HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ BAĞLI HƏDİS İZAHLARI
160- Gaybet Numani: İbn Ukdahdan, Əli ibn Faddaldan, Məhəmməd ibn Həmzədən, Məhəmməd ibn Səiddən, Osman ibn Hammaddan, Süleyman ibn Harun Ajalidan, İmam Cəfəri Sadiq (ə.s)-ın belə dediyi rəvayət edildi:
Qaim (Mehdi)-nin köməkçiləri onun üçün saxlanmışdır. Hər kəs getsə də, Allah onun (Mehdi)-nin müavinlərini ona (Mehdi)-yə gətirəcəkdir. Allahın bu ayədə bildirdiyi onlardır:
... Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik. (Ənam surəsi, 89)
Və belə bildirmişdir:
“… Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər...” (Maidə surəsi, 54)
Demək ki, o dövrdə insanlar o qədər bəlaya getmiş olacaqlar ki, elə bölünmüş olacaqlar ki, Mehdi (ə.s)-ın ətrafında toplaşacaq insanlar çox az sayda, barmaqla sayılacaq dərəcədə az olacaq. Peyğəmbərimiz (s.ə.v), "təxminən 313 nəfərdirlər" deyir. Axırzamanda ümmətin pərişanlığını düşünün. 4000 ildən bəri müjdələnən bir insanın ətrafında 313 nəfər toplanır Axırzamanda. Axırzaman bəlasının gücünü göstərir məhz bu. Ki, çünki mövhumatçılar Mehdi (ə.s)-ın çox səhv yolda olduğuna, dəlalətdə olduğuna inanacaqlar. Halbuki, onun münasibətilə dünya ayaqdadır, Allah onu vəsilə edir. Qiyamətin durması onun vəsiləsi ilədir, onun sayəsində yağışlar yağır. Allah onu vəsilə edir. Buna baxmayaraq, ona qarşı hərəkət etmiş olacaqlar. Peyğəmbərimiz (s.ə.v) deyir bunu, mən demirəm.
“...Əgər kafirlər ayələri inkar etsələr,” Əgər dəccaliyyət tərəfinə keçirlərsə, “Biz onları inkar etməyən bir qövmə həvalə edərik. (Ənam surəsi, 89)” Allah onları vəkil qılır, Mehdi (ə.s) tələbələrini. Allah ona işarə edir.
Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və qınayıcının qınamasından qorxmayan bir camaat gətirər. (Maidə surəsi, 54) Mehdiyyətlə bağlı təfərrüatlar burada çox aydın görünür. Sevgi əsaslı. Sevgi hakimiyyəti var, diqqət edirsinizmi ? Mehdi (ə.s) camaatının əsas xüsusiyyəti sevgidir. Allah onları sevir, onlar da Allahı sevirlər. “möminlərə qarşı mülayim,” Hansı möminlərə? Bütün dünya möminlərinə. Camaat ayrı-seçkiliyi etmirlər. "Allah birdir" deyən kim varsa onun arxasınca. Şəfqətli, təkəbbür etmir. Demək ki, mövhumatçılar və xurafatçılar təkəbbür edəcəklər. Böyüklük göstərəcəklər, azğınlaşacaqlar, fironlaşacaqlar; Bir qismi. Amma Mehdi (ə.s) tələbələri təvazökar və mehriban olacaqlar. Kimə qarşı? Bütün müsəlmanlara qarşı. “kafirlərə qarşı isə sərt olan,'” Təcavüzkar deyil bax; Güclü. Necə? Maddi mənəvi güclü. Elmi ilə, irfanı ilə güclü və şərəfli. Möminlərə qarşı şərəf varmı? Yox. Onlara qarşı qürur varmı? Yox. Kimə qarşı? İnanmayanlara qarşı. Onlara qarşı əzəmətlidirlər. “Allah yolunda cihad edən” əsas vəzifəsidir Mehdi (ə.s) tələbələrinin; həmişə cəhd edirlər. “qınayıcının qınamasından qorxmayan” Demək ki, möminləri iflic edəcək; Böyük hissəsini, onu buna salacaq, bunu ona düşürəcək, amma, Mehdi (ə.s) tələbələri qınayıcının qınamasından qorxmayacaq, əksinə şövqlənib ruh yüksəkliyi ilə hərəkət edəcək. Çünki ən çox qınanacaq camaat Mehdi (ə.s) camaatı olacaqdır. 313 nəfərdən başqa, hamı qınayır. Ayə birbaşa Mehdi (ə.s) tələbələrinə baxır.
Qaim Məhəmməd Mehdi (ə.s) zühur edəndə belə deyəcək; biz uca Allahın Kitabındakı bir ayədə vəd verdikləri insanlarıq.
Yəni, ayə bizə işarə edir deyəcək Mehdi (ə.s). Həcc surəsi, 41 aydın olaraq Mehdi (ə.s)-a işarə edir, görülür.
“Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.” (Həcc surəsi, 41)
Onları yerləşdirəcəyik, deyir Allah əvvəl dünyada, sonra da iqtidar sahibi qılacağıq. Mehdi (ə.s)-dan başqa iqtidar sahibi olacaq yoxdur yer üzündə. Bir tək odur müjdələnən. Deyir ki, Allah; birinci xüsusiyyətləri “namaz qılar” deyir; iki, “zəkat verər”; üç, “yaxşı işlər görməyi əmr edərlər” təbliğ edərlər; dörd, “pis işlər görməyi qadağan edərlər.” Mövhumatçılıq, xurafatçılıq, sevgisizlik, zalımlıqdan çəkindirirlər. “Bütün işlərin aqibəti Allaha aiddir.” Hamısı Mənə aiddir, deyir Allah. Hamısını Mən edərəm, deyir.