HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN İZAHLARI
Mezmurlarda Allahın əxlaqı açıqlanır.
“Nə böyük ordularla zəfər qazanan kral var, nə də böyük gücü ilə xilas olan igid. Zəfər üçün at, boş bir ümiddir. Bütün gücünə qarşı kimsəni qurtara bilməz. Amma Rəbbin gözü Özündən qorxanların, Allahdan qorxanların, sevgisinə ümid bağlayanların üstünədir”. (33. Mezmur 16. Hökm). Allah, yəni tankla, topla, təyyarə ilə bir şey edə bilməzsiniz. Bütün mövzu Allahı sevməkdə, Allahdan qorxmaqdadır deyir.
İndi Amerikan dərin dövlətinə bir sözüm var:
“Rəbb (Allah), xalqların planlarını pozar”. Bunlar nə etmək istəyirlər? Türkiyəni bölmək istəyirlər elə deyil mi? Mehdiyyətə maneə törətmək istəyirlər. Onsuz da PKK-nın orada -guya- dizayn edilməsinin məqsədi mehdiyyətə maneə törətməkdir. Orada islam ölkələrinə qarşı sədd meydana gətirmək istəyirlər. Diqqət yetirsəniz bütün şərqi bürüyəcək şəkildə, türklük aləmi ilə və ərəb dünyası ilə, islam aləmi ilə əlaqəni kəsmək üçün iyrənc bir sədd meydana gətirmək istəyirlər, PKK-dan ibarət olan, it-çaqqal dəstəsindən ibarət olan bir sədd meydana gətirmək istəyirlər. Məqsəd islam ölkələri ilə mehdiyyətin əlaqəsini qoparmaqdır. Yəni əsl dərdləri budur.
“Xalqların qanunlarını boşa çıxarar”. Məsələn PKK-nın qanunlarını boşa çıxarar. “Amma Rəbbin planları sonsuza qədər sürər”. Allahın planı nədir? Mehdiyyətdir, İslam Birlliyidir. Heç kim dayandıra bilmir. Bu Allahın planıdır. Amma onların planı pozulur. Baxın, IŞİD-in qarşısında darmadağın oldular.
“Nə xoşbəxt Tanrısı Rəbb olan xalqa”. Yəni Allaha inanan xalqa. Allah hər hansı bir irqə, qövmə “nə xoşbəxt” -demir. “Əgər Allaha inanırsa nə xoşbəxt ona” -deyir. Çox mənalı ifadədir. Allaha inanmayana xoşbəxtlik yoxdur. Öyünəcəyi bir istiqamət də yoxdur.
“Allah türk millətini Özünə və Mehdi (a.s)-a tələbə seçmişdir.
“Rəb göylərdən baxar, bütün insanları görər”. Yəni məni də görür, sizi də görür, hər kəsi, bütün insanları görür.
“İnsanların hiylələrinə qarşı qoruyucu hüzurunla üzərlərinə qanad gərərsən”. Hal-hazırda insanlar türk millətinə qarşı nə edirlər? Hiylə qururlar. Allah nə edir? Bir bəlanı, başqa bir bəla ilə sovuşdurur. Türkiyədə bir hadisə varmı? Xeyr, yoxdur. Allah bəlanı Türkiyənin içinə soxmadan başqa bir bəla ilə dəf edir. Türkiyə dinc ölkədir.
“Təcavüzkar dillərə qarşı...” Bütün xarici qəzetlərin böyük bir hissəsi təcavüzkar dillərlə inananlara hücum edir. Türkiyəyə hücum edir.
“Təcavüzkar dillərə qarşı onları çardağında gizləyərsən”. Allah türk millətini Türkiyədə mühafizə edir. Kürd qardaşlarımızı da, ərəbləri də mühafizə edir. Türkiyə Allahın çardağı oldu, maşaAllah.
Tövrat mübarək bir kitabdır. Bəzi qatı dinçilər Tövrata ağılsızca qarşı çıxırlar. Bunlar Quranla üst-üstdə düşürmü? Düşür. Niyə qarşı çıxırsan? Allah: “Tövrat bir nurdur” -deyir. Quranla ziddiyyət təşkil edirsə oranı keçəcəksən.
MÖVHUMATÇILARA TÖVRATDAN CAVAB
“Zil çalaraq Rəbbə şükr edin. Allahı on telli saz çalaraq ilahilərlə öyün”. Sazı ələvilər kəşf etmiş halal olsun. Buradakı beş min illik hökmü qaldırmamışlar. Sazla Allahı, Peyğəmbər (s.ə.v)-i tərifləyirlər. Çox gözəl.
Məsələn, hz. Davud (ə.s) Allah eşqi ilə oynamağa başlayır. “Onu qınamaq istədilər”. Hz. Davud (ə.s) heç fikir vermirdi. Allah eşqi ilə oynayırdı. “Coşğu ilə oynayırdı. Ən öndə idi”. MaşaAllah.
“Rəbbin sevgisi yer üzünü doldurar”. Kimin sevgisi? Allahın sevgisi. O zaman insan sevgisini əsas tutsan bu şirk olar. Allah sevgisi ilə sevəcəksən. Yox uçdu getdi, qaçdı getdi mahnılar həmişə elədir. Allahın təcəllisi olaraq sevsən elə mahnıya gərək qalmaz. O qədər iztirab çəkməzsən. İnsan yazıq bir varlıqdır. Ölüb gedir. Nə edirsən? Özünü itirir. “Ölürəm, yanıram, bitirəm”. Məzardakı halına nə deyəcəksən? Məzarda gördüyündə qorxub qaçır. O zaman seviləcək olan kimdir? Allahdır. Sənə o görünüşü göstərən kimdir? Allahdır.