QURANDA MÜNAFİQ XARAKTERİ İLƏ ƏLAQƏDAR AYƏ İZAHLARI
Munafiqun surəsi, 1-ci ayə
Münafiqlər sənə gəldikləri zaman: “Biz həqiqətən, şahidlik edərik ki, sən qəti olaraq Allahın elçisisən” dedilər. Allah da bilir ki, sən əlbəttə, Onun elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
Peyğəmbər (s.ə.v)-i də məscidə dəvət edirlər. “Buyurun arada sırada, əfəndim” -deyir. “Buyura bilərsiniz” -deyir. “Ən təqvalı olanlar buradadırlar” -deyir. Heyvan kimi daxmalarında, gizli-gizli otururlar. Bir yerdə şeytani planlar qururlar. Onun üçün Allah deyir: “Gizli pıçıldaşmalarında çoxunda xeyir yoxdur”.
Münafiqlər belə daxmalarda plan qurarlar. Şeytanla əlaqəyə keçərlər, transa keçərlər. Onun üçün münafiqlər həmişə təkliyi seçərlər. Tək olmaq istəyərlər, tək qalmaq istəyərlər. Şeytanla əlaqənin pozulmasını istəməz. Şeytanla əlaqəyə keçib ondan məlumat alar. Şeytan ona, “onu et, bunu et, belə pislik et, belə əxlaqsızlıq et, belə fitnə çıxar” deyə ağıl verər. Tək ikən. Möminlərin yanında Allahdan bəhs edildiyi üçün orada fikri yayınar.
Onun üçün münafiqin Quran dinləməyə dözümü yoxdur. Çox sıxılar. Müsəlmandan da sıxılar. Çünki müsəlmanın üzündəki nur onu narahat edər. Allahı xatırlayan müsəlmanları gördükdə sıxılar.
Şeytan onu ən sonunda cəhənnəmin içinə aparır. Şeytan orada deyir: “Mən səni təkcə dəvət etdim” . “Mən Allahdan qorxuram” -deyir. Orada da bax yenə eyni məntiqdədir. “Mən cəhənnəmi qəbul etdim” -deyir. “Amma mən Allahdan qorxuram” -deyir. “Mən səni təkcə çağırdım. Sən xaraktersizsən, sən uydun” -deyir.
Ali-İmran surəsi 120-ci ayə
Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir pislik toxunanda isə, buna sevinərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.
Allah münafiqlər üçün deyir: “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər”. “Əyləndikdə, güldükdə, sevindikdə, sağlam olduqda dərdlənər, iztirab çəkərlər” -deyir. “Sizə bir pislik toxunanda buna sevinərlər”. Məsələn, ona görə əleyhinə yazılar çıxartmağa, əleyhində bir şeylər söyləməyə çalışar. Və yaxud elə bir şey eşitdiyində ona sevinər. Pis bir şey olduğunu düşünərək sevinər. “Əgər səbir etsəniz və Allahdan qorxsanız”. Allah “Səbirli olun” -deyir. “Xüsusi yaradıram” -deyir. Yəni münafiqin bütün hərəkətləri “Mənim idarəmdədir” -deyir. Münafiq müstəqil bir şey edə bilməz. Məsələn, Dırar məscidini Allah onlara qurdurur. Münafiqi Allah yaradar. Müsəlman savab qazansın deyə yaradılar. “Əgər səbir etsəniz və Allahdan qorxsanız”. Əvvəla mömin səbir edəcək... Səbir etmək necə olar? Təvəkkül edəcəksən. Deyəcəksən ki: “Bunu da Allah yaradır. Bir xeyirlə yaradır”. Və harama, halala diqqət edəcəksiniz. “Onların qurduğu hiylə”. Çünki onlar incə, şeytani hiylələr qurarlar. Şeytanın köməyi olduğu üçün, onların üzündən də şeytani elektrik, şeytani üslub aydın olar ... Allah deyir: “Sən onları (münafiqləri) baxışlarından anlayarsan. Pis danışıqlarından da anlayarsan”. Münafiq boş-boş danışar. Heç Allahdan bəhs etmək istəməz. Münafiqin xüsusiyyətidir. Allahdan bəhs etdikdə içi yanar. Onlar həmişə nümunə ilə danışmağa çalışarlar. Yəni insanlardan nümunə verər, ətrafdan nümunə verər. Misalla danışar. Münafiqin əsas xüsusiyyətidir. Və baxışları da pisdir. Yəni nifrətini bir pərdəylə gizləməyə çalışar. Ona görə münafiqin baxışı donar. Amma gizləsə də aydın olar. Allah “Mən istəsəm onu anlayarsan” -deyir. Peyğəmbərimiz (s.ə.v) anlayırdı. Allahın diləməsi ilə. Allah “Pis danışıqlarından da anlayarsan” -deyir. Mənasız danışırlar. Allahdan bəhs etmədən, boşboğazlıq edirlər.
“Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. Nə deməkdir? Allah “Hamısını bilirəm” -deyir. “Mən etdirirəm” -deyir. “Ona görə narahat olmayın, Mənim məlumatımdan kənar bir şey edə bilməz” -deyir. Çünki müsəlman münafiqdən çox iyrənər. Amma müsəlman bəzən də münafiqin müstəqil gücü ola biləcəyini düşünüb narahat ola bilər. Ona görə Allah deyir: “Mənim idarəmdən kənar bir şey edə bilməz”. Yəni, “Mənim qədərdə ona verdiyim səlahiyyət qədər hərəkət edə bilər, bir şey edə bilər”.
Münafiqlərə Allah bir müddət verər. Məsələn, onlar sağlam kimi görünər, halbuki, Allah deyir: “Mən onları addım-addım bəlanın içinə yaxınlaşdırıram”. Hər il, hər ay onlar bəlaya doğru yaxınlaşarlar.
Tövbə surəsi, 74-cü ayə
Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.
“Allaha and içirlər ki (o inkar sözünü) söyləmədilər”. Münafiqlər dayanmadan inkar sözü içindədirlər, inkar üslubu içindədirlər. Sezilmədiyini zənn edərlər ona görə də çox and içərlər. “ Onlar küfr sözünü demiş ...”. Yəni danışıqlarında ya peyğəmbəri inkar edirlər, ya onun imamətini inkar edirlər. Yəni münafiqlər itaətsiz, hörmətsiz və həyasız olurlar. “İslamı qəbul etdikdən sonra kafir olmuş ...”. Gizli inkar edir, amma özünü müsəlman kimi göstərir. “... və bacara bilmədikləri bir işə can atmışlar”. Alçaq kompleksi olduğu üçün onlar həmişə özünü böyük göstərmək istəyərlər. Həmişə çox böyük olmaq istəyərlər. Amma əsla da çata bilməzlər, həmişə alçaldılarlar. Allah həmişə onları alçaldar. “Onların intiqam almağı”. Münafiq həmişə intiqam arxasındadır. Ya sözüylə intiqam almaq istəyər, ya gözü ilə, ya əxlaqsızlığı ilə müsəlmanları narahat etmək istəyər, ya başını bəlaya soxmaq istəyər, amma təqva görünüşündə edər. “Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir”. Yəni yeyib-içib qudururlar. Peyğəmbər onlara şərait yaradır, yaxşılıq edir. Yeyib-içdikcə daha da qudurub daha da azğınlaşırlar. Rifahı artdıqca kini də artır. “Əgər tövbə etsələr, onlar üçün xeyirli olar”. Allah tövbə qapısı açıqdır deyir. “Əgər üz döndərsələr, ...”. İnad etsələr, “ Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər”. “Dünyada da onlara əzab-əziyyət, xəstəlik və bəla verəcəyəm” deyir. “Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır”. Allah “Həmişə tək qalacaqlar” -deyir. “Həmişə bəla tapacaqlar” -deyir.
Ali imran surəsi, 119-cu ayə
Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. “Sizə olan kin və hirslərindən barmaq uclarını gəmirirlər”.
