A9 TV, 4 İyul 2015
(“Star” Qəzetindən Səadət Oruc bu günki yazısında “Ankara sərhədə qoşun yığdı çünki qarşı tərəfi çəkindirmək istəyir. Hələlik bir müdaxilə planı qəbul edilməyib. Ancaq PYD Cerablus-Öncüpınar arasında İŞİD-in nəzarəti altındakı bölgəyə müdaxilə etsə, Türk əsgəri bu bölgəyə girəcək və mane olacaq. Burası çox dəqiqdir” -dedi.)
Qardaşım PYD-ni tamamilə qovmaq lazımdır. Türk dövlətinə döyüş açmış bir terror təşkilatı ilə, üz-üzə necə yaşamaq olar? Əsgəri, polisi vuran, hər yeri bombalayan qatillər sərhədimizdə dişini ağardaraq bizə baxırlar. Bu olacaq iş deyil. Əslində sərhədə müvəqqəti keçidlər düzəldib yaxalayıb həbsə atmaq lazımdır. Yəni 10 dəqiqəlik, 5 dəqiqəlik girişlər edə bilərlər. Bunda bir şey yoxdur. Adam aynasını yaxud darağını salar, oraya gedər götürər, onun kimi bir şey. Orada it-köpək varsa gedər tutarsan. O zaman oraya qatil də qaça bilər. Nə edəcəyik? Qaçdı, artıq getdimi deyəcəyik? Qaçıb arxasından tutacağıq. Məhz orda qatillər gəzir. Onların hamısının tutulması lazımdır. Türkiyə olaraq İŞİD-lə də bizim işimiz olmaz. Yəni İŞİD-lə alıb-verə bilmədiyimiz yoxdur.
(PYD həmsədri Saleh Müslim Türkiyənin Suriyaya müdaxilə etmə ehtimalına qarşı “Bəlkə Türkiyənin Rojava üçün planları ola bilər, amma bu onları maraqlandırar. Hərbi mənada bizim hazırlığımız yoxdur, amma bizim üzərimizə gəlsələr müqavimət göstərərik, özümüzü müdafiə edərik. İŞİD üstümüzə gəldiyində özümüzü necə müdafiə etdiksə eyni imkanlar çərçivəsində müdafiə edərik” -dedi.)
Türk ordusu nizamlı ordudur. Oraya tankla, topla girdiyində özünü necə müdafiə edəcəksən? Darmadağın olarsan. Qaçacaq dəlik axtararsan. Amma mənim indiyə qədər gördüyüm bunlar xeyli qorunub dəstəklənildi. Baxsana, vaqon hesabıyla yemək gedirmiş. Qəribə vəziyyət var. O oradakı kasıb füqəraya getməz. Mənim anladığım qədəriylə o çaqqallar vaqonla gedən yeməkləri aralarında bölüşüb yeyirlər. Saleh Müslim Türkiyəyə gəlir, “Oo Müslimçim, xoş gəldin” filan deyirlər. “Çaymı istəyirsən, qəhvəmi istəyirsən?” filan deyirlər. Sonra da deyirlər, “Biz PYD-ni tutacağıq". Bu nə işdir mən anlamıram. Adam rəsmi görüşmələrə gəlir. “Buyurun Müslim Bəy xoş gəldiniz, yoldaşlar nə edirlər?” filan deyirlər. Bu adam PKK-nın başıdır, liderlərindən biridir.
(PKK tərəfdarları şərqdə “İndi deyilsə nə vaxt? Sən deyilsə kim?” yazılı broşuraları paylayaraq gəncləri dağa çıxarmağa təşviq edirlər.)
Həbsxanaya getməyə təşviq var? İndi deyilsə nə vaxt? Dərhal həbs edib götürəcəksən.
“İndi deyilsə nə vaxt?” Dərhal əməliyyat təşkil et, dərhal yığ, götür apar.
“Sən deyilsə kim?” PKK-lı deyilsə kimi atacaqsan həbsə? Doğru söyləyir, gözəl. Gərəyini qanunla hüquqla edəcəyik.
