XRİSTİANLARIN HZ. İSANIN (Ə.S) (HAŞA) ALLAHIN OĞLU OLDUĞUNA DAİR İNANCLARI BÖYÜK YANILMADIR -2-
ucgen

XRİSTİANLARIN HZ. İSANIN (Ə.S) (HAŞA) ALLAHIN OĞLU OLDUĞUNA DAİR İNANCLARI BÖYÜK YANILMADIR -2-

2039

Xristianlıqdakı "oğul" ifadəsi eynilə Tövratda olduğu kimi İncildə də Allaha qulluq mənasında istifadə edilir. Hz. İsa (ə.s), əlbəttə ki, Allahın sevimli quludur, lakin o, yemək yeyən, su içən, yorulanda istirahət edən, yatan və yaradılan hər varlıq kimi aciz varlıqdır. Bu həqiqət İncildə bir çox hissədə ifadə edilmiş həqiqətdir (İncildə Hz. İsanın (ə.s) insani xüsusiyyətləri və Allahın vəhyini çatdıran elçi olması ilə əlaqədar bildirilənləri buradan oxuya bilərsiniz). Eyni zamanda, Allah Quranda da Hz. İsanın (ə.s) bütün insanlar kimi aciz və imtahan olunan bəşər övladı olduğunu xəbər vermişdir:

 

 

 

Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar (haqdan) necə döndərilirlər. (Maidə surəsi, 75)

 

Xristianlar bu mövzuda səmimi davranmalı və bir insana ilahlıq verməyin Hz. İsanın (ə.s) gətirdiyi Xristianlıq dini, İncil və Tövratın hökmləri ilə ziddiyyət təşkil etdiyini, eyni zamanda ağıla və məntiqə zidd olduğunu da anlamalıdırlar. Haqq İncilə əsrlər sonra əlavə olunmiş belə bir inancın ciddi təhlükə olduğuna ehtimal verməli və bunun üzərində dərin düşünməlidirlər. Allahın üstün xüsusiyyətlərini insana yükləməyin, acizliklərlə yaradılmış insanı ilah olaraq göstərməyin nə mənası və faydası ola bilər? Allahın buna, şübhəsiz ki, ehtiyacı yoxdur (Allahı tənzih edirik). Bu ALLAHIN QÜDRƏTİNİ VƏ BÖYÜKLÜYÜNÜ LAZIMINCA TƏQDİR EDƏ BİLMƏMƏK deməkdir.

Bundan başqa, Allahın yer üzündə insan kimi Zatı ilə zühur etməsi fikrini xristianlar da istəməməlidirlər. Bunu Allahın şəninə yaraşdırmamalıdırlar. Allahın böyüklüyü, ucalığı, ululuğu, qüdrəti və sonsuz gücü xristianlar üçün nemətdir. Sonsuz güc sahibi Allaha inanmaqmı daha gözəldir, yoxsa yatan, yemək yeyən, ehtiyac içində olan insanı ilah etməkmi? Əlbəttə, bunun cavabını bütün xristianlar biləcəklər. Allahın Öz üstün şəxsini insanlara tanıtmaq üçün yer üzündə ölümlü və ehtiyac içində olan varlıqda təzahür etməyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Xristian qardaşlarımız İncilə ağılla düşünərək baxmalı və bütün bunları düzgün şəkildə qiymətləndirməlidirlər.

Hz. İsanın (ə.s) insani xüsusiyyətlərə malik olması, əlbəttə, bir peyğəmbər kimi onun dəyərini aşağı salmaz. Hz. İsa (ə.s) Rəbbimizin qiymətli və çox mübarək peyğəmbəridir. Allah Qatında bütün digər peyğəmbərlər kimi ən yüksək və ən müqəddəs mövqedədir. Allahın sevimli dostu, uca peyğəmbəridir.

Əsas olan Allaha (bir və tək olan Yaradanımıza) iman gətirməkdir. Allah insanlardan Ona şərik qoşmadan iman və qulluq etmələrini istəyir. İnsanların qulluq etmələri üçün Allahın yer üzündə insan kimi zühur etməsinə ehtiyac yoxdur. Xristian qardaşlarımız bu sualı özlərinə verməlidirlər: Allahın Hz. İsada (ə.s) Zat kimi təzahür etməməsi Allahın xüsusiyyətlərindən nəyi azalda bilər? (Allahı tənzih edirik) İnsanda Allahın Zat kimi təzahür etməməsi Allahın xüsusiyyətlərini, üstünlüyünü, gözəlliyini azaldan bir şey deyil. Əksinə, bu, Allahın gözəlliyinə gözəllik qatar, Onun üstün xüsusiyyətlərinin daha yaxşı başa düşülməsini təmin edər. Ölümlü, yatan, yemək yeyən, acizlik və ehtiyac içində olan insana Allahın Zat kimi təzahürünü yaraşdırdıqdan sonra Allahın üstün xüsusiyyətlərini lazımınca təqdir edə bilmək necə mümkün ola bilər? Bu, əlbəttə, mümkün deyil.