Kinindən nə qədər iztirab çəkdiklərini göstərir. Yəni içi-içini yeyir. Gözlərindən nifrət axır, yəni münafiqlərdən murdar bir enerjisi olar. O nifrəti gizlətmək istəyər, amma bacara bilməz.
Mumtəhinə surəsi, 2-ci ayə
Əgər sizi ələ keçirsələr, sizə düşmən olarlar, əllərini və dillərini pisliklə sizə uzadarlar. Onlar sizin inkar etməyinizi arzu edirlər.
“Əgər sizi ələ keçirsələr, sizə düşmən olarlar”. Ona görə ayrılmalıdır. Münafiq onun üçün ayrılma meylindədir. Yəni onun ən böyük idealı müsəlmanlardan ayrılmaqdır, bir an əvvəl ayrılmaq. Çünki mənzil qazanmalıdır. Yəni uzaqdan vurmaq üçün. Amma ayrılarkən də, əlbəttə, ilk hücumunu müsəlmanların anlayacağı bir tərzdə etməz. Anlamayacağı şəkildə etməyə çalışar. Və özünü müsəlman olaraq tanıdaraq, mömin olaraq tanıdaraq ayrılma meylindədir. Ayədə deyir: “Biz, Əlhəmdülillah, müsəlmanıq” -deyir. “Səndə Allahın Elçisi və peyğəmbərisən” -deyir. Allah “Yalan danışırlar” -deyir. Buna “İnanmırlar” -deyir. “Sənin imam olduğuna inanmırlar” -deyir. Allah namərd və vicdansız olduqlarını ifadə edir. “Sizə düşmən olarlar, əllərini və dillərini pisliklə sizə uzadarlar”. Edə bilirsə, əli ilə etmək istəyər. Yəni öldürmək, yaralamaq, bir şəkildə əli ilə təsir etmək istəyər. Amma əli ilə edə bilmirsə, dili ilə. O zaman nə edir, internetdən, oradan, buradan, radiodan, televiziyadan, haradan çata bilsə. Allah yaxud “Dedi-qoduyla, dili ilə zərər vermək istəyərlər” -deyir. “Onlar sizin inkar etməyinizi qəlbən arzu ediblər”. “Kaş ki, onlar da mənim kimi inkar etsə” -deyir. Möminləri də özünə bənzətməyə çalışır. Onlar da yavaş-yavaş o murdar fəlsəfəsi ilə öz məntiqinə çəkmək istəyər. Mömin də o pisliyi gördüyü üçün narahat olar, uzaq dayanar. Uzaq dayandıqca bu münafiqlər daha da təklənir. Daha da azmağa başlayırlar.
Allah “Müşrikin və müşrikat, münafiqun və münafıqat onlar bir-birlərindəndir” -deyir. Onlar həmişə bir-birlərini axtararlar. Məsələn, münafiq ancaq münafiqin yanına getmək istəyər. Onu maqnit kimi çəkər. Münafiq möminin yanında yanar. Münafiqlərin yanına getmək üçün şiddətli bir istək duyar. Oraya getdikdə oranı məkan tutar, onun cəhənnəmidir. Oradan möminləri izləməyə başlayar. Orada nə pislik edəcək, nə əxlaqsızlıq edəcək?
