(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 32-34)
Göylərin və yerin yaradıcısı olan Rəbbimiz ayədə insanlar üçün zəruri nemət olan suyu göydən endirdiyini bildirir. Yer üzündə 1 saniyədə milyonlarla kubmetr su okeanlardan atmosferə, oradan da quru sahələrə dövr edir. Bu su ilə torpaqlar canlanır, bitkilər yetişir, həyat davam edir. Allah`ın böyük bir lütfü olan bu dövran sayəsində insanlar suya olan tələbatlarını asanlıqla ödəyir, rahat yaşayırlar.
Eyni zamanda ayədə gəmilərin dənizlərdə hərəkətinin də Allah`ın insanlara bəxş etdiyi bir nemət olduğu bildirilir. Əlbəttə ki, suyun insanlara ram edilməsi Allah`ın böyük bir lütfüdür. Allah dilədiyi üçün su daşıma xüsusiyyətinə malikdir. Allah`ın əmri ilə gəmilər suyun üzərində hərəkət edirlər.
Ayənin davamında canlı-cansız bütün varlıqların Allah`ın nəzarəti altında olduğu bildirilir. Rəbbimiz kainatı insan üçün yaratmış, günəşi, ayı, gecəni və gündüzü onun ixtiyarına vermiş və onu hər cür nemətlə təmin etmişdir.
Ayənin sonunda isə Allah qullarına istədikləri hər şeyi verdiyini bildirir. Allah dünya həyatında insanlara bəxş etdiyi gözəlliklərə diqqət çəkir, bu nemətlərin saymaqla bitməyəcək qədər çox və müxtəlif olduğunu xatırladır. Göy üzündən dənizin dərinliklərinə qədər hər yerdə Allah saysız-hesabsız nemətlər yaratmışdır. Ancaq bəzi insanlar bu qədər nemət və gözəlliyə baxmayaraq Allah`ı lazımınca təqdir edə bilmirlər və Rəbbimizin verdiyi nemətlərə nankorluq edirlər. Halbuki, insan onun üçün yaradılan bütün nemətlərə şükür etməli və dünya həyatında Allah`ın bəyəndiyi əxlaqa yiyələnməlidir.