A9 TV, 27 iyun 2015
(Respublika başçısı Ərdoğanın "Kobani düşdü düşəcək" sözlərinə işarə edən HDP başçısı Figen Yüksəkdağ, "Kobanini salmağa çalışanlar bu gün siyasi cəhətdən yerlərdə sürünürlər" dedi. Ak Partiyaya birinci cavab Kobani zəfəriylə, ikinci cavabı da xalqın 7 iyunda verdiyini söylədi.)
"Kobani düşmək üzrədir "; Kobanini məhz İŞİD darmadağın etdi. Orada xalqdan, müsəlman qardaşlarımızdan canlı qalxan olaraq istifadə edən PKK məqsədinə çatmış oldu. Nə qədər xain və alçaq olduğunu bir daha göstərdi. Bir hiylə, oyun quraraq günahsız Kürd vətəndaşlarımızdan canlı qalxan kimi istifadə etdi. Bu çox böyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Türkiyədən zorla gətirtdilər. Döyüş bölgəsi olduğu açıqkən, vətəndaşları döyüş bölgəsinə soxdular. Bu, çox böyük bir alçaqlıqdır. Oranın döyüş bölgəsi olduğunu hər kəs bilir.
(Türkmənlərə qarşı çıxarılma kampaniyası keçən həftə kürd qrupların Hamam Türkmən Əl Cənubi kəndinə girişi və buradakı vətəndaşları kənddən çıxarması ilə başladı. Bu iki bölgədən çıxarılanların sayı 10 minə çatdı.)
Hələ də PYD-ni dəstəkləyirlər. Mənim gördüyüm qədəriylə, hökumətin də PYD-yə qarşı mülayim bir siyasəti var. Onların palazlanmasına qapı açacaq bir siyasət aparırlar. Onsuz da PKK-ya qarşı elə siyasət aparıldı. Bəlkə də, istəməyərək etdilər, amma elə bir görünüş meydana gəldi. Türkiyə artıq bu pislikdən xilas olmaq istəyir. PKK-dan bezdik. Bunu həyatımız bahasına da olsa təmizləmək istəyirik. On milyon şəhid də olsa, bunu gözə aldıq. Beş milyon şəhid də olsa, gözə aldıq. Bu pislikdən xilas olaq, şərəfli yaşayaq. Bunların təzyiqi, bunların şiddəti, bunların verdiyi narahatlıq çox böyükdür. Müsəlmanların qüruruna, şərəfinə bir hücum var. Müsəlman qüruru, şərəfi üçün yaşayar. Bunları yox etmək vacibdir. Allahın əmridir. Bunların hamısını qanunla, hüquqla yox edək. Ordu lazım olanı etsin. Heç bir ölkə buna dözməz. Bu qədər tərbiyəsizlik, bu qədər vicdansızlıq da olmaz.
MHP PKK-ya qarşı çox güclü müxalif olmalıdır
MHP çox güclü bir şəkildə qarşı çıxsın. PKK-nı çox ciddi şəkildə gündəmə gətirsin. Türkiyənin bir hissəsinin əldən getdiyini çox güclü vurğulasın. Bu bəlanın dərhal təmizlənməli olduğu çox güclü vurğulanmalıdır. Hər yerdə səsini çıxartsın və hər gün bunu vurğulasın. Yeri-göyü silkələsin. Anadoluda yığıncaqlar etsin, danışıqlar aparsın, sırf Bağçalının edəcəyi bir şey deyil. Koray Aydın da qoçu cavandır. O da ayrı bir qoldan ortaya çıxsın. Professor Ümid Özdağ ortaya çıxsın. Məsələn, Edib Semih Yalçın. Mənim fikrimcə, MHP bir az diqqətli hərəkət edir, yəni ABŞ da MHP-yə qarşı bir təzyiq lobbisi meydana gətirə bilər. Avropada, İngiltərədə də bir təzyiq lobbisi meydana gətirə bilərlər. Sağ partiyaları bir anda yox edə bilirlər. İndi MHP-ni həddindən artıq sağ partiya qrupuna salıb bir anda güclü bir ictimaiyyətlə partiyanı dağıtmaq istəyə bilərlər. Belə bir inkişafdan çəkinmiş ola bilərlər, amma MHP çox güclü dirəşib, lideri çox olan bir partiyadır. Bu mövzuda çəkinməmək lazımdır. Çox hücum etmək lazımdır. Çünki Türkiyədə hər idealist lider mövqeyindədir. Hər idealist milli ruhu çox yaxşı bilən, iddia ruhunu yaxşı bilən lider ruhlu insanlardır. Buna görə də çəkinəcəkləri bir şey yoxdur. Allaha verəcək bir canımız var. Niyə qorxmalıyıq?