(Abdullah Gülün keçmiş məsləhətçilərindən Əhməd Takan yazısında İyun 2014-cü il tarixində Erbildə İŞİD-ə qarşı hərəkətə keçilməsi üçün əsgərlərə təlimat verildiyini ancaq Baş Qərargah rəisi Özəlin, “Mən Bərzanini qoruyacaq macəraya Türk Silahlı Qüvvətlərini soxmaram” dediyini bildirdi.)
Canım, bu Bərzani məsələsi deyil ki. Müsəlmana güllə sıxılmaz. Edən qatildir, edən alçaqdır və qarşılığı sonsuza qədər cəhənnəmdir.
(Küveytdəki aerodromlarından istifadə edərək İŞİD-i vuran Amerika, Adanadakı Əncirlik və Diyarbakır aerodromlarının əməliyyata açılmasını istəyir və cavab gözləyir.)
Xeyr, biz bu cür əxlaqsızlığa biz icazə vermərik. Onsuz da etdiyi şey əxlaqsızlıq və axmaqlıqdır. Hava hərəkatı. Qardaşım bu, ağılla fikirlə, elmlə mədəniyyətlə olar. Belə vəhşi metodlarıyla olmaz. Amerika illərdir, yüz, yüz əlli ildən bəridir bu metodla hərəkət edir. Amerikan vətəndaş müharibəsisində də eləcə, heyvani metodlardan istifadə etmiş. Danışıb razılaşsana, başın işləmirmi? Mütləq rüsvaylçılıq çıxsın. Amerikan vətəndaş müharibəsisində heyvan kimi təpindilər. Döyüşün necə dayandığını bilirsinizmi? Adam qalmadığına görə döyüş dayandı. Yəni döyüşəcək insan qalmadı. Belə vəhşidirlər. Bu, Amerikan dərin dövlətinin heyvanlığıdır. Belə şey olmaz. İŞİD; xoşuna gəlmədi, havadan bombala. PKK-ya gücün niyə çatmır? Çünki Amerikan dərin dövləti PKK-dan it kimi qorxur. Deyirlər ki, gəlib burada Avropada filan terror hadisələri törədərlər, bunlara güzəştə gedək deyirlər. Qoçusansa get Şimali Koreya ilə çatış. Bax adamlar atom bombası düzəltdi, sənə meydan oxuyurlar. Amma bax İraqı fağır bilib, onları əzdi. Zəif gördüyünə hücum etmək əxlaqsızlıqdır.
(Terror təşkilatı PKK Silopi stansiyası kömür bəsləmə idarə mərkəzinə hücum etdi. Hücumun ardından 40-a yaxın kənd və qəsəbədə elektrik kəsildi.)
İndi bunu da anlamazlıqdan gəlirlər. Sabahısı gün bir daha edirlər yenə də cəzasız qalırlar. Hamısında guya cinayəti işləyən naməlumdur. MHP Daxili işlər Nazirliyini alsa, mən belə hadisələr olacağını zənn etmirəm. Erkən seçkidə də AK Partiya bitər, onu söyləyim. Tayyib hocam o prezidentlik sevdasından imtina etməlidir.
Bəzi AK Partiyalıları PKK-ya azadlıq verilsə, Türkiyənin imperatorluq dövrü kimi olacağına inandırmışlar
AK Partiyalıları aldadıblar; siz PKK-ya azadlıq versəniz Türkiyə imperatorluq dövrü kimi olacaq, hər kəs sizə tabe olacaq, PKK da sizə tabe olacaq filan. PKK səni tabe edər. Səni heç bir şəkildə də ciddi qəbul etməz. Sən ona diz çökdünsə adam sənə niyə tabe olsun? Adam özünə diz çökənə təslim olarmı? Diz çökdürən adama təslim olar. Buna görə, belə bir iddia yersizdir. Yəni əsla edə bilməzlər.
