Və: Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük” (qatəlna), - demələridir. Halbuki onlar İsanı nə öldürdülər (ma qatəluhu), nə də çarmıxa çəkdilər (ma saləbuhu). Onlarda yalnız belə bir təsəvvür yarandı (şubbihə). Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər (ma qatəluhu). Xeyr (Bəl), Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa Surəsi, 157- 158)
Ayələrdə bildirildiyi kimi, Hz. İsanı (ə.s) öldürmək istəyənlər məqsədlərinə çata bilməmişlər. Allah Hz. İsanı (ə.s) qatına yüksəldərək onu inkar edənlərin tələlərindən qorumuş və xilas etmişdir. Ayələrdə "rəfiukə" və "rəfəa" olaraq keçən sözün ərəbcə mənşəyi "rəf" sözüdür. Rəf sözünün lüğət mənası "yüksəlməkdir." İslam alimləri rəf sözünü açıqlayarkən "rəf sözü alçaltmanın əksidir" deyirlər. İslam alimi Əşari Ali-İmran Surəsinin 55-ci ayəsini Nisa Surəsinin 158-ci ayəsi ilə birlikdə açıqlamış və bu barədə qənaətini bu şəkildə ifadə etmişdir: "Hz. İsanın (ə.s) diri olaraq səmaya rəf edildiyi (yüksəldildiyi) haqqında ümmətin icması vardır." (ümmətin icması: eyni əsrdə yaşamış İslam alimlərindən müctəhid olanların hər hansı bir məsələ haqqında verilən hökmdə birləşmələridir.)
Hz. İsanın (ə.s) diri olaraq Allah Qatına yüksəldilməsinin bir başqa dəlili Nisa Surəsinin 158-ci ayəsində keçən Ərəbcədə "bəl" ədatıdır. Türkçədə "əksinə" mənasında tərcümə edilən bu ədatın ərəb qrammatikasındakı mənası və istifadə xüsusiyyətləri çox əhəmiyyətli bir gerçəyə diqqət çəkir. Ərəb qrammatika qaydalarına görə bəl ədatı bir cümlədən sonra gəlirsə, özündən sonra gələn cümlə, əvvəlki cümlənin ziddi olmalıdır. Bu vəziyyətdə Hz. İsa ilə əlaqədar ayədə də, "... onu öldürməmişdilər. Xeyr (Bəl), Allah onu Öz dərgahına qaldırmışdır...." ifadəsində ölümün tam tərsi olan canlılığa işarə edilir.
Mövzu ilə əlaqədar Osmanlı imperiyasının son dövr İslam alimlərindən Şeyxülislam Mustafa Səbri Əfəndi də bu barədə öz fikrini bildirmişdir: Nisa Surəsinin 158-ci ayəsində keçən “bəl” ədatı mənfi mənanı ifadə edən cümlədən sonra gəlirsə ərəb qrammatika qaydalarına görə özündən sonrakı cümlə əvvəlki cümlənin tamamilə ziddi olmalıdır. Ölümün əksi canlılıqdır. Qrammatik qaydalar bunu tələb edir. Əgər biz "burada mənəvi rəf edilməkdən (yüksəldilməkdən) söhbət gedir" və "Hz. İsa normal olaraq vəfat etmişdir" desək bu qaydaya uyğun olmaz. Çünki bəl ədatından sonra, rəf ədatından əvvəl gələn, eyni zamanda mənfi cümlə olan öldürmə və asma hərəkətlərinə zidd olmaz... "Mənzilin lifti məni hər gün dördüncü mərtəbəyə çıxarır" deyildiyində heç bir ağıllı insan liftin məni ruhən dördüncü mərtəbəyə çıxardığını anlamaz. O halda Hz. İsa da yalnız ruhən yüksəldilməmişdir. (Mustafa Səbri, Mevkıfu'l Akl, s. 233)
Səid Ramazan ə-Butinin İslam Əqaidi adlı əsərində isə eyni mövzu bu şəkildə açıqlanmışdır: Ayənin əvvəlki hissəsi ilə sonrakı hissələri arasındakı qarşılıqlı uyğunluq zəruri olaraq bir həqiqəti ortaya qoyur. Məsələn, bir ərəbin "Mən ac deyiləm, əksinə yatıram" deməsi doğru deyil. Eyni şəkildə, "Xalid ölmədi, əksinə o yaxşı adamdır" cümləsi də doğru deyil. Düzgün olan "Xalid ölmədi, əksinə o yaşayır" formasındadır. "Başçı öldürülmədi, o Allah Qatında dərəcəsi üstün olan insandır" demək də qrammatik cəhətdən yanlışdır. Çünki onun Allah Qatında yüksək dərəcə sahibi olması, öldürülməsinə maneə deyil. 'Bəl' ədatı əvvəlki söz ilə sonrakı söz arasında ziddiyyət ifadə edir. Yəni 'bəl' özündən əvvəlki hökmü ləğv edir. (M. Said Ramazan el-Buti, Yaratıcının Varlığı ve Yaratılanın Görevi İslam Akaidi, Mavde Yayınları, İstanbul, 1996, s.338)