(Yüksək Seçki təşkilatının qəti nəticələri açıqlamasından sonra PKK-nın bölgədə etdiyi şaibələr də gün üzünə çıxdı. Diyarbəkir kəndlərində çox sandıqda digər partiyalara səs çıxmazkən HDP 391 seçicinin olduğu sandıqdan da 396 səs aldı. Ən diqqət çəkən isə açılan sandıqların çoxunda etibarsız səsin olmamasıdır)
PKK-nın damğasını burada açıq-aydın görürük. Sandıq başlarını PKK tutarsa olacağı budur.
(Hörmətli Bağçalı Twitter səhifəsindən İŞİD-in axırıncı hərəkətlərini qiymətləndirdi. İŞİD üçün "çox qudurdular" ifadəsindən istifadə edir. "Hər kəs Kobani ilə yatıb qalxır. Nişandaşından Yüksekovaya qədər qarşısına çıxan Kobanidəki iki terrorist qrupun qapışmasını problem edir. Şərqi Türkistandakı Çin zalımlığından heç kim danışmır. Ağızlarına da almırlar. Kobaniyə ağlayanlar, Kaçkara gülür. Bu zülmə şərik olurlar. Uyğur Türklərinə oruc tutmayın, namaz qılmayın, hətta nəfəs almayın deyirlər")
Doğru (Yüksək Seçki təşkilatının qəti nəticələri açıqlamasından sonra PKK-nın bölgədə etmiş olduğu şaibeler də gün üzünə çıxdı. Diyarbakır kəndlərində çox sandıqda digər partiyalara səs çıxmazkən HDP 391 seçicinin olduğu sandıqdan da 396 səs aldı. Ən diqqət çəkən isə açılan sandıqların çoxunda etibarsız səsin olmamasıdır)
PKK-nın damğasını burada açıq-aydın görürük. Sandıq başlarını PKK tutarsa olacağı budur.
(Hörmətli Bağçalı Twitter səhifəsindən İŞİD-in axırıncı hərəkətlərini qiymətləndirdi. İŞİD üçün "çox qudurdular" ifadəsindən istifadə edir. "Hər kəs Kobani ilə yatıb qalxır. Nişandaşından Yüksekovaya qədər önünə gələn Kobanidəki iki terrorist qrupun qapışmasını problem edir. Şərqi Türkistandakı Çin zalımlığından heç kim danışmır. Ağızlarına da almırlar. Kobaniyə ağlayanlar, Kaçkara gülür. Bu zülmə şərik olurlar. Uyğur türklərinə oruc tutmayın, namaz qılmayın, hətta nəfəs almayın deyirlər")
Doğrudur, amma hamısı birlikdədir. Oradakı zülm ilə Azərbaycandakı əziyyətlərdən, Misirdəki əziyyətlərdən, Liviyadakı əziyyətlərdən heç bir fərqi yoxdur. Hamsı qiymətləndirilməlidir. İkiyə bölmək səhv olar.
(Cənab Bağçalı "Aliməm" deyən, Allah dostu olduğunu iddia edən, irfan əhli mənəvi qənaət öndərləri İslamın süründürüldüyü fəlakətə nə üçün etiraz etmirlər? Qərb imperializmi İslamı qaralamaq və terrorla əlaqələndirmək üçün hiyləgər bir səy göstərərkən, dinimizi müdafiə edəcək mənəvi qalalar haradadır?" dedi)
Cənab Bağçalıya açıq söyləyim, indi bu mövzuya bizdən başqa sahib çıxan yoxdur. Bizdən başqa bu mövzulara Quranla cavab verən, aydın və həqiqi İslamla bu İŞİD modeli və yaxud Taliban modeli, yaxud ənənəvi Ortodoks modeli, İslamın fərqlərini, aradakı səhv-doğruları bizim qədər mükəmməl açıqlayan yoxdur. Bizim iştirakımızla Darvinizmi yerdən-yerə vuran bir qrup olsun, Quranı bizim kimi səmimi izah edən bir qrup olsun ardınca gedərəm.
(Türkiyənin Suriyaya müdaxilə planlarını tənqid edən Figen Yüksəkdağ, Türkiyənin PYD-yə təşəkkür borclu olduğunu iddia etdi.)
Həm adam öldürəcəklər, əsgərlərimizi şəhid edəcəklər, polislərimizi şəhid edəcəklər, binaları yandıracaqlar, təşəkkür edəcəyik, bir də əllərindən öpəcəyik! Terrorist canilərə, gözü dönmüş Allahsız, Kitabsızlara, Stalinist kommunistlərə, dəhşət saçan mafiya təşkilatına təşəkkür edəcəyik eləmi? Çox ayıb edir.
