Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: ""Ey Atamız" dedilər, "sənə nə olub ki, Yusifi bizə etibar etmirsən?"" Xurafatçılarda düşüncəsizlik var, qanacaqsızdırlar. Üsluba baxın: ""Ey atamız" dedilər, "sənə nə olub"". Peyğəmbər olan bir insana xitablarına baxın! "Yusifə qarşı bizə güvənmirsən?" Deməli, xurafatçıya bir şey əmanət edilməz, xurafatçı təhlükəlidir, etibarsız bir insandır. "Halbuki, əslində, biz, onun yaxşılığını istəyənlərik", (Yusif surəsi, 11). Deməli, xurafatçı çoxlu yalan danışar və çox həyasızca, canlı-canlı insanın üzünə baxaraq yalan danışar.
"Sən onu sabah bizimlə göndər, ürəyi istədiyi kimi gəzsin, oynasın". Deməli, xurafatçılar zaman-zaman belə könül oxşayan tərzdə danışa bilirlər. Bax: "Ürəyi istədiyi kimi gəzsin, oynasın. Əlbəttə, biz onu qoruyub himayə edərik", (Yusif surəsi, 12). Deməli, xurafatçılar yalan danışarkən, oyun oynayarkən, insanların xoşlaya biləcəyi belə ifadələrdən də istifadə edə bilər.