(Dünya səviyyəsində ən çox oxunan internet saytlarından biri olan “Huffington Post” bu gün “İŞİD hz. Məhəmmədin 1400 il əvvəl xəbər verdiyi bir hadisəmi?” başlıqlı yazı nəşr etdi. Yazıda hədislərdə qara bayraqlı, uzun saçlı və saqqallı bir qrupun çıxacağı, onların ürəklərinin dəmir kimi qatı olacağının xəbər verildiyi bildirilir. Yazıda Peyğəmbərimiz (s.ə.v)-in bu kəslərlə qarşılaşdığında onlarla mübarizə edən Allah qatında ən qiymətlidir dediyi də iddia edilir.)
Yox, belə bir şey yoxdur. Onlar (İŞİD) sonunda hz. Mehdi (ə.s)-a tabe olurlar. “Huffington Post” bizi izləyir, izah etdiklərimizi dinləyir amma dediklərimizin yarısını götürmüş, yarısını götürməmiş. Dürüst davransın. Bu hədislərdən kimsənin xəbəri yox idi, mən 20 il əvvəl yazdım. Sonra yenidən yazdıq. Hadisələr çıxınca yenə yazdıq. Bax bilməyən qalmamış. Amerikan qəzetlərindən tut, CIA-nin əlaqədar qurumlarına qədər hamısı hadisədən xəbərdardır.
İŞİD yenilə biləcək bir güc deyil, bunu da bilirlər. Dünyanı dizayn edən gizli hökumət bunu bilir. Onun üçün əl vurmurlar. Dayandıra bilməzsən. Hz. Mehdi (ə.s) çıxana qədər dayandırılmaz. Yəni hədisdə güc-qüvvətlə dayandırılar deyirmi? Demir. Bunu kim dayandırar deyir? Ancaq hz. Mehdi (ə.s) dayandırar deyir. Bitdi. Niyə söyləmirsən onu? “Huffington Post”un bu səmimiyyətsizliyini onlara izah edək. Həm bir qəzet yazısıyla, həm də özlərinə göndərək. Anlamazlıqdan gələcəkləri kimi deyil.
(Amerika Bərzanini Rojavada qurulan tarazlığa daxil olmazsa PKK-nı Kürdüstanda gücləndirib onu bitirməklə təhdid edir.)
Yox elə bir şey olmaz. Türk xüsusi qüvvələri, MİT, xüsusi təyinatlılar Bərzanini dəstəkləsinlər. Amerikanın bu üslubu əxlaqsız, tərbiyəsiz və həyasızcadır. Sən orada kommunist-stalinist bir dövlət quracaqsan, Türkiyənin başına bəla gətirməyə qalxacaqsan. Bəlanı axtarma. Amerika yerlə bir olar, ağılını başına al. Qanunla-hüquqla etdiyin yersizliyi sənə yedirərik. Düşüncəsizlik istəmirik. Amerikan dərin dövlətinin bu düşüncəsizliyinin önü-sonu yoxdur.
Türkiyə Xarici İşlər Nazirliyinin Amerikaya PKK təhlükəsi haqqında brifinq verməsi lazımdır
Türkiyə Xarici İşlər Nazirliyi Amerika səfirini Xarici İşlər iqamətgahına çağırıb bu mövzuda çox geniş bir məlumat verməsi lazımdır. Yəni bu bizim yalnız edə biləcəyimiz bir şey deyil. Amerika Xarici İşlər Nazirliyinə də yazı göndərib, Naziri də Türkiyəyə dəvət edə bilərlər, Türk səfirini yenə Xarici İşlərinə dəvət edə bilərlər. Çox əhatəli PKK-nın kommunist-stalinist olduğunu, burada bir dövlət quraraq Türkiyəni yox etmək istədiyini və bölgəni yox etmək istədiyini, belə bir quruluşun sonra Amerikanın başına bəla olacağını, Türk Millətinin canı bahasına da olsa buna onsuz da icazə verməyəcəyini söyləmələri lazımdır. Bir də müttəfiqliyimizi pozması təhlükəsi olduğunu da ifadə etmələri lazımdır. Yəni dünyada bütün tarazlıqlar pozular, elə bir şey çox təhlükəli olar.
