HÖRMƏTLİ ADNAN OKTARIN CİNLƏRLƏ ƏLAQƏDAR ŞƏRHLƏRİ
Cinlər insanların peyğəmbərlərinə tabe olarlar. Allah ayədə açıq şəkildə Peyğəmbərimiz (s.ə.v)-in, ins və cin üçün peyğəmbər olduğunu söyləyir. Cinlər hz. Musa (ə.s)-a da tabe olmuşdu, hz. İbrahim (ə.s)-a da tabe oldular. Gələn hər peyğəmbərə tabe olarlar. Onsuz da söyləyirlər; “Hz. Musa (ə.s)-ın Kitabından sonra yeni bir kitab gəldi” -deyirlər. “İçində çox gözəl sözlər var” -deyirlər. Cinlər dinləyirlər, gedib qövmlərinə izah edirlər. Cinlər burada da dinləyirlər. Cinlər hz. Mehdi (ə.s)-a da tabe olacaqlar. Mehdi (ə.s) eynilə hz. Süleyman (ə.s) kimidir, hz. Zülqərneyn kimidir, əlbəttə ki, cinlər tabe olacaqlar. Mömin cinlər düzgün, gözəl olarlar. Kafir cin isə, onlar cəhənnəm əhli olurlar. Cənnətdə cinlərlə insanlar eyni ölçüdə olacaq. Yəni müsəlman cin insan şəklini əsla anlaya bilməzsiniz. Küçələrdə də cin gəzir; xəbəriniz olmur. Amma çağırıldığında insanlarla boş sözlərlə əylənərlər. Əksəriyyəti yalan danışar, dürüst olmazlar. Çox nadir cin dürüstdür. Əhəmiyyətli bir sual soruşulsa, əhəmiyyətli bir zamanda Allaha sığınılaraq soruşulsa doğru, düz cavab verərlər.