HÖRMƏTLİ ADNAN OKTARIN HİCR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
Hicr surəsi, 26-cı ayə
Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq.
Necə palçıqdır? Dulusçuluqda istifadə olunan palçıq, farforda istifadə edilən palçıqdır.
Hicr surəsi, 27-ci ayə
“Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.”
Yəni elektrik kimi bir şey.
Hicr surəsi 28-ci ayə
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, səs çıxaran quru gildən insan yaradacam!"
Baxın, quru bir palçıqdan yəni "farfordan bir bəşər yaradacağam."
Hicr surəsi, 29-cu ayə
"Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
"Ona bir biçim verib"-yəni farfordan heykəl düzəltdiyimdə-"Öz ruhumdan üfürdüyüm zaman siz, ona səcdə edin." Allah farfordan mükəmməl bir insan heykəli yaradır. Can verildiyində o farfor heykəl birdən hərəkət etməyə başlayır, insanın yaradılışı belədir. Yəni tam insana bənzər tərzdə yaradır Allah. Allah üfürdüyündə birdən "Bismillah" deyib hərəkət etməyə başlayır, yaradılış budur, bu formadadır.
Hicr surəsi, 30-31-ci ayələr
"Mələklərin hamısı (ona) səcdə etdilər. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
Eqoistliyindən və qürurundan səcdə etmir. Məsələn, Allahın varlığına təkidlə inanmayan, varlığının gözəlliyinə, Allahın hikmətlərinə, sənətinə inanmayan insanlar var.
Hicr surəsi, 32-ci ayə
"(Allah) dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
Yəni "niyə onlarla birlikdə səcdə etmirsən?" deyir.
Hicr surəsi, 33-cü ayə
(İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
Yəni, ağır gəlir, eqoistlik edir.
Hicr surəsi, 34-cü ayə
"(Allah) dedi: “Oradan çıx! Artıq sən qovuldun."
Euzü billahi mineşşeytanirracim. Qovulmuş şeytandan Allaha sığınırıq.
Hicr surəsi, 35-36-cı ayələr
"Haqq-hesab gününə qədər sənə lənət olacaqdır. (İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver."
Yəni ömrü, ona uzun bir ömür verilir, amma kainatın ömrü 100.000 ildirsə, insanlığın ömrü 200.000 ildirsə, ona 200.000 il ömür verilir. Amma ona (şeytana)"nə qədər qaldın?" soruşanda "bir gün, bir günün bir vaxtı qədər qaldım"-deyəcək. Yəni 200.000 il, ona elə gəlir. Bu sözü də ona görə deyir, çünki bu müddət ona elə az gəlir.
Hicr surəsi, 37-38-39-cu ayələr
(Allah) dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər. (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam."
"Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam"- yəni darvinizmi, materializmi gözəl göstərəcəyəm. "Gözəl göstərəcəyəm"-deyir, yəni gözlərinə xoş görünəcək, və-"onların hamısını azdıracağam."
Hicr surəsi, 40-cı ayə
"Yalnız Sənin sadiq qullarından başqa."
"Mən onları azdıra bilmərəm. Səmimiyyətsiz hər qulunu azdıracağam"-deyir.
Hicr surəsi, 41-ci ayə
"(Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur."
"Bu düzdür, doğru deyirsən"-deyir Allah.
Hicr surəsi, 42-ci ayə
"Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır."
Məsələn, müsəlmanlara vəsvəsə verməyə çalışırlar, "PKK ilə bacarmaq olmaz" deyə.
Hicr surəsi, 43-44-cü ayələr.
"Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur."
"Onun yeddi qapısı vardır."-deyilir ayədə. Bəlkə də maqnit qapı, insanların fikir verə bilmədiyi bir qapıdır, bəlkə həqiqətən dəmirdən görünən kimi bir qapıdır. Qapının mahiyyətini bilmirik biz. İnsanların keçəcəyi bir yerdir. Amma müsəlmanlara cəhənnəmə girmək haramdır. Kafirlərə də cənnətə girmək haramdır. Cənnətin qapısına gələn kimi qovularlar, girə bilməzlər, cənnətin qapısı onları itələyər. Müsəlmanları da cəhənnəmin qapısı itələyər, müsəlman da oraya girə bilməz. "Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur." "Hər qrupun girəcəyi yer də müəyyəndir"-deyir Allah.
Hicr surəsi, 45-ci ayə
"Sözsüz ki, müttəqilər (təqvalılar) Cənnət bağlarında və çeşmələr başında olacaqlar."
