BALIĞIN HZ. YUNİS (Ə.S)-I UDMASI VƏ DAHA SONRA XİLAS OLMASI AĞLIN İXTİYARINI ALMAYACAQ ŞƏKİLDƏ REALLAŞMIŞ BİR HADİSƏDİR
Hadisə ağlın ixtiyarını almayacaq şəkildə həqiqətən olur. Həqiqətən, bir gəmidədirlər, püşk atılır, dənizə atılma hadisəsi var, atılır. Balıq udması hadisəsi ilk dəfə rast gəlinən bir hadisə deyil. Tarixdə onun hadisələri vardır. Hətta balıq udandan bir müddət sonra balığın çölə atdığı bir insan, o mədə ifrazatlarına görə adamın dərisində ağlıqlar meydana gəlmişdi. Mədəsində uzun müddət qaldığı üçün dəri pozulmaları meydana gəlmişdi. Bu olmayan bir hadisə deyil. Və bu, ağlın ixtiyarını almaz. Balıq həqiqətən udub. Həqiqətən sahilə atıb. Mənim anladığım qədəri ilə balıq udub can təlaşıyla sahilə doğru getmiş sonra onu həzm edə biləcəyi kimi də deyil, yəni canlı bir peyğəmbərdir. Əlbəttə, Allahın diləməsi ilə, yoxsa Allah istəsə, o orada vəfat edərdi. Heyvan onu sahilə atıb. Lakin üstü başı çılpaq halda. Məcbur olaraq o balığın mədə ifrazatları filan da olduğu üçün üstündə başında, paltarları istifadə ediləcək kimi olmadığı üçün məcbur olaraq o paltarları atdığı aydın olur. Hərhalda mənim anladığım dəniz suyuyla da yuyundu. Sahilə də lüm-lüt çıxıb. Oradakı yarpaqlarla örtünüb. Əlbəttə, onun çox ciddi düşünməsinə vəsilə olan, çox ciddi sarsıdan bir hadisədir. 100 mindən çox insanın yaşadığı bir şəhərdir. Oraya peyğəmbər olaraq göndərilib. Adamlar qəbul etmir deyə tərk edib. Allah onu məcbur etdi, eyni şəhərə yenidən geri qayıtdı, orada yenidən peyğəmbərlik etdi. Səbirli olmağın əhəmiyyətini Allah göstərmiş olur. Allah məcbur etmiş olur.