HÖRMƏTLİ ADNAN OKTARIN YUSİF SURƏSİNDƏN AYƏ İZAHLARI
Yusif surəsi, 23-cü ayə
“Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi”.
“Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb”. Baxın, salonun qapıları var, bir dənə qapı deyil, bir çox qapı var. Çox böyük və dəbdəbəli bir ev. Hz. Yusif (ə.s) ilə evdə tək yaşayırlar. İndiki mövhumatçılar olsa dəli olarlar. Qadın hz. Yusif (ə.s)-ın yanında açıq paltarlarla gəzirdi. ““Yanıma gəl!”- dedi. O isə: “Allaha sığınaram””. Baxın, hz. Yusif (ə.s) zinaya yaxınlaşmır, halbuki, qadına baxıb, gözəlliyini də görürdü. Təqdir də edib, bəyənirdi də. Quranda da bu bildirilir. Hz. Yusif (ə.s) qadını bəyənirdi, hətta arzuladı da, amma uzaq durdu. ““Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi”. Fahişəlik edən, zina edən, günaha girən nicat tapmaz.
Yusif surəsi, 24-cü ayə
“Qadın ona meyl etmişdi. Əgər Yusif Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim sadiq qullarımızdandır”.
“Qadın ona meyl etmişdi. Əgər Yusif Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi”. Arzulayır, amma cinsi əlaqəyə girmir. “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq”. Baxın, Allah fahişəliyi istəmir. Baxmasını, sevməsini deyil, təkcə fahişəliyi istəmir. Fahişəlik nədir? Cinsi əlaqə, nəsilləri pozan cinsi əlaqədir. Halalı ilə olan əlaqə bir gözəllikdir. Allah haram olanı istəmir. “Həqiqətən, o, Bizim sadiq qullarımızdandır”. Xüsusiyyəti səmimi olması idi. “... sadiq qullarımızdandır”. Allah: “Namaz qılardı, oruc tutardı, zəkat verərdi, həccə gedərdi” -demir. Yalnız tək xüsusiyyəti səmimi qul olmasını deyir. Hz. Mehdi (ə.s)-ın da xususiyyəti səmimi olmasıdır. Yoxsa, Allah: “Ay yataqda yatardı, ay yemək yeməzdi, belə ağlayardı, belə insanın imkanlarından, dünyanın imkanlarından istifadə etməzdi” -demir. Allah əsas olaraq səmmiliyi sevir. Hz. Mehdi (ə.s)-ın əsas xüsusiyyəti də səmimi olmasıdır, inşaAllah.
Yusif surəsi, 25-ci ayə
“Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!””
“Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər”. Canım mənim. “Qadın onun köynəyini arxadan cırdı”. Qaçmasın deyə tutduqda köynəyi cırılır. Amma köynəyinin də kürəyinə yapışan bir köynək olmadığı aydın olur. Arxadan köynəyindən tuta bildiyi üçün demək ki, geniş və rahat bir köynək geyirmiş. “İkisi də qapının yanında qadının əri ilə rastlaşdı”. Allah xüsusilə edir; köynəyini cırdıran da Allahdır, qadının əriylə qarşılaşdıran da Allahdır. Əslində qarşılaşmaya bilərdilər. “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” “... və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Yəni döyülməsini istəyir.
Yusif surəsi, 26-27-28-ci ayələr
“Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür””
“Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür”.
Yəni qadınların bir qisimi həqiqətən çox kələkbaz, çox təhlükəli olarlar. Böyük hiylə qurarlar. Quran buna diqqət çəkir. Amma, əlbəttə ki, ərinə bu təlqin edilmiş olmasa, belə bir dünyagörüşü qazanmaz. İnsanların da nə qədər təlqinə açıq olduğunu burada görürük. Məsələn, adam köynəyi arxadan cırıldığını görər, onu maraqlandırmaz. Həm ağlına gəlməz, həm də dəlil olduğunu düşünməz. Məsələn, hz. Yusif (ə.s) eyni şeyi desə o qədər təsirli olmazdı. Amma bir başqası söylədikdə onu tərəfsiz gördüyü üçün ondan daha çox təsirlənir. Çünki, hz. Yusif (ə.s)-ın o günahı işləyəcəyini düşündüyü üçün onun dedikləri o qədər etibarlı olmur. Məsələn, bilirsiniz məhkəmələrdə də tərəfsiz şahid ifadəsi əsas götürülür. Şahidin ifadəsi onda təsir edir, psixoloji olaraq insanın ruhu ona daha meylli olur. Amma bu insanın vicdanlı olduğunu da görürük. İstəsə hz. Yusif (ə.s)-ın əleyhinə hökm verə bilərdi.
Yusif surəsi, 29-cu ayə
“Yusuf, sən bundan vaz keç! Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
“Yusif, sən bundan vaz keç”. Bax, etdiyi reaksiya budur; “vaz keç”. Yəni danışma, maraqlanma, bir daha əlaqən olmasın. “Sən də ey arvad, günahına görə bağışlanma dilə”. Bu şəxsin çox dindar olduğu görünür, hadisəyə çox məqbul və vicdanlı yaxınlaşır. Vəhşi hərəkətlər etmir məsələn, qadını vurmur. Adamın dindarlığının necə gözəl bir nəticə göstərdiyini də görürük. “Sən bundan vaz keç”. Görüşmə deyir. “Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”. “Allaha qarşı gunah işlədin, tövbə et” -deyir. “Mənə cəza vermək düşməz. Cəzanı vermək Allaha məxsusdur” -deyir. Amma arvadının cəzalanmasını istəmir, axirətdə də onun yanmasını istəmir. Axirətdə də onun qurtulanlardan olmasını istədiyi üçün ona da şəfqətlə yaxınlaşır. “Tövbə et ki, xilas olasan” -deyir.