başqa (tapındıqlarını); artıq onları cəhənnəmin yoluna yönəldib aparın." "Və onları dayandırıb həbs edin, çünki sorğuya çəkiləcəklər." Cəhənnəmin yolunda dayandırılırlar və sonra tək-tək bitib-tükənmək bilməyən bir sorğuya çəkilirlər. Məsələn, sən bu insana bu zülmü niyə etdin, atomun quruluşunu həqiqətən anlamadınmı, xromosomların quruluşunu bildiyin halda niyə bilmirmiş kimi özünü apardın. Bir albalının Allah tərəfindən yaratıldığını görə bilmədinmi, bir bananın Allah tərəfindən yaradıldığını görə bilmədinmi? Gözün quruluşunu fərq edə bilmədinmi, beyində görünüşün meydana gəlməsini hiss edə bilmədinmi? Hamısının tək-tək cavabını verəcəklər, müddəti çox-çox uzundur. Hətta hədisdə Peyğəmbərimiz (s.ə.v): "Sıxıntının şiddətindən çox tərləyəcəklər" deyir. Bu sorğulamanın verdiyi sıxıntıya görə tər axacaq üzərlərindən, yerlərə axacaq deyir. Çünki anlaya bilmədiklərini tək-tək izah etməlidir. Məsələn, dünyanın səmadan belə, maqmanın üzərindən insanların bu qədər hüzurlu yaşamasının təsadüf olduğu qənaətində idin, deyilmi? Səmada daşlar var məsələn, milyonlarla daş var səmada, dünyanın üzərinə tökülmür, dayanır meteoritlər, "bu təsadüfdür mü? "deyəcək Allah. Meteoritlər yağış kimi yağır, göydə tutulur bilirsiniz. Bunu təsadüf olaraq mı gördün deyəcək Allah. Ən keyfiyyətli alətdən daha keyfiyyətli səs eşidir insan beynində, bu təsadüfdür mü, bunu necə qiymətləndirdin deyiləcək. Hansı birinə cavab versin? Portağalın dadı soruşulacaq, üzümün dadı soruşulacaq, hamısı soruşulacaq, yəni proses çox-çox uzundur. Möminlərdə çox qısa olur sorğu, müsəlmanlarda dinləməyə istiqamətli olacaq.