Hörmətli Adnan Oktarın yeni şərhləri (29 yanvar 2014-cü il; 15:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni şərhləri (29 yanvar 2014-cü il; 15:00)

1793

HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHLARI


“Məhəmməd ibn Hənəfidən rəvayət edildi ki: Bir gün biz hz. Əlinin yanında ikən biri hz. Mehdidən sual verdi. Əli, Əfsus -dedi. Sonra əli ilə bir doqquz işarəsi etdi... və sonra da o, Axırzamanda, adama “Allahdan qorx, Allahdan qorx” deyildiyi zamana çıxar dedi”. Yəni bu, nə deməkdir? Allah qorxusu qalmadığı zaman, yəni Allaha inancı qalmadığı zaman, darvinizm-materializmin qovurduğu bir mühitdə Mehdi (ə.s) çıxır. “(və belə davam etdi):

Buludların səmada toplandığı kimi, Allah onun ətrafına bir qövm toplayar. Buludlar nə edər? Məsələn, gəlib digər buludla birləşib bir bulud olar, böyük bir çoxluq tək bulud olar, sonra yağış halında yağmağa başlayarlar. Hz. Əli Peyğəmbərimiz (s.ə.v)-dən nəql edərək mehdiyyəti ona bənzədir. Onların qəlblərini uzlaşdırar. Yəni bir-birini sevər, yoldaş olarlar. Normalda heç bir yerdə insanlar asanlıqla yoldaş ola bilmirlər. Topluluqda da olsa, cəmiyyətlərdə də olsa qəlblər asan uzlaşmır. “Onlar içlərindən şəhid olana kədərlənməz”. Deməli, içlərindən şəhid olan olacaq. “Özlərinə qatılana da sevinməzlər”. Çünki Allah göndərir, yəni ondan ötrü bir qürur etməzlər, o mənada.

“Naim ibn Hammad Kabdan təxric etdi, buyurdu ki, Katedənin söylədiyi kimi, “Mehdi, zamanındakı insanların ən xeyirlisidir”. Onun köməkçiləri və ona beyət edənlər” Tələbələri və ona dəstək olanlar.Kufə, Yəmən və Şam abdallarından olacaq”. Yəni Şam hara olur? İstanbul. Axırzamanla əlaqədar bu ifadələrin hamısında İslam aləminin mərkəzi əsas alınmış olur. Bunlar həmişə paytaxt olaraq istifadə edilən yerlərdir; Kufə, Şam, Mədinə. Bunları eşitdiyinizdə biləcəksiniz ki, İslam aləminin mərkəzidir. Abdallar; yəni seçmə insanlar, vəli insanlar mənasındadır.

“Allah kor fitnələri Mehdinin vasitəsi ilə söndürər”. Müsəlmanların bir-birinə düşmən olması, döyüşlər, davalar, eyni mübarizəyə baş qoyan möminlərin bir-birləriylə ədavət aparması kimi kor fitnələri hz. Mehdi (ə.s) söndürür. Xüsusiyyəti budur. Allah onu vəsilə edir. “Hər yer əmin bir hala gələr”. Heç bir yerdə döyüş, anarxiya, terror olmur. Hər yer əmin bir hala gəlir. Can təhlükəsizliyi tam, könül rahatlığı içərisində, təmiz, baxımlı, əmin olması; əmin olması hər istiqamətdən əmin mənasındadır. Yəni məsələn, uçma təhlükəsi olan bir bina varsa uçmayacaq hala gətirilir. Yerlər möhkəm, insanlar möhkəm. Məsələn, zəhərli bir heyvan, zəhərli bir böcək olmur. Ona görə tədbir görülür. Əmin deyiləndə nəzərdə tutulan budur. Məsələn, indi prospektdə bir boşluq olur, oradan uşaqlar içinə düşür. Əmin deyil. Yaxud inşaat yerindən bir şey düşür. Əmin deyil. Çünki niyə? Orada tədbir görülmür, baş işlədilmir. Hz. Mehdi (ə.s) dövründə hər cür tədbir görülür. Hər mövzuda, hər cür tədbir görülür.

“İbni Mərdiyə, təfsirində İbni Abbas hədisini mərfu olaraq təxric etdi. O belə dedi: “Əshabı Kəhf, Mehdinin köməkçiləri olacaq””. Nə deməkdir? Hədis Qurandakı Kəhf surəsinin hz. Mehdi (ə.s)-a işarə etdiyini açıqlayır. Bayaq da söylədim, məsələn, hədisdə “Süleyman hekayəsi hz. Mehdi (ə.s)-a işarə edir” -deyir. “Zülqərneyn hekayəsi hz. Mehdi (ə.s)-a işarə edir. Talut-Calut hekayəsi hz. Mehdi (ə.s)-a işarə edir” -deyir. “Əhli Bədrin mövqeyi, oradakı mübarizə strategiyası, oradakı strategiyanın çətinliyi, o dövrün güc şərtləri mehdiyyətə işarə edir” -deyir.