(Çinin 22 iyunda Şərqi Türkistanın Kaşğar şəhərində reallaşdırdığı və 25 müsəlman uyğurun qətlə yetirilməsi və üç Çin polisinin ölümüylə nəticələnən hadisədən sonra bir qırğın xəbəri də Aksu elinə bağlı Kuça şəhərindən gəldi. Ən az 10 müsəlmanın qətlə yetirildiyi bildirilir.)
Həqiqətən, bu canlarımla əlaqədar də nə bir xəbər, nə də məlumat çıxır. Əstəğfirullah, insan yerinə belə qoymurlar. Bir it öldüyündə, fok balığı filan öldüyündə yeri yerindən oynadırlar. Amma Türküstanda səssiz-sədasız ən az bu ana qədər 30 milyondan çox müsəlman türk şəhid edilmişdir. Heç kimin vecinə də deyil. Vaxtı gəldi, lazım olanı etsinlər. Qəhrəman ordumuz, qəhrəman əsgərimiz oradan "Ya Allah, Bismillah" deyək kürd qardaşlarımızla birləşək, Azərbaycanla birləşək, Ermənistanla birləşək Orta Asiyaya doğru, İslam aləminə doğru axmağa başlayaq. Çəkinməsinlər, dəliqanlı olsunlar. Qorxu olmaz, cəsarət olacaq.
Hökumət İsrail ilə aranı düzəltməlidir
İsrail ilə aranı düzəltsinlər. İsrailə düşmənlik uğursuzluq gətirər. Mən bir şey bilməsəm, söyləmərəm, İsraillə aranı pozmaq, İsrail düşmənliyi uğursuzluq gətirər. Hökumət bunu düzəltsin. Çox böyük səhv edirlər, çox.
(ABŞ rəhbərliyi çoxunu sərbəst buraxsa da, hələ 132 adamı Guantanamoda 12 ildir "terror şübhəlisi" iddiasıyla tutur. Bunu edərkən də heç bir beynəlxalq qanuna diqqət etmir)
ABŞ heç kimə fikir vermir. Türkiyənin bu qədər titrək davranması üçün bir səbəb yoxdur. Öz vətənimizdə nə CHP, nə MHP cənub-şərqdə heç bir partiya gedib partiya danışığı edə bilmir. Şimali Koreyaya belə gedilir. Hər yerə gedilir, Kubaya gedilir; amma oraya gedə bilmirik.
(İŞİD-in Suriyada strateji "Mare Xəttini hədəfə alması, Ankaranı həyəcana gətirdi və hökumət TSK-ya təhdid altında olan 90 kilometrlik bölgədə tədbir görülməsi üçün əmr verdi)
İŞİD niyə bizi maraqlandırır? Niyə PKK maraqlandırmır 90 kilometrlik sahədə İŞİD bizi maraqlandırır? PKK 600 kilometrlik sərhədimizi işğal edib, dövlət qurur. O bizi maraqlandırmır İŞİD maraqlandırır? Bizim İŞİD-lə heç bir işimiz yoxdur. Biz əsla İŞİD-ə qarşı bir əməliyyat düşünmərik. Olmasına da icazə vermərik. Belə bir şey olmaz. Hər dəfə eyni şeyi söyləməsinlər. Çox ayıbdır. PKK-ya gücün çatmasın, ondan sonra "Mən İŞİD-ə qəhrəmanlıq edəcəyəm" de. Dəliqanlsısansa, igidsənsə, PKK-nı gedib əzərsən.
(Turistik otelə təşkil edilən hücumdan sonra Tunisdə 80 məscid nifrəti qızışdırdığı üçün bağlanılır.)
Üsullara bax. Bunu etsən, adamlar Tunisi cəhənnəmə çevirərlər. Tunis respublika başçısını da öldürərlər, Baş naziri də öldürərlər, bəla hər yeri bürüyər. Belə bir üsul olmaz. Məscid bağlamaqla olmaz. Məscidləri aç, məsciddə təhsili mükəmməlləşdir. Quranın kafiliyini izah et. Belə üsul olarmı? Allahın məscidini sən necə bağlayırsan? Quranda ayə var. Məscidlər, sinaqoqlar, kilsələr qoruma altındadır. Məscidlərin sayını artır. Orada Quranın kafiliyini izah et, xurafatların yanlışlığını anlat.
(Səudiyyə Ərəbistanı, regional inkişaflar qarşısında artan təhdidlərə görə hərbi xərclərini artırdı)
Silaha xərclənən pul fağırlara xərclənsə, dünyada ağlasığmaz bir zənginlik olacaq. Dünyanın hər yerində mal zibil kimi axar. Silaha, adam öldürməyə pul verirlər. Mehdi (ə.s)-ın dövründə silahlar ortadan qalxır. Silaha veriləcək pul xalqa, avama, müsəlmanlara, fağırlara, haqsızlığa məruz qalanlara paylanacaq.
