ALLAH QURANDA KÜFRÜ HƏDDİNDƏN ÇOX TƏHDİD EDƏR
“Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.” (Fatir surəsi, 7)
Allah müsəlmanlar üçün həmişə rahatlıq, gözəllik, yaxşılıq yaradır. Müsəlman heç belə bəla qismi ilə qarşılaşmaz. Amma, küfrü Allah həddindən çox təhdid edər Quranda, 70-80% həmişə təhdiddir Quran. Küfrün şiddətindən qaynaqlanır bu. Allah deyir ki, ayədə, “zaluma və cəhula” deyir, zalım və cahil olur insanlar. Mələklər deyir ki, “qan tökəcək, zülm edəcək insan mı yaradacaqsan?” deyirlər. İnsanların böyük qismi o şəkildə olduğu üçün, Allah təhdidi Quranda həddindən çox işlətmişdir. Hansı səhifəsini açsan həmişə təhdid vardır. Bax, cəhənnəmə gedərsiniz, əzab çəkərsiniz, Allaha inanın, axirətə inanın, dəlillərə baxın, Allahın dəlillərini görməlisiniz. Dağlara baxın, dənizlərə baxın, ağaclara, bitkilərə, heyvanlara baxın. Mənim dəlillərimi görün. Məni inkar etməyin. Vicdansızlıq etməyin. Vicdanınız qəbul etdiyi halda inkara meyil etməyin. O zaman intiqam alaram, deyir Allah. “Yox, Allah elə etməz canım” deyir adamın biri. “Allah çox şəvqətlidir”. Allah Allah! İntiqam alır, görürsən. Bütün Suriyanı yerlə bir etdi, İraqı yerlə bir edir. Əfqanıstanı yerlə bir etdi, Liviyanı yerlə bir edir. Alır intiqam, intiqam almır deyə bir şey yox. Qan gövdəni götürür. Allaha şirk qoşuldu mu, məzlum da gedir o arada, zalım da. Hamısı əzilir.
ŞEYTAN MANYAK BİR RUHUN TƏMSİLÇİSİDİR
“Cəhənnəm əhlini şeytan azdırdıqdan sonra “Mən sizin üzərinizdə məcbur edici gücüm olmadı” deyə şeytan onlara söyləyir. “Mən sadəcə sizə yol göstərdim, siz də Mənə uydunuz. Mən sizin bilmədiyinizi bilirəm. Mən Allahdan qorxuram” deyə onlara söyləyir.”
Allahdan qorxuram demək nə demək? Allaha mən dostam deyir, sevirəm mən deyir. Amma, manyakca sevgisi. Bu cür tamamilə tipik bir manyakdır şeytan. Vardır belə insan, sevər, sevirəm deyər, gedər öldürər-vurar. Və yaxud, bəzən manyaklıq edər, intihar etməyə cəhd göstərər. Şeytan da belə manyak ruhun təmsilçisidir, manyaklığın təmsilçisidir. Hər hərəkəti manyakdır şeytanın onsuz da. Onsuz, söhbəti də manyakca. “Mən səni çağırmadım.” Çağırmaya bilərsənmi? Çağırırsan. Birinin başını bəlaya salmısan. Doğrudur, yəni, sənin ciddi, sərt bir gücün yoxdur, amma insanın da başını bəlaya salmısan. Onunla da öyünür. Mən yalnız deyiləm, bax, bunlar da edir, deyir. Bir tək mən etmədim deyir. Sırf onu demək üçün edir onsuz da o rəzaləti. Vardır bəziləri bir tək mənəm mi günahkar filan deyə, ağlı odur.