Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)
Kəhf surəsindəki Hz. Xızır hekayəsində "iki yetim uşağın" varlığından bəhs edilir. Bu iki yetim uşağın "atalarının isə əməlisaleh adam olduğu" ifadə edilir. Ayənin bu ifadələrində Hz. İsa (ə.s.) və Hz. Mehdiyə (ə.s.) istiqamətli işarələr vardır. Hədislərdə Hz. Mehdinin (ə.s.) kiçik yaşda atasını itirib yetim qalacağı ifadə edilmişdir:
HZ. MEHDİ (Ə.S.) YETİM OLACAQ.
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 176)
Məlumdur ki, Hz. İsanın da atası yoxdur. Bu səbəblə Hz. İsa (ə.s.) də yetimdir. Üstəlik Hz. İsa (ə.s.) da, Hz. Mehdi (ə.s.) də eyni soydandırlar. Bu səbəbdən hər ikisinin atası da Hz. İbrahimdir (ə.s.). Kəhf surəsində keçən "ataları əməlisaleh adam idi" sözləri də Hz. İbrahimə (ə.s.) işarə edir. Bir başqa Quran ayəsində Hz. İbrahimin bu xüsusiyyəti belə bildirilmişdir:
Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. (Nəhl surəsi, 122)