Xristianlıq dini müqəddəs torpaqlarda hz. Musanın (ə.s) şəriətinə uyğun yaşayan yəhudilər arasında yaranmış və onların hz. İsaya (ə.s) tabe olmaları ilə inkişaf etmişdir.Hz. İsaya (ə.s) tabe olan yəhudilər Allaha bir və tək olaraq iman gətirmişlər.
Ancaq bu tövhid inancı hz. İsanın (ə.s) göyə alınması və xristianlığın bütpərəst dünyaya yayılmasından sonra dəyişmiş, hz. Musa (ə.s) şəriətinin əsası olan tövhid inancı böyük dəyişikliyə məruz qalmışdır. Hz. İsa (ə.s) xristianlıq dininə sonradan daxil edilən üçlü tanrı inancına görə ilah olaraq qəbul edilmişdir (Allahı tənzih edirik). Xristianlar Allahın şəxsinin hz. İsada (ə.s) vücud aldığını iddia etməyə başlamış və bu səhv inancı yaymışlar.
Üçlü tanrı inancının (Allahı tənzih edirik) "ata, oğul və müqəddəs ruh"dan meydana gəldiyi iddia edilir. Xristianlıq inancını dəyişdirmək istəyən müxtəlif insanlar dövrün Roma imperatoru Konstantinin liderliyi və dəstəyi ilə bu mövzuda əsas olaraq Tövrat və İncildə keçən "Allahın oğlu" ifadələrini götürmüşlər. Halbuki Tövratda və İncildə keçən "Allahın oğlu" ifadələri bütün iman gətirənlərin Allahın sevimli qulları olduğunun gözəl ifadəsidir. Matda İncilində bu həqiqət "Barışı təmin edənlər nə xoşbəxtdirlər! Onlara Tanrı oğulları deyiləcək" (Matda 5:9) ifadəsilə açıq şəkildə izah edilmişdir. Hz. İsaya (ə.s) aid edilən bu ifadə də eyni mənanı daşıyır, İncildə keçən "oğul" ifadəsi Allahın sevimli qulu mənasını verir, Allahın həqiqi oğlu (Allahı tənzih edirik) mənasına heç bir şəkildə uyğun gəlmir. Xristianlığa sonradan daxil edilmiş və tövhid inancını yox etməyə çalışan bu yanlış və olduqca təhlükəli inanc zaman keçdikcə xristianlıq dininin ən böyük həqiqəti vəşərtinə çevrilmiş və buna inanmayanlar dindən çıxanlar kimi qəbul edilmişlər. Bu səhv inanc üçlü tanrı inancını müdafiə edən bəzi rahiblərin təzyiq və əsaslandırma üsulu ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılmış, xristianlıq dininə daxil edilmişdir. Üçlü tanrı inancına qarşı çıxanlar cəzalandırılmış, ölkələrindən sürgün edilmiş, hətta öldürülmüşlər.
Hz. İsa (ə.s) gəldikdə xristianları üçlü tanrı inancı yanılmasından qurtaracaq
Adnan Oktarın 19 yanvar 2009-cu il tarixli Ekin Tv reportajından
Xristianlığa sonradan daxil edilmiş üçlü tanrı inancı, ya da bir qisim xristianların dili ilə desək, üçlü birlik inancı nə Tövratda, nə də İncildə mövcud deyil. İncilin heç bir yerində üçlü tanrı ifadəsi keçmir. Hz. İsaya (ə.s) aid edilmiş “Allahın oğlu” ismi bəzi xristianların böyük yanılmasıdırvə çox böyük təhlükədir. Allah Quranda bu iddianı çirkin cəsarət kimi xarakterizə edir və bunun böyük təhlükə olduğunu belə təsvir edir:
(Kafirlər:) “Ər-Rəhman özünə övlad götürmüşdür!”– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – ər-Rəhmana övlad isnad etdiklərinə görə. Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək. (Məryəm surəsi, 88-93)
Səmimi xristianlar bu böyük təhlükəni mütləq görməlidirlər. İncilə əsrlər sonra əlavə olunmuş və fitnə mühiti içində bütün reaksiyalara baxmayaraq, zorla qəbul etdirilməyə çalışılmış üçlü tanrı inancının həqiqi İncillə tamamilə ziddiyyət təşkil etdiyini dərk etməlidirlər. Mövzu ilə əlaqədar digər izahları sonrakı yazılarımızda tapa bilərsiniz.
Xristianlıqdakı üçlü inancı şirkdir
Adnan Oktarın 3 dekabr 2009-cu il tarixli Çay TV və Maraş Aksu TV reportajından