HÖRMƏTLİ ADNAN OKTARIN DABBƏT-ÜL ƏRZ İLƏ ƏLAQƏLİ HƏDİS İZAHI
Dabbət-ül Ərz üçün Quranda qadın və ya kişidir deyə ifadə edilən bir şey yoxdur. Yəni, elə bir şey olduqda, Allah onu açıq şəkildə vurğulayar. Belə eyhamla Qurandan hökm çıxmaz. Nə deyir Allah, "Axırzamanda insanların dini unutduğu, darvinizm və materializmin yayıldığı, dinsizliyin yayıldığı, insanları inandırmağın çətin olduğu bir vaxtda, dinin qəribələşdiyi bir dövrdə yerdən məmulat" deyir bax, "bir varlıq çıxararıq" Bir dabbə, "Tərpənən şey çıxararıq". Məsələn, almanın çürüdüyündə, o çürüyün kif atıb çoxalması, ona dabbə deyilir. İçkinin bədəndə yayılmasına da dabbə deyilir. Yəni gözlə görülməsi çətin olub hərəkət edən şeylərə də, belə xırda-xırda tərpənən şeylərə də dabbə deyilir. Debi, məsələn, qarışqanın hərəkəti və ya bir maşının, cihazın hərəkəti. Debabe, debbe, yəni, çırpınan, hərəkət edən, qımıldayan bir şey mənasındadır.
Peyğəmbərimiz (s.ə.v) izah edir Dabbət-ül Ərzi: "Dabbə danışanda bütün dünya eyni anda eşidər" deyir. Sırf bu izahdan başa düşülür internet olduğu, kompyuter olduğu, dərhal başa düşülür. Çünki bax,
“Bir yerdə danışar, bütün dünya eşidər” deyir. Bu necə olar? Bu şəkildə olar.
"Üzü insan üzü kimidir" deyir. Açdığın zaman insan üzü görürsən orada. İnsan üzü, yəqin ki, Mehdi (ə.s)-ın üzü görüləcək Dabbədə. Çünki;
"Saqqallı bir insandır" deyir. Yəni, Dabbənin içərisində Mehdi (ə.s)-ın üzünü görəcəyik. Ona işarə edir. Və deyir ki:
"Dabbə yerin altında və yerin üstündə. On minlərlə kilometr –fərsəx deyə keçir- kolu, budağı və quyruğu olar" deyir. Bu nədir? İnternet naqilləri. Deyilmi? Bütün dünyayı əhatə etmişdir. Hürümçək toru kimi bütün dünyanı əhatə edəcəyi söylənilir Dabbət-ül Ərzin. Və baxın diqqət edin:
"Hərkəsin evinə girər" deyir. Hərkəsin evində internet var. Amerikadakı insanın da evinə girəcək, İstanbuldakı insanın evinə də girəcək Dabbət-ül Ərz. “Eyni zamanda hər insanın evinə girər” deyir. Bunun qavranması çətindirmi?
"Dabbət-ül Ərz hər danışanda hər kəs dinləyər" deyir. Bu olduğuna görə, hər yerə girdiyinə görə.
"Başı buludlara dəyər." deyir. Təyyarənin çata bildiyi məsafədə də yenə internet var.
"Yerin altına da girər." deyir. Yerin altında da var internet. Məsələn, hərbi təsislər var yerin altında, oraya da girir internet.
"Hər cür rəng mövcuddur üstündə." deyir. Açanda kompyuteri, interneti hər cür rəng üstündə mövcuddur. Başa düşülməyəcək kimi deyil.
"Əlində bir möhür olar, hər kəsi möhürləyər. Hər yerdə o möhür çıxar." deyir. O möhür Peyğəmbərimiz (s.ə.v)-in möhürüdür. Allah, Məhəmməd, Rəsul möhürü.
"Möminləri damğalayar." deyir. Möminlərin evində o möhür görüləcək. Həqiqətən də hər yerdə görülür Peyğəmbərimiz (s.ə.v)-in damğası.
"Kafirin üzü, qapqara olar." deyir. Yəni ürəyi sıxılacaq, narahat olacaq. O görüntünü, o yazını, o söhbəti görəndə ürəyi sıxılacaq mənasında.
"Möminin üzü də par-par parıldayacaq, nurlandıracaq." deyir. Oxuduğunda möminin qəlbi açılır. Buna görə dişiliklə, erkəkliklə əlaqəsi yoxdur. Axırzamanda yerdən məmulat dabbə olduğunu başa düşürük.