ALLAH İNSAN GÖZÜNÜ KOMPÜTER EKRANI KİMİ YARATMIŞDIR
Sevgi ləzzətli bir şeydir, yəni davamlı qidadır. Təbii olaraq o təzələnər. Onun üçün müsəlman əmək sərf etməz. Gözəl bir nəzər, rəhmani bir baxış gördükdə, üzündə bir nur gördükdə sevər. Amma üzündə bir zülmət, üzündə bir qaranlıq, sevgisizlik, bir nursuzluq görsə sevgisini verə bilməz. Sevgini də ala bilməz. Yəni müvəqqəti kilidlənmiş olar. Yəni o sevirəm desə də, sadəcə sözdür. Bir kilidlənmə olar. Sevməyə yalnız niyyəti qalar. Yəni, həqiqətən, o an sevgisini yaşaya bilməz.
Sevən baxış tanınar. Baxan kimi gözündən o işığı alar, Allah elə yaradıb. Sevən dərhal gözündən aydın olar. Sevgi neytraldırsa, o da aydın olar. Coşğusu varsa, o da aydın olar, ehtirası varsa, o da aydın olar. Allah gözü kompüter kimi yaradıb, göz kompüter ekranı kimidir. Hər istədiyini oxuyarsan. Sevirmi sevmirmi, yalanmı söyləyir doğrumu söyləyir, yaxşı niyyətlidirmi pis niyyətlidirmi, əsəbidirmi yoxsa deyilmi, coşğuludurmu, ehtirası nə dərəcədir hamısını anlaya bilərsən.
HÖRMƏTLİ ADNAN OKTARIN HZ. İSA (Ə.S) İLƏ ƏLAQƏDAR İZAHLARI
Hz. İsa (ə.s) böyük ehtimalla bir evə, yəni bir xristian evinə gələcək. “Dindar, müsəlmanlığı xatırladan, xurafata inanmayan bir xristian birlik içərisinə gələcək” -deyir. “Oğru kimi gələcək” deməsi mövzunu açıqlayır. Gecə vaxtı, yatmış vəziyyətdə, yuxu vəziyyətində buraxılacaq. Səhər qalxdığında ev sahibi evində biri ilə qarşılaşacaq, oğru zənn edəcək. “Sən kimsən?” deyəcək. O, aramicə cavab verəcək, amma üzündə çox günahsız və alicənab ifadə olduğu üçün onun oğru olmadığını anlayacaq. Paltarı oğru paltarı deyil, eynilə 2000 il əvvəlki paltarıdır.
Dürüst və alicənab görünüşündən fövqəladə biri olduğunu anlayacaqlar. Onu anlamağa çalışacaqlar, baxacaqlar, köməkçi olacaqlar. Polisə xəbər verməyəcəklər. Polisə xəbər versələr hadisə çıxar. Çünki polis onu çox qəribə qarşılayar. Anası yox, atası yox. Həm təhqir edə bilərlər, çox narahat edə bilərlər. Onun görə polisə bildirməyəcəklər. Heç vaxt da İsa Məsihi polisə bildirməyəcəklər. Polisdən uzaq dayanan bir insan olaraq yaşayacaq. Çünki şəxsiyyət vəsiqəsi yoxdur.
Bir şəxsiyyət vəsiqəsi olacaq, o da bir riskdir. Hansı ölkəyə getsə, bilinsə, normal halda həbs olunar, Allah göstərməsin. Çünki pasportu etibarsız olacaq. Ana adı, ata adı yoxdur. “Sən kimsən?” “Ölkəm yoxdur” deyəcək. Adamlara heç inandırıcı gəlməz. İsa Məsih olduğu da ağılının ucundan keçməz. Onun üçün onu həmişə gizlədəcəklər. Ta ki Mehdi (ə.s) dünyada ümumi təhlükəsizliyi tam təmin edib, onun rahatlıqla ortaya çıxa biləcəyi dövrə qədər. Polisin, jandarmanın qarışa bilməyəcəyi dövrə qədər. O zaman əlini-qolunu yelləyərək gələcək. Amma indi harada çıxsa həbs olunar, tanımazlar.