 

Xristianlar Hz. İsanın Allahın Oğlu Olduğunu Söyləyərək Milyonlarla İnsanın Dinsiz Olmasına Səbəb Olur

Adnan Oktarın 10 dekabr 2009 tarixli Çay TV və Maraş Aksu TV reportajından

 

Bəzi xristianlar Allahın insanda (haşa) İlah olaraq təcəlli etməsinin Allaha yaxınlaşmaq və dua etmək üçün bir vasitə olduğunu iddia edirlər. Lakin bu anlayış da Allahın böyüklüyünü və qüdrətini lazımınca təqdir edə bilməməkdən qaynaqlanır. Allahın yaratdığı insanlara yaxın olmaq üçün vasitələrə ehtiyacı yoxdur, ALLAH HƏR YERDƏDİR. Allah bizə ŞAH DAMARIMIZDAN DAHA YAXINDIR (Qaf surəsi, 16). Allah İncildə də bu həqiqəti xəbər vermişdir:

Siz onlara bənzəməyin! Çünki Allahınız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. (Matda, 6:8)

Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın gözləri qarşısında hər şey çılpaq və açıqdır. (İbranilərə məktub, 4:13)

Çünki aşkara çıxmayan gizli heç bir şey və bilinib aydın olmayan sirli heç bir şey yoxdur. (Luka, 8:17)

Allah qəlbimizdəki hər şeyi, gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilir. Allah gizlinin gizlisini biləndir. Ağlımızdan keçən düşüncələri, niyyətimizi, istəklərimizi hər an görən və eşidəndir. Allahdan gizli heç bir şey yoxdur. Allah Quranda ifadə etmişdir: ...aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm." (Bəqərə surəsi, 33) Allah bu həqiqəti İncildə də xəbər vermişdir:

Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandi. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. (Pavlusdan Koloselilərə məktub, 1:16-17)

Amma sən dua etdiyin zaman öz otağına girib qapını ört. Gizlində olan Allaha dua et. Gizlində etdiyin duanı görən Allah səni mükafatlandıracaq. (Matta, 6:6)

Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçələrdən daha dəyərlisiniz. (Luka, 12:6-7)

Bu səbəbdən Allaha yaxınlaşmaq üçün insanın içindən səmimi dua etməsi kifayətdir. Harada olursa-olsun, Allah onu mütləq eşidər, görər və istədiyi təqdirdə onun duasına cavab verər. Allah hər yeri və hər şeyi əhatə etmişdir. O, hər an bizimlə bərabərdir. Bu səbəbdən xristianların bu iddiası -Allahın (haşa) uzaqda, göydə olması, Hz. İsada (ə.s) Zat kimi təzahür edərək insanlara yaxın olması iddiası- Allahın qüdrətini qavrayıb anlamamaqdan qaynaqlanan ciddi yanılmadır.

Hər şeyi yaradan, hər şeyə və hər yerə Hakim olan bir Rəbbimiz var. Allahın izni ilə, Hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi isə çox yaxındır. Hz. İsa (ə.s) yer üzünə gələcək və bütün xristianlar onu sevib bağırlarına basacaqlar. Hər şey xristianların lehinə ikən bu məcburi izahlar nəyə lazımdır? Allahı insan kimi xarakterizə etməyin xristianlığa necə köməyi ola bilər? Tam əksinə, Allah bunun üçün Quranda “Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun” (Məryəm surəsi, 90) deyə xəbər verir. Xristianlar bunu ağılla qiymətləndirməli, Allahın qüdrətinə yaraşan din anlayışını mənimsəməlidirlər. İncildə olmayan, təzyiqlə cəmiyyətlərə qəbul etdirilmiş və Allahın şəninə uyğun olmayan izahın gərəksizliyini görməlidirlər. Allahın oğula, insanlarla ünsiyyət üçün vasitəsilər yaratmasına ehtiyacı yoxdur (Allahı tənzih edirik). Allah insanla qəlbi arasına girə biləndir, ona şah damarından daha yaxındır. Allah göydə, yerdə, insanın yaşadığı, gördüyü, görmədiyi hər yerdədir. Səmimi xristianlar Allahın şənini lazımınca təqdir etməli, belə məntiqsiz və gərəksiz izahlara Allahın izin verməyəcəyini bilməlidirlər.

 

Hz. İsanın gəlişini görmək istəyənlər Xristianlıqdakı üçləmə inancına son verib tək Allah inancının bərqərar olması üçün səy göstərməlidirlər.

 

Adnan Oktarın 26 İyul 2010 tarixli Adıyaman Asu TV və HarunYahya.TV reportajlarından

 

 

XRİSTİANLARIN HZ. İSANIN (Ə.S.) (HAŞA) ALLAHIN OĞLU OLDUĞUNA DAİR İNANCLARI BÖYÜK YANILMADIR -1-

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr