HÖRMƏTLİ ADNAN OKTARIN NƏHL SURƏSİNDƏN AYƏ İZAHLARI
Nəhl surəsi, 125-ci ayə
“(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”.
Allah: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et...” –deyir. Bizim etdiyimiz də budur. Yəni “hikmətlə”, qısa və əsaslı danışaraq “gözəl öyüd-nəsihətlə”, sevgi dolu öyüd-nəsihətlə. İnsanların ürəyini fərahladan nəsihətlə Allaha, Qurana çağır. “... və onlarla ən gözəl tərzdə mübahisə et”. Söyərək, qışqıraraq deyil. Ateistiylə, dinsiziylə, kommunistiylə ən gözəl bir şəkildə, şəfqətlə, mərhəmətlə, ağılla, sevgiylə haqqa dəvət etmək lazımdır. “Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. Yəni Allah: “Dəccalı da bilərəm, Mehdini də bilərəm” -deyir.
Nəhl surəsi, 127-ci ayə
“Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma”.
Allah: “...kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma” -deyir. Bu Mehdi (ə.s)-a da, İsa Məsihə də bir işarədir. Yəni inkar edənlərin sözlərindən, danışıqlarından kədərlənmə, sıxılma. Allah kədər və sıxıntını haram buyurmuş. Qadağan etmiş. “Səbir et! Sənin səbrin ancaq Allahdandır”. Yəni insan öz-özünə səbir edə bilməz, səbri etdirən Allahdır. Qədərində varsa, Allah yaratsa səbir edirsən. Yoxsa səbir edə bilməzsən. Xurafat və dəccal orduları hücum edir deyə müsəlman kədərlənməyəcək. Hiylə qurularkən o hiylənin qurulmasını Allah bir hikmətlə yaradır. HİYLƏNİN QURULMASI MEHDİYYƏT ÜÇÜN LAZIMDIR. HİYLƏNİN QURULMASI MEHDİ (Ə.S)-IN QİDASIDIR. MEHDİ (Ə.S) ÖZÜNƏ QARŞI QURULAN HİYLƏ NƏTİCƏSİNDƏ İNKİŞAF EDƏR. MEHDİYYƏT DƏCCALIN ÜSTÜNƏ BASARAQ, FİRONUN ÜSTÜNƏ BASARAQ YÜKSƏLƏR. ONLAR NƏRDİVAN KİMİDİR, HƏR GƏLDİKLƏRİNDƏ MEHDİYYƏT BİR AZ DAHA YÜKSƏLƏR.
HÖRMƏTLİ ADNAN OKTARIN İSRA SURƏSİNDƏN AYƏ İZAHLARI
İsra surəsi, 45-ci ayə
Quran oxuduğun zaman səninlə axirətə inanmayanlar arasında gözəgörünməz bir pərdə çəkdik.
Xurafatçıya, darvinistə Quran oxusan qəbul etməz. Niyə? Allah açıqlayır; “...gözəgörünməz bir pərdə çəkdik”. Çünki birinci yox ikinci boyutdadır. Xüsusi, Allah tərəfindən yaradılmış bir başqa həyatda yaşayırlar. Bu səbəbdən dediyini anlamazlar.
İsra surəsi, 49-50-ci ayələr
“Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir””.
Bu çox mənalıdır. Allah burada fosili dəqiq açıqlamış. Fosil dəmir oksidi və daşdan meydana gəlir. Allah: “Fosil də olsanız sizi yenidən yaradacağam” -deyir.
HÖRMƏTLİ ADNAN OKTARIN KƏHF SURƏSİNDƏN AYƏ İZAHI
Kəhf surəsi, 88-ci ayə
“İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.
“Biz ona əmrimizdən asan olanı buyuracağıq”. Kimə? Zülqərneynə asan olanı buyuracağıq. Demək ki, mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini asanlaşdırar, əmri asanlaşdırar, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qaldırar. Ayədə də var, Allah Peyğəmbərimiz (s.ə.v) üçün deyir; “Onların üzərlərindəki ağır zəncirlərini qaldırıb, onları yüngülləşdirirsən”. Mehdi (ə.s)-ın da vəzifəsi insanlar üzərindəki ağır zəncirləri aradan qaldırmaqdır. Amma xurafatçılar: “Bu bizim dinimizi aradan qaldırdı. Bizim dinimiz ağır bir din idi. Bu, dinimizi asanlaşdırıb öldürdü” -deyəcəklər.