CƏNNƏT ŞƏRABI DÜNYADA BİLİNƏN ŞƏRAB DEYİL, HALAL OLAN CİNSƏLLİK DƏ CƏNNƏTDƏ VARDIR. ALLAH NEMƏT OLARAQ VERMİŞDİR
Cənnətdə şərab olduğu açıqca ayədə var. Bildiyimiz şərab deyil, cənnət şərabıdır. Qadınlar da var, cinsəllik də var. Halal olan bir gözəllikdir cinsəllik, yəni nemətdir. Allah onun üçün xüsusi olaraq bədəndə sistem yaradır, qadında və kişidə zövq alacaqları şəkildə yaradır. Bu bir həqiqətdir. İnsanlar onsuz da elə törəyir, Allah onu vəsilə edir, deyilmi? Cinsiliyi vəsilə edir. Bütün insanlıq o şəkildə çoxalır. Bunun nəyini inkar edirlər mən bunu anlamıram. “Vay vay vay bir də axirətdə varmış” filan deyir, dəhşətə qapılır. Dünyada onsuz da istəmir. Axirətdə heç istəmir. Bütün nemətlər dünyada da, axirətdə də müsəlmanlarındır.
Cənnət şərabının bildiyimiz şərabla əlaqəsi yoxdur. Yəni spirtli bir şey deyil. Dadını heç kimin bilmədiyi, insanın ruhunda dərin təsir oyadan gözəl bir içkidir. Dünyada şərab haramdır. Çünki, içində metil spirti var. Bədəni zəhərləyər, qoxusu murdar, nəfəsdə diksinmə verici bir qoxu meydana gətirər və bədəni korlayar. Metil spirti ağlı, beyni, qaraciyəri darmadağın edər, zəhərdir. Ona görə Allah haram etmişdir.
Cənnətdə və dünyada seks vardır, cinsəllik vardır, halalıyla olsa nemətdir və gözəllikdir. Bunda qorxacaq bir şey yoxdur. Bütün insanlıq seks nəticəsində meydana gəlir, cinsəllik nəticəsində meydana gəlir. Yəni əgər bu səhv bir şey olmuş olsaydı, dünya tarixinin ilk başlanğıcından bu yana seks tətbiq edilməzdi, cinsəllik tətbiq edilməzdi və yaşamazdı. Quranda da Allah bunun halal olduğunu, nemət olduğunu söyləyir. “Sizə sizdən yoldaşlar yaratdım, qarşılıqlı rahatlayasınız deyə” deyir. Deməli rahatlaşdırıcı gözəl bir şeydir, elə deyilmi? Allah ayədə, “Qadınlarınız sizin tarlanızdır” –deyir. “İstədiyiniz kimi onlarla cinsi əlaqədə olun” -deyir.
Sad surəsi 50-52: “qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənmişdirlər”. “Dirsəklənər” demir “dirsəklənmişdirlər”, yəni bitmiş. “…çoxlu-çoxlu meyvələr və cənnətə məxsus şərab istəyirlər”. Yəni mənə şərab gətir deyir gətirirlər. Meyvə gətir deyir gətirirlər. Hurilərə, qılmanlara söyləyirlər onlar da götürüb gətirirlər. Yəni sanki buradakı restoranlardakı ofisiantlardan necə istəyirsənsə onun kimi. “Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıd qadınlar vardır”. “Qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənmişdirlər”, kreslolara dirsəklənirlər. “…çoxlu-çoxlu meyvələr və cənnətə məxsus şərab istəyirlər”. Hər cür meyvədən gətizdirir və şərab da, cənnət şərabı istəyir. “Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıd qadınlar vardır”. Halalı xanımlar var, amma təkcə yoldaşından təsirlənir, yəni Allahın hikməti, bir möcüzə olaraq başqa heç kimdən təsirlənmir. Yalnız yoldaşını cazibədar görür. Digərlərini yalnız gözəl insan olaraq görür. Allah elə bir güc vermiş.