Bədiüzzaman hz. İsa (ə.s)-ın hazır bir camaata gələcəyini söyləyir. Müsəlmanlığı xatırladan bir xristian camaatı içərisinə gələcək. Çünki “havas alimlər, seçmə ruhanilər” -deyir və yaxınları “müqərrəb və havassı onu imanın nuruyla tanıyar” -deyir. Yəni “bu Allahualem İsa (ə.s)-dir” deyəcəklər. Hz. İsa (ə.s) özünün hz. İsa (ə.s) olduğuna hüsnü zənn edəcək. “Hər halda İsayam” deyəcək. Ətrafındakı insanlar da “Hər halda İsa (ə.s)-dır” deyəcəklər. Biz iman etmə məcburiyyətində də deyilik. Hüsnü zənn məcburiyyətindəyik, yəni vicdanla qiymətləndirmək məcburiyyətindəyik, amma Qurana iman edərmiş kimi iman etmək məcburiyyətində deyilik. Zənni qaliblə. Amma zənni qalib də əhəmiyyətli bir ibadətdir, o da soruşulacaq bir şeydir. Allah, “Anladığın halda, vicdanın qəbul etdiyi halda niyə anlamazlıqdan gəldin?” deyə bilər. Çünki o zaman imanın nuru yoxdur deməkdir. Amma gəldikdə yeni bir hökm gətirməyəcək. Hz. İsa (ə.s) keçmişini xatırlamaz. O zaman imtahan qalxar. İnsanlar zənn edir ki, ağılın ixtiyarını qaldıracaq bir hadisə olacaq. Heç bir şəkildə olmaz. Hərçənd, xristianlıq inancında ağılın ixtiyarını qaldıracaq şəkildə izah edilir, amma heç bir şəkildə olmaz. Məsələn, İsa Məsihin 5 min adama və yaxud 50 min adama çörək, balıq payladığı deyilir. 3-5 balıq və çox az çörək. Bu ağlın ixtiyarını alar. Amma belə olar, məsələn, çörək vardır, həqiqətən paylayar, insanlar doyarlar. O bəzən evlərdə də olur. Məsələn, bir yemək bişirər bərəkətli olar, hər kəs yeyər, bitməz, təəccüblənərlər. O ağlın ixtiyarını alacaq şəkildə olmaz. O zaman digər insanlara haqsızlıq edilmiş olar. Çünki o biriləri ağılından istifadə edərək və dəlillərlə iman edir. Amma o birisi möcüzə görür. Möcüzə görərək iman etmək daha asandır. Bu səbəbdən o daha nəsibli olmuş olur. Elə bir şey olmaz. Allah hamısına bərabər haqq verir. Hz. İsa (ə.s) ilk gəldiyində çaşır yəni, “Mən haradayam? Mən kiməm?” İmtahan olur. O da əziyyətlə imtahan verəcək. O da çətinlik çəkəcək. Yəni o zaman ədalətsizlik olmuş olar. Allah ədalətlidir. Məsələn, gələndə evlənəcək. Uşaqları olur. Onlarla maraqlanır. Başı ağrıyar, dişi də ağrıyar, əziyyət çəkər, bizim kimi bir insandır. Gələndə aramicə danışar, amma sonra bütün dilləri öyrənər. Hz. İsa (ə.s) çox ağıllı insandır. O bütün peyğəmbərlərdə vardır. Məsələn, Quran ayəsi oxunur, Peyğəmbər dərhal əzbərləyir. Normalda bir insan dəfələrlə oxusa belə çox çətin əzbərləyər. Quran ayəsini əzbərləmək çox çətindir. O, məsələn, həm İncili əzbər biləcək, Tövrat ki, daha çox Quran ayələrindən Tövrat, Tövratı əvvəldən axıra kimi əzbərdən biləcək. Quranı əvvəldən axıra qədər əzbər bilir və əzbərləyərkən heç çətinlik çəkməz. Yəni səhifəyə baxdıqda, belə bir dəfə baxıb oxuduqda su kimi əzbərləyər. Amma bir dəfə, tək bir dəfə. Məsələn, bu, möcüzədir. Bu, Bədiüzzamanda da var. Yəni bu rast gəlinən bir hadisədir. Hətta bu cür şagirdlər xüsusi məktəblərdə oxudulur, ayrı məktəblərə qoyulur. Səhifəyə baxır, bir dəfə oxuyur, səhifənin hamısı ağılında qalır. Bədiüzzaman deyir, and içərək söyləyir “bir dəfə oxuyurdum, hamısı əzbərimdə olurdu” -deyir. Xeyr and içməsinə ehtiyac yoxdur, tələbələri onsuz da görür. Risalə-i-Nur da bir çox tələbəsi əzbərdən bilər. Sunqur qardaş əzbərdən oxuyurdu. Yəni əvvəldən axıra Risalə-i Nuru əzbərdən bilirdi. Məsələn, biri bir şey söyləyir, dərhal düzəldir onu “o elə deyil” -deyir. “O bu səhifədədir” -deyir. Beş min səhifə. Beş min səhifəni insan necə əzbərdən bilər? Bir qəribəlik var.