SEVGİNİ MÜDAFİƏ EDƏNLƏR İNDİ DÜNYADA İŞIQ KİMİ ALLAH TƏRƏFİNDƏN GÖRÜNÜR
Onsuz da onlar üçün dünyanı ayaqda saxlayır hal-hazırda Allah. Sırf sevgini müdafiə edənlər üçün dünya ayaqda dayanır. Qiyamətin qopmama səbəbi budur. Məsələn, Türkiyədə çıraq kimi görülür o insanlar. Amerikada çıraq kimi görülür, bir ovucdurlar. Sırf onlar üçün Allah dünyanı davam etdirir. Sonra o çıraqların, o nurların sayları artacaq, o işıq hər yeri bürüyəcək. Sonra o işıqlar yavaş-yavaş sönəcək, sönəcək, sönəcək, qapqara olduqda dünya dağılacaq. Yəni, dünyanın davam etməsi üçün bir səbəb qalmayacaq.
DÜNYA ZALIMLAR ÜÇÜN, SEVGİSİZLƏR ÜÇÜN AYAQDA DEYİL
Allah sevgisinin təcəllisi olaraq imanlı insanlar gözəl bir üslub və ruh içindədirlər. Allah bunlar üçün dünyanı ayaqda tutur. Yoxsa dünya çoxdan dağılardı. Yəni itlər, köpəklər üçün, zalımlar üçün, sevgisizlər üçün, mərhəmətsizlər üçün, müharibə edənlər üçün ayaqda deyil. “Qan axıtmaq istəyirsən o zaman, Mənə buraxın” -deyir Allah. “Hər kəs qan istəyir, fəlakət istəyir, ölüm və əzab istəyir, hər kəs nifrət istəyirsə, yaxşı” -deyir Allah. “Mənə həvalə edin. Mən hamınızı birdən məhv edəcəyəm” -deyir və qiyaməti qopardır. “O gün, uşaqların saçları belə dümağ olar” -deyir Allah. Uşaqlar ölər, bir anda möcüzə kimi saçları dümağ olar, bir anda işıq kimi uşaqların saçları parıldayar. “İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar” -deyir Allah. Nə danışdığını bilməz, bir şeylər demək istəyər lakin nə dediyi aydın olmaz, yəni müdhiş bir ölüm bihuşluğu üzərlərinə çökər. “Axtardığı bu deyildi? Mən bunu edəcəyəm” -deyir Allah.
BÜTÜN DÜNYA EYNİ MÖVZUDA RAZILAŞARSA ALLAH ONU EDƏR
İndi müsəlmanların İslam Birliyini istəməsi azlıq təşkil etsə də, onu da edir Allah. Yəni kim nə istəsə onu edir. Küfr əhli: “Fəlakət, bəla, qan istəyirik” -deyir. “Yaxşı” -deyir Allah və bunu edir. “Cəhənnəm istəyirik, biz qaranlıqdan xoşlanırıq, təkamül bizi yaratdı, biz belə bir dünya istəyirik” -deyirlər. Cəhənnəm tam dedikləri kimidir, belə bütünlüklə geni xarab olan, düşündükləri tiplərlə doludur. Kim inancını necə yaşayırsa ona görədir. Məsələn, dinsizdir amma zalım deyil, zülm etmir, onların cəhənnəmi ayrı olur. Yəni düz bir həyat yaşayırlar. Cənnətlə müqayisə etdikləri üçün iztirab çəkirlər. Amma, məsələn, heç kimə zərəri olmayan, heç kimi incitməyən, zülm verməyən, öz halında lakin dinsiz olana, Allah onlara da düz həyat yaşadır. Məsələn, sıxıcı və mənasız bir həyat, cəhənnəmin təbəqələrindən biridir. Sıxılar orada, sevgisizlikdən, təklikdən bezər, cənnətin gözəlliyi ilə müqayisə etdikdə ürəyi sıxılar. Allahın ona əzabı da o şəkildə olar. Amma əgər biri, adam yandırmışsa Allah da onu yandırar, birini zəncirə vurmuşsa, müsəlmanı, Allah da onu zəncirə vurar. Amma sonsuza qədər zəncirləyər.