Hörmətli Adnan Oktarın A9 telekanlındakı canlı söhbəti
(15 mart 2013; 11:00)
Adnan Oktar: Allah: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”. Hələ uşaq yaşında ona hikmət verdik” deyir. Məryəm surəsi 12-ci ayədə. “Ey Yəhya! Kitabdan möhkəm yapış!” Axırzamanda da hz. Mehdi (ə.s) Qurandan möhkəm yapışacaq. Qurana möhkəm şəkildə sahib çıxacaq. “Hələ uşaq yaşında ona hikmət verdik”. Deməli, hz. Mehdi (ə.s) da hələ uşaq yaşında gözəl əxlaqlı olacaq. Mərhəmətli və şəfqətli olacaq.
Bax gör ayədə nə deyir: “Dərgahımızdan ona sevgi həssaslığı və təmizlik”. Deməli, hz. Mehdi (ə.s) sevgiyə çox açıq olacaq. Həm sevməkdən, həm də sevilməkdən çox xoşlanacaq. Ayədə buna işarə var. "Və təmizlik", deməli, Mehdi (ə.s) xeyli təmiz olacaq. Ayə işarə edir. "O, çox təqvalı biri idi". Deməli, hz. Mehdi (ə.s) dinə qarşı çox diqqətli olacaq. Xurafatçılığa qarşı deyil, Qurana qarşı çox diqqətli olacaq. Bu da aydın olur. Ayə işarə edir hz. Yəhya (ə.s)-dan.