“İbni Həcəri Mekkidə belə dedi: “Mehdiyə kömək edəcək olanların şərq tərəfindən gələcəyi rəvayəti ilə, İraq tərəfindən gələcəyi rəvayət arasında bir ziddiyyət yoxdur, çünki bir çox nəqldən də açıq-aşkar aydın olduğu kimi, onlar Şam əhlindən olacaq”” Yəni Şam; İstanbul əhlidir. Şam dedisə İstanbul olduğunu anlayacaqsan. Onsuz da ümumi tərifdə də İstanbula uyğun olmuş olur. Şam deyilən bir yer olmur. Amma İslam aləminin paytaxtı mənasındadır. “Şam” dedisə odur. “Bəsrə, Kufə, Mədinə, Şam” deyildisə, deməli İslam aləminin paytaxtı nəzərdə tutulur.

“Tamman, Fevaid adlı əsərində və İbni Asakir, Abdullah ibn Əmrdən təxric etdilər. Buyurdu ki: “Həsənin övladından biri (Məhəmməd Mehdi) şərq tərəfindən çıxacaq, əgər ona dağlar belə qarşı gəlsə””, Deməli dağlar kimi oyunlar, dağlar kimi sui-qəsdlər, dağlar kimi müxalifləri olacaq. Darvinizm, materializm başda olmaqla, “onları əzəcək” elmlə, mədəniyyətlə “və özünə o dağlarda yollar tapacaq”. Bax dağlar bir dənə deyil, dağların aralarında yollar tapır. Üstündən keçir, yanından keçir. Dağlarla sanki oyun oynayır. Dağlar artıq gücünü itirmiş. Dağlar onun qarşısında yazıq olacaq, gücsüz hala gələcək.

“Naim ibn Hammad hz. Əli ibn Əbi Talibdən təxric etdi, buyurdu: “Mehdidən əvvəl onun əhli beytindən şərqdə bir şəxs çıxar””, hz. Mehdi (ə.s)-dan əvvəl də deməli hz. Mehdi (ə.s)-a zəmin hazırlayacaq şəxslər çıxacaqlar. Seyidlər, şəriflər xidmət edəcəklər. Məsələn, Mənzil camaatı. Məhəmməd Raşid Erola işarə etmiş ola bilər. Çünki milyonlarla insanın hidayətinə vəsilə oldu və hz. Mehdi (ə.s)-ı müjdələdi.

Ancaq “o alimin hədəfi Beytül Məqdis (Qüds) olar, ancaq oraya çata bilmədən ölər” -deyir. Həqiqətən Qüdsə getmədi. Qüdsə getmək istəmişdir. “Oraya çata bilmədən ölər” -deyir və həqiqətən mübarək şəhid oldu.

Əbu Davud hz. Əli (r.ə)-dən təxric etdi dedi ki, Peyğəmbər (s.ə.v) belə buyurdu; “çaydan bir adam çıxar. Adına Həris deyilər. O çox mübarizəçidir” deyir. “Onun qarşısında isə adına Mənsur deyilən biri ollar. Qureyşlilər Rəsulullah (s.ə.v)-ə necə kömək etmişsə, o da Ali Məhəmmədə elə kömək edər. Hər möminə ona kömək etmək vacib olar, yaxud da ona razılıq vacib olar” -deyir, yəni ona xidmət etmək. Deməli hz. Mehdi (ə.s)-dan əvvəl bir çox alimlər, bir çox insanlar, bir çox mübarək şəxslər çıxacaq, Mehdiyetə zəmin hazırlayacaq. Məsələn, Süleyman Hilmi Tunahan həzrətləri, o da bilirsiniz seyid idi. Məsələn, Bədiüzzaman Səid Nursi ən başdadır. Bax, “çaydan bir adam çıxar” deyir. “Adı Mənsur deyilən biri olar” deyir. Bəlkə Mənsur, bəlkə Həris, bunlardan biri, bəlkə Bədiüzzaman Səid Nursi. Amma diqqət çəkən bir əlamət heç birisi üçün verilməmiş. Yalnız hz. Mehdi (ə.s) üçün çox kəskin yüzlərlə təfərrüat verilmişdir. Yəni tanımamaq mümkün deyil. Bir də Mehdinin ziddi olan, bax o topal adam var ki, o da aşağı yuxarı təyin ediləcək bir adamdır. Onun xaricində aydın olacaq kimidir. Onun xaricində dəccal çox təfərrüatlı təsvir edilmişdir. İsa Məsih təfərrüatlı təsvir edilmişdir. Bir də İsa Məsihin edəcəyi hərəkətlər, şifrə hərəkətləri təsvir edilmişdir. İsa Məsih oralardan aydın olar.

Bax, həmişə “qar üstündə belə olsa” -deyir. Deməli hz. Mehdi (ə.s)-ın olduğu yer eyni zamanda soyuq iqlimlidir. İsti bir yer deyil.

PAYLAŞIN
logo
logo
logo
logo
logo