Adnan Oktarın 1 may 2011 A9 tv, Kanal Avropa və Çay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Bəli, mən yenə Qurandan bir şeylər izah edim. Şeytandan Allaha sığınıram; "Ey Kitab Əhli, dininiz mövzusunda azğınlıq etməyin." Yəni, belə gərəksiz, səhv, yanlış düşüncələr, xurafatlar çıxartmayın. "Allaha qarşı həqiqi olandan başqasını söyləməyin." Doğru söyləyin. "Məryəm oğlu Məsih İsa, ancaq Allahın elçisi və sözüdür. Onu (“Ol” sözünü) Məryəmə yönəltmişdir və Ondan bir ruhdur. " "Allahdan bir ruhdur" deyir. Onun üçün Ruhullah deyilir hz. İsa (ə.s)-a; Kəlimətullah və Ruhullah. "Elə isə Allaha və elçisinə inanın; "üçdür" deməyin. (Bundan) çəkinin, sizin üçün xeyirlidir. Allah, ancaq bir tək İlahdır. O, uşaq sahibi olmaqdan Ucadır. Göylərdə və yerdə hər nə varsa Onundur. Vəkil olaraq Allah yetər. Məsih və yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər. Kim Ona ibadət etməyə “qarşı çəkingən” davransa və təkəbbür göstərsə, (bilməlidir ki) onların hamsını hüzurunda yığacaq." "Kim Ona ibadət etməkdən çəkinsə," Hz. Məsih (ə.s) və yaxınlaşdırılmış mələklər həmişə rüku və səcdə edirlər. Hz. İsa (ə.s) da onların yanında, o da eyni şəkildə ibadət edir. Allah ona diqqət çəkir. "Kim Ona ibadət etməkdən çəkinsə" deyir Allah. "Kim Ona ibadət etməyə “qarşı çəkingən” davransa və təkəbbür göstərsə, (bilməlidir ki) onların hamsını hüzurunda yığacaq. Amma iman edənlər və saleh əməllərdə olanlar, onlara əcrlərini əskiksiz ödəyəcək və onlara Öz fəzlindən əlavə edəcək də." Bu ayə də hz. İsa Məsih (ə.s)-ın ölmədiyinin, Allah Qatında olduğunun bir başqa dəlilidir. Heç bir Peyğəmbər üçün söyləməmişdir Allah bunu. Yalnız hz. İsa Məsih (ə.s) üçün söyləyir. Məsələn, nə hz. İbrahim (ə.s) üçün, nə hz. İshaq (ə.s), nə hz. Yaqub (ə.s) üçün, heç bir Peyğəmbər üçün Allah bunu söyləmir, yalnız Məsih (ə.s) üçün söyləyir. Bax, "Məsih və yaxınlaşdırılmış yüksək dərəcə sahibi mələklər," yəni Cəbrayıl (ə.s), Mikayıl (ə.s), İsrafil (ə.s) kimi mələklər, "Allaha qul olmaqdan qətiyyən çəkinməzlər." Çünki hz. İsa (ə.s) ilə birlikdədirlər hal-hazırda və Allaha qul olmaqdan çəkinmirlər. "Kim Ona ibadət etməkdən çəkinsə," halbuki, hz. İsa (ə.s) vəfat etmiş olsa, ibadətlə mükəlləf deyil, amma vəfat etmədiyi üçün ibadətinə davam edir. Allah Qatında da ibadətinə davam edir, inşaAllah. Mələklər necə ibadət edirsə, o da ibadət edir hal-hazırda.