“Gücü çatdığı halda haram işləyənə mane olmamaq yaltaqlıqdır. Haram əmələ razı olduğunu göstərir”. Haqqı, xeyiri söyləyəcək yerdə susulmaz. Haqsızlıqlar çoxaldıqda, günahlar işləndikdə Allah fəlakət verər, Allah əsirgəsin. Peyğəmbərimiz (s.ə.v)-ə deyirlər ki “İçində yaxşıların da olduğu bir ölkə həlak olarmı? Rəsulullah (s.ə.v) cavab verir ki: “Bəli, günah işlənərkən yaxşılar susarlarsa hamısı həlak olar”. Rəsulullah (s.ə.v) buyurdu: “Keçmiş millətlərdən bir qisiminə zəlzələ ilə əzab verilmişdi. Yaxşılar da həlak oldu; çünki günah işlənərkən susmuşdular, qarşısını almamışdılar”. Yenə Rəsulullah (s.ə.v)-dən soruşurlar: “Ya Rəsulullah (s.ə.v), keçmiş ümmətlərdən bir qisiminə zəlzələlə ilə əzab verildi. Torpaq altında qaldılar. Bunlar arasında salehlər də vardı” -deyildikdə, “Bəli salehlər də birlikdə həlak oldular. Çünki Allaha üsyan olarkən susmuşdular” -buyurdu. Təbəranidə. Peyğəmbərimiz (s.ə.v): “Ümmətimdə zəlzələlər olar, minlərlə adam ölər. Allah bunu yaxşılara öyüd”. Bax, əzab yaxşılara öyüd olaraq gələr, “möminlərə rəhmət” çünki zəlzələdə ölən möminlər şəhid olmuş olurlar, malları sədəqə olar, “kafirlərə isə əzab olar” -deyir. Bu, Peyğəmbərimiz (s.ə.v)-ə vəhylə bildirilən məlumatdır. “Ümmətim üçün zəlzələlər günahlarına kəffarə olar. Hakimdə. “Suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən şəhid sayılır” -deyir. İbni Asakirdə. Suda boğulan, yanğında ölən, divar və dağıntı altında qalaraq ölən ürəyini Allaha bağlayaraq öldüsə şəhid sayılır.