HÖRMƏTLİ ADNAN OKTARIN ŞƏHİDLƏR İLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ
Şəhidlər imtahan verirlər, amma qorunan bir imtahandır. Yəni davamlı savab qazanacaq şəkildə, üsulən imtahan verirlər. Xüsusi qorunduqlarını da bilirlər. Sevinc içindədirlər. Cənnətə gedəcəklərini də bilirlər. İmtahan kimi görünən, xüsusi qorunan bir quruluş içində olurlar. Yəni dünyadakı sistemə çox da bənzəmir. Çünki dünyada çətinliklər də var, ağrılar da var, orada o yoxdur. Hər şey müsbətdir, amma məsələn; qardaşına kömək olur, oradakı bir yeməyi ikram edir, gözəl sözlər deyir, Allahdan bəhs edir, yəni asan bir sistemdir. Amma, əlbəttə ki, anlamır, ölü olduqlarını bilmirlər. Diri olduğunu zənn edir, ayrı bir həyat ölçüsünə alındıqlarını düşünürlər.