HƏDİS ŞƏRHLƏRİ

İmam Sadiq (r.ə) buyurmuşdur: “Rəsulullah (s.ə.v) fərman verdi ki, hz. Mehdi (ə.s) hər qövmün, hər dövlətin işlərinin iç üzündən gizlədikləri gizli fəaliyyətlərindən xəbər verər”. Yəni dərin dövlətləri ifşa edər deyir. “Və dostunu düşmənindən fərasətlə tanıyar”. Yəni kim dost, kim düşmən fərasətlə tanıyar və anlayar deyir. (Sıratı Müstakim, cild 2, səhifə 254) Bu hədis çox mənalı diqqət çəkicidir. Bax, “Hz. Mehdi (ə.s) hər qövmün işlərinin iç üzündən” hər qövmün, hər dövlətin işlərinin iç üzündən “gizlətdikləri şeylərdən, gizli fəaliyyətlərindən xəbər verər və dostunu düşmənindən fərasətlə tanıyar”. Buradakı hədisdən mehdiyyətin dərin dövlətlərə qarşı mübarizə aparacağını anlayırıq.

“Hz. Mehdi (ə.s)” –deyir, Peyğəmbərimiz (s.ə.v.) “kasıblara qarşı elə bir şəkildə davranacaq ki, öz əliylə onlara yemək yediyərəcək” -deyir.

“Hz. Mehdi (ə.s) hər an Allah qorxusunu ürəyində daşıyar və Allahın qatında sahib olduğu takarruk, yəni yaxınlığından ötrü də qürurlanmaz”.

“Hz. Mehdi (ə.s) dünyaya könül bağlamaz. Bunun üçün də daş üstünə daş yığmaz”. Yəni mal yığmaz.

“Onun zamanında kimsəyə pislik edilməz”. (əl-Mehdiyil Mev'ud, cild 1, səhifə 280)

“Hz. Mehdi (ə.s) alovlu hidayət məşəliylə aləmdə gəzər və salehlər kimi yaşayar”. Yəni ətrafı daim işıqlandırar deyir, hidayətlə işıqlandırar, vəsilə olar deyir.

“Hz. Mehdi (ə.s) daha əvvəldən heç olmayan bir metodla ortaya çıxacaq”.