(AK Partiyadan yeni millət vəkili seçilən Konstitusiya dosenti Osman Can, qurucu məclis kimi çalışacaq bir qurucu hökumətin yaradılması lazım olduğunu söylədi.)
İndi konstitusiyanın sırası deyil. PKK məhv edilməlidir. Konstitusiya olması üçün əvvəl bir vətəni qurtarmalıyıq. Vətən işğal altındadır. Qurtuluş döyüşü kimi. İndi PKK işğalı var. Fransızlar Antepi necə işğal etmişdi? Eyni adamlar kirayəlik qatillərlə bu dəfə işğal etdilər. İndi ingilis, fransız və amerikan işğalı var. Bu işi onların mutlu qatillərinə etdirirlər. O zaman da Anzakları və s. gətirirdilər. Bunlar da onların muzdlu qatilləridir, PKK.
(İŞİD Kamışlı-Haseke arasında yerləşən və strateji baxımdan çox əhəmiyyətli olan Tel Barek qəsəbəsini ələ keçirdi)
Bəzən el dəyişdirər. Ora dayanmaz. Amma əsl mövzu PKK-dır. Heç vaxt bizi İŞİD-lə əlaqələndirməsinlər. Biz əsla İŞİD-ə güllə atacaq alçaqlığı qəbul etmərik. Müsəlmana güllə sıxmaq alçaqlıqdır, namərdlikdir, əxlaqsızlıqdır. Kim buna fətva versə, o da əxlaqsızın ən öndə gedənidir.
(Suriya Milli Koalisiyasının yaratdığı Həqiqətləri Araşdırma Komissiyası, Tel Abyaddakı türkmənlər və ərəblərin PYD-nin silahlı qolu olan YPG tərəfindən köçə məcbur edildiyini açıqladı)
PYD deyir ki, "Biz belə bir şey etmirik, sülhpərəstik". Halbuki hər cür əxlaqsızlığı, pisliyi, itliyi edirlər. Bunlar dinsiz, imansız, Allahsız, Kitabsız, pislik, donuz sürüsüdürlər. Bunları etibarlı hala gətirməyə çalışırlar. Mən bunları alçalda-alçalda hər kəs bunların həqiqi səviyyəsini öyrəndi. Əvvəl PKK-lıları kral, kraliça kimi göstərirdilər. Ağlasığmaz şəkildə alçaltdım. Şərəfsiz, mənəviyyatsız olduqlarını yaxşıca izah edincə soyuyub sakitləşdilər. İndi heç kim tərifləyə bilmir.
(Birləşmiş Millətlər Narkotik və Cinayət Ofisi, 2015 dünya narkotik hesabatında, dünyada hər 20 adamdan birinin marixuana, kokain və heroin kimi qeyri-qanuni narkotik maddədən istifadə etdiyini açıqladı)
Onda İslama, Qurana dönsünlər. İslama, Qurana dönməsələr, bu say getdikcə də artar.
(Səlahəddin Demirtaş: "KCK rəhbərliyi, KCK iradəsi, Kürd probleminin həlli mövzusunda yol göstərmək istəyirsə, şərhləri və bəyanları belədir, bu vəziyyətdə demokratik siyasətin güclənməsinə dəstək verməlidir" dedi)
MİT-i təbrik edirəm. Onlar aslandırlar. Girmədikləri KCK yığıncağı qalmayıb. Heç bir şöbəsi yoxdur. Hamısını idarə altına almışlar. Adamlar dəli olacaqdı. "Memo, xəbərin varmı bu da MİT işçisiymiş" deyir. Sanki ağılları çıxdı. Hamısını dovşan toplayırmış kimi yığdılar. MİT çox yamandır, maşaAllah.
(ABŞ-ın Ankara əski böyük elçilərindən Ceyms Jeffrey, xalqın 60%-nin iqtidar partiyasına "Biz sənin ölkəni idarə etmə şəklini bəyənmirik" mesajı verdiyini müdafiə edərkən seçki sonrası Türkiyənin xarici siyasətinin ənənəviləşəcəyinə güman etdiyini söylədi. Jeffrey gələn il İsrail və Türkiyənin qarşılıqlı səfir təyin edəcəkləri fikrini irəli sürdü)
Yəni lazımsız bir siyasət olaraq İsrailə qarşı tədbir gördülər. Sonra ondan imtina edəcəkləri aydındır. Yaxşı, oradakı təxribat nə olacaq? Bu, nəyə lazımdır? Tezliklə İsraillə əlaqələri düzəltməlidir. Biz İsrail xalqını sevirik. Zalımına qarşıyıq. O sevgini də ən yüksək səviyyədə göstərmək məcburiyyətindəyik. Əksi uğursuzluq gətirər, sevgisizlik gətirər. Yaxşı bir şey deyil.