Kahramanmaraş Aksu Tv canlı reportajı, 1 may 2010
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Sizə hər istədiyiniz şeyi verdi" deyir, Allah. Nə istəyirsinizsə; qələm istəyirsinizsə qələm, ihlamur istəyirsinizsə ihlamur, səhləb istəyirsinizsə səhləb, başqa nə istəyirsinizsə o.
ALTUĞ BERKER: İndi o mövzudan bəhs edirdik, hocam, inşaAllah.
ADNAN OKTAR: Bəli. "Əgər Allahın nemətini saymağa cəhd etsəniz", verdiyi nemətləri saymağa cəhd etsəniz. "Onu sayıb-qurtara bilməzsiniz". O qədər çoxdurki, deyir Allah. Verdiyim nemətləri saymağa nə ömrünüz yetər, nə diliniz yetər. Kürsülər, qab-qacaqlar, avtomobillər, evlər, evlərin içindəki alətlər, televizorlar, televizorunn içindəki kiçik parçacıqlar, say say bitməz, deyilmi? "Həqiqət budur ki, insan çox zalımdır," deyir Allah "və çox nankordur," deyir. Yəni nankorluq edib bu nemətləri görməzlikdən gəlirlər, zülm edib anlamazlıqdan gəlirlər, deyir Allah.
"Necə ki, İbrahim belə demişdi: Rəbbim bu şəhəri etibarlı et." Mehdi (ə.s)-ın zamanında Allahın icazəsi ilə biz də bütün şəhərləri etibarlı edəcəyik . Baxın, "bu şəhəri etibarlı et". Mehdi (ə.s)-ın dövründə bütün şəhərlər etibarlı qılınacaq, hədis var. "Məni və uşaqlarımı bütlərə qulluq etməkdən uzaq tut." Yəni darvinizmə, materializmə batmaqdan, deyil mi, Axırzamandakı mənası budur. Allahın müsəlmanları belə bir bataqlığa düşməkdən qoruması üçün dua edirik. "Rəbbim həqiqətən, insanlardan bir çoxunu çaşdırıb azdırdı." Darvinistlər də indi, insanların bir çoxunu çaşdırıb azdırdılar. "Bundan belə kim mənə uyarsa, artıq o məndəndir." İbrahimidir, deyil mi, islamdır, müsəlmandır. "Kim mənə üsyan etsə əlbəttə, Sən bağışlayansan, əsirgəyənsən" "Kim mənə üsyan etsə." Bax, intiqamımı al, demir mübarəki görürsənmi? Nə gözəl əxlaqı var. "Kim mənə üsyan etsə," Hz. İbrahim (ə.s), "əlbəttə Sən bağışlayan və əsirgəyənsən." Onları bağışla və əsirgə deyir. Yəni, onları o bataqlıqdan qurtar deyir.
"Rəbbimiz şübhəsiz, Sən bizim gizli tutduqlarımızı da, aşkar etdiklərimizi də bilirsən." Ürəyimizdən keçənləri də bilirsən. "Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz." Hamısı Allahın qatında bir məlumatdır, deyir Allah. "Həmd Allaha aiddir ki, O mənə qocalığıma baxmayaraq İsmayıl və İshakı hədiyyə etdi. Şübhəsiz, Rəbbim həqiqətən duanı eşidəndir." Allah hər duanı eşidər. "Rəbbim məni namazımda davamlı et." Mənə beş vaxt namazı axsatmadan qılmağı nəsib et deyir, inşaAllah. "Soyumdan olanları da. Rəbbimiz duamı qəbul buyur," deyir. Baxın, ibadət üçün Allaha yalvarır. Ya Rəbbi, müntəzəm ibadətlərimizi edək, müntəzəm namazlarımızı qılaq deyə dua edir.
"Rəbbimiz hesabın ediləcəyi gün məni və anamı atamı və möminləri bağışla". Bütün hər kəsə dua edir. Anasına atasına. Biz də möminlər dua edərkən, hər kəsi içinə daxil edərək dua edəcəyik. Amma məsələn, Allah, bəzi analar vardır. Məsələn, hz. Nuh (ə.s)-ın xanımı vardır, kafir idi. Hz. Lut (ə.s)-ın xanımı vardı, kafir idi. Hz. İbrahim (ə.s)-ın atası vardı, Azər, kafir idi. Bunlar ayrıdır, inşaAllah.
"Ey Məhəmməd (s.ə.v), Allahı əsla zülm edənlərin etdiklərindən xəbərsiz sanma". Yəni, dəccal ordularının, tüğyanın və dəlalətin etdiklərindən xəbərsiz zənn etmə, deyir. Darvinizmi də, materializmi də yaradan Allahdır. Stalini də, Lenini də, hamısını da, Darvinin ağa atalarını da hamısını yaradan Allahdır. "Onları yalnız gözlərin dəhşətdən bəriləcəyi bir günə təxirə salır." Yəni ölümdən sonra, qiyamətdən sonra hamsının hesabını soruşacağam deyir Allah. Amma indi Allah imtahan verdiyi üçün Allah dəyməz. O zaman imtahan qalxar. Bədiüzzaman da deyir: "Küfrün pərdəsi əlimdədir. İstəsəm endirərəm," deyir. Allahın icazəsi ilə. "Amma imtahan mühitidir," deyir. Bu ancaq Xızır (ə.s)-ın tələbələrinin söyləyəcəyi bir şeydir. Çünki Xızır (ə.s)-ın tələbələrinin bir vəzifəsi də, bunu da ifadə edim, imtahan mühitini yaratmaqdır. Xızır (ə.s)-ın və tələbələrinin bir vəzifəsi də imtahan mühitini Allahın diləməsi ilə, Allahın əmri ilə yaratmaqdır. Xızır (ə.s) və tələbələri imtahan zəmini hazırlayarlar. Onun üçün heyrətlənəcəyiniz qrupların içinə girərlər. Heyrətlənəcəyiniz insanlara kömək edərlər və bəzən də mane olarlar. İnşaAllah, bunu da ifadə edim.