Türkiyə İran və Rusiya kimi ölkələrlə gizli razılaşmalar da apara bilər
Türkiyənin gizli razılaşmalar da aparması lazımdır. Məsələn İranla, Rusiya ilə gizli razılaşma apara bilər. Rusiya güclüdür. Çin olmaz, Çin inancı, iddiası, fəlsəfəsi olmayan bir ölkədir. Amma Rusiya elə deyil, o imperatorluq sevdasında, Rus imperatorluğunu qurma arxasındadır. Onlarda bir iddia adamlığı, ruhu var. Amma Türkiyəylə nə qədər dost ola bilər, ona bir baxmaq lazımdır. Amma millət bir bütün olsa çox təsir edici olar.
Millətimiz birlik bütünlük içində və igid bir ruhda olsa Amerikan Dərin Dövləti Türkiyəni bölməyi ağılından belə keçirə bilməz
Millət birlik bərabərlik içində olsa, Amerika heç bir şey edə bilməz. Amerika belə zəif ölkələrə bu tip əməliyyatlar edir. Xalqı qorxaq, ürkək olur. Məsələn İraq xalqının böyük hissəsi belə qorxaq idi. Onu bildikləri üçün əməliyyat etdilər. İgid, cəsur bir xalq olsa heç bir şəkildə edə bilməzlər. Amma Amerikanı alqışlarla qarşıladılar. Qəribədir. Yaxın şərqin ümumi xarakteri belədir. Hamısında olmasa da, ümumi xarakter belədir. Ümumiyyətlə xalqlar, insanların hamısı olmasa da bir qismi qorxaq, ürkək olur. Şiddət qarşısında boyun əyən, güc qarşısında təslim olan, diz çökən bir xarakterində olurlar. Amerika da bu istiqamətdən insanlara yanaşır. Bu çox təhlükəli bir şeydir. Amerika Türkiyədə igid bir ruh, qərarlılıq görsə, bölmə düşüncəsi ağlının ucundan belə keçməz.
Məsələn, İran xalqı cəsur bir xalqdır. Yəni oranın cəsur olduğunu bildikləri üçün nə Amerika, nə digər ölkələr heç bir şey deyə bilmir. Xeyli qorxurlar. Çox üzr istəyərəm bu ifadəmə görə, Amerika İrandan it kimi qorxur, xeyli qorxur. Az qala “böyük qardaşım” deyəcək, diz çökəcək. PKK it kimi qorxur. Oradan torpaq almaq, orada itlik, çaqqallıq etmək, təxəyyül belə edə bilmir. Amma Türkiyəni zəif gördükləri üçün, önünə gələn qoçuluq edir. Məsələn YPG; bunlar bir ovuc çaqqal, it-köpək dəstəsi, rahat şəkildə meydan oxuyur. “Qiyam qaldırarıq ha!” deyirlər, burada jurnalistlərin filan qorxusundan qanı qaçır, məhv olur. Bizi qurtarsa Öcalan qurtarar deyirlər, heç olmasa Öcalana sığınaq deyirlər. Yəni bir qismi belə namərd bir qorxaqlıq edirlər. Bu böyük bir təhlükədir.
(Əhməd Kekeç ölkənin sosyetik olan hissəsinin məclisə sədrlik etməyi AK Partiyaya qazandırdığı üçün MHP-yə çox hirsli olduğunu yazdı.)
Orada Hörmətli Bağçalıya və MHP-lilərə, HDP ilə əməkdaşlıq edəcəyini dedilər. O da, əməkdaşlıq etmərəm dedi. Bu qədər. Mövzu bundan ibarətdir. Allah əsirgəsin MHP, HDP ilə əməkdaşlıq etmiş olsa onsuz da bu dəhşət verici, çox qorxunc bir şey olar. Xəyalı belə olmaz. MHP ən məqsədəuyğun, ən gözəl rəftarı göstərdi. HDP ilə əməkdaşlıq etmək nə deməkdir? HDP-ni qəbul etmək mənasını verər. HDP virtual bir partiyadır. HDP deyə bir partiya yoxdur.
