1-ci ... Bəli, hədisi şərifin ifadəsiylə hz.İsanın səmadan enişi qəti olmaqla birlikdə, işari məna ilə başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcüzəvi bir şəkildə işarə edir. (Kastamonu Lahikası, Məktub 51, səh. 50)        
2- ci .. Bəli  hər vaxt səmadan mələkləri yerə göndərən və bəzi vaxtda insan surətinə salan (Həzrəti Cəbrayılın "Dihyə" surətinə girməsi kimi) və cin və mələk kimi ruhani varlıqları ruhlar aləmindən göndərib insan surətinə salan, hətta ölmüş övliyaların çoxlarının ruhlarını cəsədi misalıyla dünyaya göndərən bir Hakimi Zülcəlal, hz. İsanı, İsa dininə aid  mühüm bir gözəl nəticəsi üçün deyil, göylər aləmində cəsədiylə olan və həyatda olan hz.İsa, bəlkə axirət aləminin ən uzaq küncünə getsəydi və həqiqətən ölsəydi, yenə də  böyük bir nəticə üçün ona yenidən cəsəd geydirib dünyaya göndərmək O hakimin hikmətindən uzaq deyil... Bəlkə Onun hikməti elə lazım olduğu üçün vəd etmiş və vəd etdiyi üçün əlbəttə göndərəcək. ...(Məktubat, on beşinci məktub, səh. 56-57)        
3- cü ... Və Qurana tabe olaraq o İsəvilik şəxsi mənəvisi və İslamiyyət, tabe olunan mövqesində qalacaq. Haqq din olan İslam, bu iştirak nəticəsində böyük bir qüvvə tapacaq. Dinsizlik  axınına qarşı ayrı-ayrılıqda məğlub olan isəvilik və islamiyyət birləşmələri nəticəsində, dinsizlik axınına qalib gəlib dağıdacaq bacarığında ikən göylər aləmində insani bədəniylə olan İsa, o dini haqq cərəyanının başına keçəcəyini bir Müxbiri Sadiq, bir Qadiri Küllü vədinə əsaslanaraq xəbər vermişdir. Madam ki, xəbər vermiş, haqqdır. Madam ki, Qadiri Küllü  vəd etmiş, əlbəttə edəcək. ... (Məktubat, on bşinci məktub, səh. 53-54)        
4- cü ... Hətta,  "Hz.Isa əleyhissalam gələr, hz.Mehdiyə namazda tabe olar." deyə rəvayəti bu ittifaqa və Quran həqiqətinə uyğun gəlməsinə və tabe olmasına işarə edir.