Ayrılarkən də Allah adına ayrıldığını söyləyər. Məsələn, Dırar Məscidinin münafiqləri “Biz ayrılmadıq ki” -deyirlər. “Yanlış anlaşılma var. Elə bir şey yoxdur” -deyirlər. Biz müsəlmanıq, Əlhəmdülillah bir neçə yüz metr aşağıdakı məsciddir” -deyirlər. “Peyğəmbər (s.ə.v)-in məscidi buradadır, bu da bir neçə yüz metr aşağıdadır” -deyir. “Ayrılıq yoxdur, onsuz da iç-içəyik” -deyir. “Həmişə görüşəcəyik, həmişə iç-içəyik. Amma mən buradakı bəzi müsəlmanların rəftarından narahat oldum” -deyir. “Gülürlər” -deyir, “qadınlardan xoşları gəlir” -deyir. “Mən elə biri deyiləm. Mən böyük insanam” -deyir. “Böyük olmaqdan xoşum gəlir” -deyir. Halbuki, çox alçaq kompleksi var. Peyğəmbərimiz (s.ə.v) yaraşıqlı idi, xoşlarına gəlmirdi. Dırar Məscidinin münafiqləri çox qəribə idilər. Həmişə pislik idilər. Ağız-burnu əyilmiş tiplərdən ibarət idilər. Həmişə mikrob dəstəsi kimi. Peyğəmbərimiz (s.ə.v) coşdu, vəhy gəldi “yerlə bir edəcəksiniz” dedi. Səhabələr bellə, kürəklə getdilər. Binanı yerlə bir etdilər. Dırar Məscidini çox bəzəmişdilər, rahat hala gətirməyə çalışmışdılar. Müsəlmanlar ora gəlsinlər qısqansınlar, həsəd aparsınlar deyə. Peyğəmbərimiz (s.ə.v) oranı dümdüz əraziyə çevirdi. Münafiqlərə böyük bir cavab oldu.
Münafiqlər həmişə elə edirlər. “Biz ayrılmaq istəmirik, səhv anlamayın” -deyirlər. Hətta çöldə bir şey olduqda “biz sizinlə birlikdə deyilikmi? onsuz da həmişə birlikdəyik” -deyirlər. “Elə bir şey olmaz. Biz yalnız bir az uzaq dayandıq” -deyir. “Yəni sizə köməkçi olmaq üçün. Yəni sizə çox iş çıxmasın, asan olsun deyə bir məscid də tikdik. Bir şey yoxdur” -deyir. Sən hər şey oldu-qurtardı deyirsən, əxlaqsız. Peyğəmbər (s.ə.v.) sənə “get Dırar Məscidini qur” dedimi? Çaqqallıq, itlik edirsən. Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə çalışırsan. Sən kimsən?
“Niyə cihad etmirsən?” -deyir. “Hava çox istidir” -deyir. “Görürsünüz”, yəni “xəstə olarıq” -deyir. “Ev açıq, uşaq-muşaq məhv olsun? Nə edək?” Halbuki, başqa bir mənfəəti olsa, gedəcək. Məsələn, “yaxın məsafə, asan bir nəticə olarsa, dərhal gələrlər” -deyir. Allah “Amma o çıxılacaq yol onlara uzaq gəldi” -deyir, şeytandan Allaha sığınıram. “Uzaq gəldi” çünki heç cür nəticə alınacağına da inanmır. Zəfər olacağına da inanmır. “Peyğəmbər (s.ə.v) bizi aldatdı” -deyirlər, haşa. “Bizi səhv vədlərlə məşğul etdi” -deyirlər. “Boş yerə məhv olduq, gəncliyimiz burada getdi” -deyirlər. “Həyatımız əldən getdi” -deyirlər. Və Allah onlara onu bəla olaraq verir. Həqiqətən, Allah bütün etdiklərini boşa çıxardır.
Allah “Onlar bir-birlərindəndir” deyir. Münafiqin və münafıqat, müşrikin və müşrikat. Bir-birlərinə qəribə bir bağları var. Məsələn, münafiq gedib müşriklərlə birlikdə olmaz. Münafiqlə birlikdə olur. İnstinktiv olaraq. Yəni heyvani bir instinktdir. Allahın bir hikmətidir. Halbuki, küfrlə birlikdə olmalıdır. Münafiqlərlə birlikdə olur. Başqasının yanına getməz. Məsələn, müşrik də münafiqin yanına getmir. Müşrik qadın və müşrik kişilərin yanına gedər, müşrikin və müşrikat. Amma onlarda da, yəni müşriklər də ayrı bir pislik olur.
“Allah onların üzərinə bir pislik endirmişdir”. İyrənc bir pislik. Həqiqətən, leş kimi iy verər və çox kobud olarlar. Ağzı iy verər, kürəyi iy verər, üzü iy verər. Hər şeyi murdardır. Evləri murdardır, zövqsüzdürlər. Qadınları azğın olar, kişiləri çox həsəd və qısqanc olar. Sistemləri nifrət üzərinə quruludur.