Amerikan Dərin Dövləti qorxaq millətləri çox dəhşətli şəkildə əzir
Bizim millətimiz cəsur bir millətdir, amma Qurtuluş döyüşü dövrlərində cəsurluğu daha da diqqətə çarpırdı. Sonra yeni yetişən gənc nəsil içərisində eqoist bir quruluş, darvinist, materialist bir quruluş inkişaf etdi. Əyləncəylə, boş işlərlə məşğul olur, gününü keçirir. Türkiyənin bölünməsi onu heç maraqlandırmır. Xeyli bu cür zəif xarakterli adamlar var. Buna qarşı tədbir görmək lazımdır. “Milli Dəyərlər Dərsi” tədris etmək lazımdır. Orada PKK təhlükəsi, ordunu sevmək, Türk Millətinin birliyi-bütünlüyü, darvinizm-materializmin səhvi, hamısı izah edilə bilər.
Təhsilli gənclərin olduğu, təhsilli cəmiyyətlərin olduğu ölkələrə Amerika yanaşa bilməz. “Xəstə adam” dedikləri Osmanlı dövründə Osmanlıya Darvinizm girmişdi. Mənfəətçi idilər. Bu Mültəkalar, İbni Abidinlər, Mizraqlı elmihallarla millətin beyni qarışmışdı, öz dərdlərinə düşmüşdülər. Çox gücsüz və qorxaq bir cəmiyyət halına gəlmişdi. Adamlar dərhal hücum etmə qərarı verdilər. Xəstə cəmiyyət dedilər. Amma millətin ruhundakı o igidlik ruhu təbii ki, heç bir şəkildə itmir. Son qalan gücləriylə müqavimət göstərdilər.
(Quru Qoşunları Komandiri General Hulusi Axar və 2-ci Bölgə Komandiri Adəm Huduti, həftə içində sərhəd bölgəsindəki birliklərə nəzarət etdi. Ardından da, hudut xəttindəki birliklərin bağlı olduğu zirehli və motorlu briqadaların komandirlərinə, qərargahda ediləcək yığıncağa qatılma əmri göndərildi. 400-dən çox zirehli personal daşıyıcının Suriya tərəfinə keçmə planları da müzakirə ediləcək.)
400 deyil ən az min, iki min tankla girilməsi lazımdır. Boydan -boya 600 km-lik sərhəd boyunca hər yerdən girmələri lazımdır. YPG bayraqlarının hamısını endirib, YPG-liləri tutmaları lazımdır. Artıq üsulu nəysə, ordu onu bilir, gərəyini etsinlər. Mənim bildiyim bir dənə bayraq var, o da Türk Bayrağı.
(45 gün içində hökumət qurulmazsa, konstitusiyanın tələbi ilə qurulacaq olan keçici hökumətdə HDP də kabinetdə iştirak edəcək. Bu vəziyyətdə AK Partiyaya 11, CHP-yə 6, MHP və HDP-yə 3 nazirlik düşəcək.)
Bu fəlakət olar. HDP-yə nazirliklərin verilməsi dəhşət verici olar. Allah verməsin. Türkiyə bu günləri də görsə bu dəhşət verici olar. Aman ha, əsla! Mütləq MHP-AK Partiya koalisiyası olsun, mövzu bu şəkildə həll olsun. Yox Amerika icazə vermir, yox dayım icazə vermir belə bir şey yoxdur. Amerika sən niyə koalisiya qurdun deməz.
Fələstindəki milliyyətçilik və eqoizm həqiqətən çox mərhəmətsiz ölçüdədir. İnsanlar bunun fərqində deyil. İslam Birliyi onları maraqlandırmır. Digər müsəlman ölkələr maraqlandırmır. Çox eqoistdirlər. Yalnız zəngin, rahat yaşamaq istəyirlər. Çimərliyə getsin, bilməm nə etsin, daha da olmazsa bir-birlərinə girirlər. Təbii ki, bu, təhsillə düzəldilə bilər.