Dünyanın dörd bir tərəfindəki İslam ölkələrində silahlı qarşıdurmalar, təzyiq göstərən rejimlər, əks fikirlilər arasındakı şiddət və terror baş alıb gedir, demokratiya anlayışına tamamilə zidd olan zərbələr endirilir. İraq ilə başlayan, Suriya ilə davam edən və ən son Misirdə gündəmə gələn bu primitiv müdaxilələr, sanki bütün İslam ölkələrində bir filmin təkrarı kimi görünür.
Bütün bunların əsas səbəbi nədir?
İslam əxlaqının yaşanmasına mane olan və bir çox İslam ölkəsini bürüyən bəlaların qaynaqlarından biri olan qatı dinçiliyin qarşısı necə alınar?
www.turkislambirligimujdesi.com
Dövrümüzdə texnoloji imkanların və internet əlaqəsinin inkişafı ilə birlikdə insanların böyük bir qisminin ümumi mədəniyyətləri dünya səviyyəsində inkişaf edir və müasir dünyaya asanlıqla ayaqlaşırlar. Buna görə müasir dünyanı tanıyan insanlara İslam ölkələrinin qadağalarla dolu qatı dinçi həyat təqdim etməsi, insanların bir qismini İslamdan uzaqlaşdırır. Üstəlik hal-hazırda daxili qarışıqlıqların yaşandığı müsəlman ölkələrinin bir çoxunda müasirliyə qarşı çıxmaq hakimdir. Halbuki, İslam ölkələrinin əsas hədəfi Quranda bildirilən və insanların ürəyini açacaq rahat həyat tərzi olmalıdır. İslamı dünyaya yanlış tanıdan bu qatı dinçilik təhlükəsindən və müasir dünyaya qarşı düşmənçilikdən xilas olmaq üçün isə həqiqi İslam əxlaqına uymaq lazımdır.
İslam ölkələri baxımlı və estetik olmalıdır
Dövrümüzdə bir çox İslam ölkəsində iqtisadiyyatın düzəldilməsi ilə birlikdə bütün problemlərin həll ediləcəyi barədə səhv anlayış var. Əlbəttə, iqtisadiyyatın inkişafı və xalqın rifah səviyyəsinin artması lazımlıdır. Ancaq yalnız iqtisadiyyatın inkişafı müasir bir dünyanın yaranması üçün kifayət deyil. Bir çox İslam ölkəsinin məskunlaşma yerləri (dini məkanları, müəssisələri, bölgələri tənzih edirik) geridə qalmış, qara, boz-qəhvəyi və çirkli görünüşdədir. Bu şəhərlərdə gözəl binalara rast gəlinsə də bunlar ruhsuz, təbii gözəlliklərdən, xoşbəxtlik və mehribanlıqdan məhrum qalmış sadəcə daş quruluşlardır. Buna görə heç bir Avropa və Amerika şəhərində görünməmiş dərəcədə baxımsız və kompleks görünüş bəzi İslam şəhərlərində hakim olmuşdur. Unudulmamalıdır ki; insana, insan sevgisinə və insanların sənətdən, estetikadan zövq almaları təmin edilmədikcə keyfiyyət və müasir həyat qətiyyən reallaşa bilməz. İslam ölkələrinin müasir, estetik və baxımlı olması üçün Quranda nəzərdə tutulan və Uca Allahın cənnətdə bəhs etdiyi keyfiyyət və estetika anlayışının bu ölkələrdə hakim olması lazımdır.
Allahın Quranda bəhs etdiyi sənət və estetika anlayışı üstün səviyyədədir. Binaların təmiz, işıqlı, rahat olması, park və bağçaların salınması, çiçəklərin əkilməsi, heykəllərlə bəzədilmiş gözəl hovuzların düzəldilməsi, yol boyunca əkilmiş müxtəlif meyvə ağacları, böyük sənət mərkəzləri, qalereyalar, teatr və konsert salonları İslam ölkələri daxilində hakim olmalıdır.
