Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Məryəm surəsi 12-ci ayə, "(Uşağın doğulub böyüməsindən sonra ona dedik ki:) "Ey Yəhya, Kitabı möhkəm tut." Daha uşaq ikən ona hikmət verdik." Mehdi (ə.s)-a uyğun şərh etsək; "Ey Yəhya, Kitabı möhkəm tut." Qurana qüvvətlə sarıl, "daha uşaq ikən ona hikmət verdik." Deməli, inşaAllah uşaqkən hikmət verilməsi çox məqbuldur, deməli, gözəl danışmaq, hikmətli danışmaq əsaslı danışmaq çox məqbuldur. "Qatımızdan ona bir sevgi həssaslığı və təmizlik (də verdik)." Axırzamana işarə edən yönüylə, hz. Mehdi (ə.s) çox sevgi həssaslığı olan bir insan olacaq. Sevgidən çox zövq alan, sevməkdən, sevilməkdən çox zövq alan bir insan olacaq və çox təmiz olacaq. Bütün müsəlmanlar kimi çox təmiz olacaq. "O, çox təqva sahibi biriydi." Hz. Mehdi (ə.s) da çox təqva sahibi bir insan olacaq, inşaAllah. "Ona salam olsun; doğulduğu gün, öləcəyi gün və diri olaraq yenidən-qaldırılacağı gün də." Eyni şəkildə Allahın hz. İsa (ə.s)-a da buna bənzər bir xitabı var. Sonra hz. İsa (ə.s)-ın doğumuna diqqət çəkilir. "Beləliklə, ona hamilə qaldı, sonra onunla kimsəsiz bir yerə çəkildi." İyirmi iki, iki və iki hz. İsa (ə.s)-ın doğumuna işarə edən bir ayədir, inşaAllah. "Deyərkən doğum sancısı onu bir xurma budağına tərəf apardı. Dedi ki: "Kaş ki, bundan əvvəl ölsəydim, yaddaşlardan silinib unudulsaydım" Şiddətli sancı və ağrıya görə, bir də böhtanlar var, üstünə çox gəlinmiş, ağır təhqirlərə məruz qalmış, o böhran içində belə bir ifadə işlədir, təbii ki, bu bir zəllədir (peyğəmbərlərin səhvləri), inşaAllah. "Altından (bir səs) ona səsləndi: "Hüznə qapılma, Rəbbin sənin alt (yan)ında bir arx yaratmışdır.'" Allah ona vəhy edir. "Xurma budağını özünə doğru yellə, üzərinə təzə xurma tökülsün." Təzə xurma çox ləzzətlidir, gözəl bir yeməkdir. Çox faydası var, Allah ona diqqət çəkmişdir. "Hüznə qapılma," baxın, kədərlənməyi haram edir Allah, hüznə qapılmağı qadağan edir. "Rəbbin sənin alt (yan)ında bir arx yaratmışdır." İndi bu arx nəyi izah edir, xurma ağacı nəyi izah edir, bunları zamanla daha çox görəcəyik, inşaAllah. Məsələn, "Qaf" şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. "Qaf, He, Ye, Ayn, Sad." Bunların da mənalarını inşaAllah Allah bizlərə açıqlatdırar. Hz. İsa (ə.s) ayədə 33-cü ayədə; 33 yaşında göyə alınmışdır bilirsiniz. 33 yaşında yerə enəcək, yenidən yer üzünə enəcək; indi dünyadadır, inşaAllah. "Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də." Ayənin birinci əbcədi 1987, ikinci əbcədi 2007, üçüncü əbcədi 2057 tarixini verir. "(İsa) Dedi ki: "Şübhəsiz mən Allahın quluyam. (Allah) Mənə kitabı verdi və məni Peyğəmbər etdi." 1410-1412-1462 tarixlərini verir, hicri 1410-1412-1462. Məryəm surəsi 40; "Əlbəttə, yer üzünə və onun üzərindəkilərə Biz varis olacağıq" Allah dünya hakimiyyəti meydana gətirəcəyəm, deyir. Baxın, "Əlbəttə, yer üzünə," "əlbəttə" mütləq "yer üzünə"; yer üzü nə deməkdir? Bütün dünya, "və üzərindəkilərə" yəni nə varsa, insanlar, əşyalar, dövlətlər hamısına "üzərindəkilərə Biz varis olacağıq." Hakim olacağıq, deyir Allah. "Və onlar bizə qayıdacaqlar", deyir. Bu ayənin əbcədi də 1992 tarixini verir miladi, tam olaraq 1992.