“Sözsüz ki, təqvalılar” -səmimi olanlar cənnətlərdə və çeşmə başında olacaqlar.
Hicr surəsi, 46-47-ci ayələr
Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun! Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq"-yəni müsəlmanların orada bir-birlərinə qarşı qəzəbləri olmayacaq. "Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"-yəni kreslolarda qarşı-qarşıya oturarlar.
Hicr surəsi, 48-ci ayə
Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
Onlar, orada heç yorulmazlar. Məsələn biz, axşam olanda yuxumuz gəlir, amma orada elə bir şey yoxdur. "Yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər." Nə qədər vaxt qalacaqlar? Sonsuza qədər.
Hicr surəsi, 49-cu ayə
Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
Yəni "Günah da etsəniz, səhviniz də olsa həm bağışlayaram, həm sizə rəhm edərəm"-deyir.
Hicr surəsi, 51-ci ayə
"Onlara İbrahimin qonaqlarından xəbər ver."
Hz. İbrahim (ə.s) bilirsiniz çox qonaqpərvər idi.
Hicr surəsi, 52-ci ayə
O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!” – dedi
Hz. İbrahim (ə.s)-ın yanına gəldiklərində "Salam" demişdilər. O da: “Biz, həqiqətən, sizdən qorxuruq!”-dedi." Niyə qorxsun? Əvvəl gəldiklərində qorxmur. "Çox uzun yoldan gəldik" deyirlər. Məsələn, 100 km uzaqdan gəlirlər, amma üstlərində paltar tərtəmiz, paltarlar xoş ətirli, dəriləri baxımlı, hər yerləri tərtəmizdir. Nə toz torpaq var, nə də çirk var. "Buyurun, yemək yeyin"-deyir, buzovu kəsib qızardıb gətirir. "Yox biz yemək yeməyəcəyik"-deyirlər. "Niyə?" deyir. "Çünki biz yemək yemərik, ona görə"-deyirlər. O vaxt "Qorxdu"-deyir İbrahim (ə.s) üçün. Çünki qəribə bir varlıqla qarşı-qarşıya olduğunu anlayır. Sonra deyirlər: "Biz intiqam almağa gəldik. Pozğun qövmdən intiqam almağa gəldik." O dövrdə də pozğun adamlar var idi. "Onları yerlə bir etməyə, yerlə yeksan etməyə gəldik."- deyirlər. "Siz buranı tərk edin. Arvadın və sən."
Hicr surəsi, 72-ci ayə
(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər."
"Canına and olsun ki"-Peyğəmbər (s.ə.v.)-in canına Allah and içir. "Onlar sərxoş halda veyl-veyl gəzirdilər."
Yəni "axmaq, ağılsız, başı işləməyən, küt beyinli və mövhumatçı idilər"-deyir Allah. "Kor kimi idilər, həqiqəti görə bilmirdilər.” "Gic idilər. Ağılsız, axmaq xarakteriylə ortalığı fəsada çevirirdilər"-deyir Allah.
Hicr surəsi, 73-cü
"Günəş doğanda qorxunc səs onları yaxaladı."
"Günəş doğanda"- dan yerinin ağarması mehdiyyətə də işarə edir-"onları səs yaxaladı.", deyir Allah. O bəla yaxaladı.
Hicr surəsi, 74-75-ci ayələr
"Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır."
"Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır"-yəni "başı işləyənlər üçün bunda işarələr var", deyir Allah.
Hicr surəsi, 76-cı ayə
"Həqiqətən, onlar (Məkkədən Şama gedən) yolun üstündə yaşayırdılar."
Yəni ibrət vəsiləsi kimi.
Hicr surəsi, 87-ci ayə
"Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik."
7-lərdə həqiqətən Allah bir sirr gizləyir. Məsələn, 2007-də də quraqlıq oldu. 2014-də də quraqlıq oldu. Yağış yağmırdı. Hicri 1400-də Mehdi (ə.s) çıxır. Bir az geriyə, 7 il geriyə getdiyimizdə Osmanlının quruluşuna gedib çıxırıq. Bir az da 7 ilə geriyə qayıdanda Oğuzxan dövrünə gedib çıxırıq. Türklərin dövlət qurma dövrlərinə gedib çıxırıq. Həmişə 7-lər. Mehdiyyətdə 7-lər çox əhəmiyyətli olacaq və 9. Peyğəmbərimiz (s.ə.v.) xüsusi hədislə bildirir. Hz. Əliyə Mehdi (ə.s.) haqqında soruşurlar, dərhal əliylə 9 işarəsini göstərir. 7 və 9.