Hikmət və təsir edici izahat Allahın ayələrində də bildirdiyi kimi, insanlara Allah Qatından bir nemət olaraq verilən xüsusiyyətlərdir. Allah bunu ayələrində belə bildirir:
Kimə diləsə hikməti ona verər; şübhəsiz, özünə hikmət verilənə böyük bir xeyir də verilmişdir. Təmiz ağıl sahiblərindən başqası öyüd alıb-düşünməz. (Bəqərə surəsi, 269)
Onun mülkünü gücləndirmişdik. Ona hikmət və təsiredici izahat bacarığı vermişdik. (Sad surəsi, 20)
Danışıqda hikmət və təsir edici izahat bacarığı insanlara verilmiş böyük bir xeyir və gözəllikdir. Bir mövzu çox müxtəlif şəkillərdə, fərqli insanlar tərəfindən fərqli üslublarla izah edilə bilər. Ancaq əsl təsirli olan, hikmətli və təsir edici bir izahata sahib olandır. Belə bir izahat insanların diqqətlərini açar, onların qəflətdən oyanmalarını təmin edər, ən yaxşı bildikləri, amma üzərində heç düşünmədikləri mövzular üzərində düşünmələrinə, həqiqətlərin çox açıq olaraq görülməsinə səbəb olar. Hikmətli bir izahatda, mövzular boş yerə uzadılmaz. Hər şey qısa, əsaslı, amma ən aydın olar və təsir edici şəkliylə izah edilər. Başqa bir insanın saatlarla danışaraq izah edəcəyi bir mövzunu, hikmət sahibi olan insan bir iki səmimi cümlə ilə açıqlayar və bu şərhi qarşısındakı adamda əhəmiyyətli bir iz buraxar. Bu çox əhəmiyyətlidir; hikmətli danışmağa öyrənməklə, dərsi almaqla yiyələnmək olmaz. Qaydaları, incəlikləri olmaz. Hikmət və təsir edici izahata sahib olmaq üçün səmimi olmaq və Allah Qatından bu nemətləri istəmək lazımdır. Allah dilədiyinə hikmətli danışmağı dilədiyi anda ilham edər.
Hikmətə və təsir edici izahata ən gözəl nümunə Allahın sözü olan Qurandır. Allah bütün kitablarını eyni hikmətlə göndərmişdir. Bu həqiqət ayələrdə belə bildirilir:
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.(Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! (Qəmər surəsi, 4-5)