HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS ŞƏRHİ
"Dani, Huzeyfedən nəql etdi. O, Rəsulullah (s.ə.v)-in belə buyurduğunu dedi: "Zevrada bir döyüş olar, Huzeyfe isə, "Ya Rəsulullah Zevra nədir?" dedi. Rəsulullah (s.ə.v.) buyurdu: Zevra-şərqdə çaylar arasında olan və ümmətimin ən şərlilərinin yaşadığı bir şəhərdir."" Zalımlar həmişə orada qalarlar..." (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, El Muttaki, s.70)
İndi "İstanbulda mafiya və qaranlıq adamlar vardır" dediyimizdə İstanbulun hamısı mənasına gəlir? Xeyr. O adamlar oraya çökmüşlər. Orada çoxalmışlar mənasını verir. Onsuz da, bu zalımlar "Firat və Dəclə arasındakı möminləri qətl edərlər"-deyir. "Möminləri şəhid edərlər"-deyir, o bölgədə. Deməli, mömin var. "Möminlərə həyatı dar edərlər"-deyir. Həqiqətən də elə olur.
İbni Abbasdan nəql edilir: "Zevrada (Firat və Dəclə arasında) insanları, möminləri inlədəcək qırmızı bir yel əsəcək." Qırmızı yel-yəni kommunist hərəkatdır. Həmişə Axırzamanda bu qırmızı yelə diqqət yetirin... "Firat və Dəclə arasında qırmızı bir külək əsəcək (möminlərə)"-deyir. Yəni, bu kommunist PKK hərəkatıdır. "Sonra bu vəziyyəti soruşmaq üçün alimlərin yanına gedəcəklər." Deməli, orada alimlər də var. Öndə gələnlər var. "Onların bir qisminin yanına getdiklərində onların meymuna və donuza çevrildiklərini və üz-gözlərinin göyərdiyini görəcəklər." Çünki saxtakar, onların əleyhinə olacaqlar. Bəzi öndə gələnlər PKK-nın lehinə olacaqlar. PKK-lı olacaqlar. Bu, möcüzədir. Yəni darvinist, materialist, ateist, kommunist olduğu halda özünü müsəlman kimi göstərəcək. "Üzlərinin və gözlərinin göyərdiyini görəcəklər." Yəni bir qaranlıq, bir imansızlıq qaralmasını görəcəklər. Yəni zülm edən, qan tökən insanların görünüşü olacağını deyir.