Liderlər hər sinifdən olanlara qarşı sevgini, şəfqəti əsas götürən üslub formalaşdırmalıdır
İslam ölkələrindəki liderlərin bir qisminin görünüşləri, üslubları, kinləri xalq üzərində təsirli ruh halı yaradır. Liderlərin böyük bir qisminin danışıqlarında sevgi sözləri yoxdur. Bir qismi müasir dünyagörüşündən uzaqdır, sənətə, gözəlliyə maraqları yoxdur. Musiqini, şəkili, heykəli bəyənməzlər. Yaxşı, gözəl olan dəyişikliklərdən xəbərləri olmaz. Xalqa təzyiq göstərən, ağıl verən, özlərinə görə yenidən quran, yüksək mövqedən çıxışlar İslam ölkələrinin bir çoxunda qaranlıq ruhu hakim edər. Bu liderlərin böyük qismi gənclərlə dialoq qurmaz yaxud qursalar belə soyuq və yüksək mövqedən çıxış edərlər. Bu səbəblərə görə xalq bu liderlərdən sıxılar, onları sıxıcı və darıxdırıcı hesab edərlər. Halbuki, Quran mehriban, şəfqətli, mülayim olmağı əmr edir. Allah bir çox ayəsində mülayim xarakterli olmağı tərifləyər və peyğəmbərlərin mülayim xarakterli olduqlarını vurğulayır:
Gənclərlə asan dialoq quran, onların istəklərini dinləyib ağıllı həll yolu tapan, cəmiyyətin hər təbəqəsini əhatələyən, hər kəsi sevən, şəfqətlə baxan, zarafatcıl, təvazökar üslubla danışan və gözəl söz söyləyən, geyimə, sənətə, gözəlliyə dünyagörüşü olduqca müasir liderlərin iqtidarda olması, bu liderlərin hər kəsə zəngin ruhla yaxınlaşan rəftar göstərmələri, Allahın, inşaAllah, İslam ölkələrinə gözəllik gətirməsinə vəsilə olacaq.
Quranın qadınlara qarşı gözəl münasibəti yaşanmalıdır
İslam ölkələrində qadınlar Quran əxlaqının yaşanmamasının nəticəsində cəmiyyətin ən çox təzyiq və əziyyət görən hissəsini təşkil edər. Çünki bu ölkələrdəki qatı dinçi düşüncə Quranın tam əksinə qadınları, yalnız təmizlik edən, xidmətçi, ikinci sinif olan varlıq kimi görər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin, fiziki quruluşu ilə mütənasib olaraq daha məhdud olduğuna inanılır. Məsələn, cəmiyyətdə "kişi işi" və ya "qadın işi" deyə ayırd edilən mövzular var. Bütün bu sayılanlara görə bir çox cəmiyyətdə qadınlar xoşbəxt deyillər. Əlbəttə, səmimi inananlar Allahın qadınlara verdiyi dəyəri bilir və qadınlara qarşı yönəlmiş bu xurafatlara heç vaxt inanmırlar.
Lakin qatı dinçi kəslərin uydurduğu bəzi xurafatlara görə bəzi insanlar tərəfindən qadınların kişilərdən guya daha aşağı varlıqlar hesab edildiyi bir həqiqətdir. İslam adı altında da qatı dinçi məntiqində olan bu kəslər, qadını yarım insan olaraq görməyə və göstərməyə çalışırlar. Məsələn, qadınlarla əlaqədar xurafat sözləri sanki Peyğəmbərimiz ( s.ə.v) söyləmiş kimi böhtan ataraq qadınlarla pis rəftar edənlər belə vardır. Quranda qadınların namazı pozacağı ilə əlaqədar bir hökm yoxdur və Peyğəmbərimiz (s.ə.v) də Qurana uyğun gəlməyən belə sözü heç vaxt söyləməz. Amma qatı dinçi məntiqdəki insanlar, haşa, qadınla iti və donuzu bir tutaraq guya müsəlmanları qadına dəyər verməyən kəslər kimi göstərirlər.
• "Namazı pozan şeylər qara köpək, eşşək, donuz və qadındır". (Sahihi Müslim, Salat 265; Tirmizi Salat 253/338 Ebu Davud, Salat, 110/720)
• "Xalqın qadının evdə qırmancı, çubuğu görə biləcəyi bir yerə asın. Çünki bu onları yola gətirməkdə, ədəbləndirməkdə daha təsirlidir". (Şevkani, el-Fevaid, Nikah, s.137, h.389/61)
Bu yanlış məntiqə görə qadın elə bir varlıqdır ki, guya hər an yersiz hərəkət edə bilər, ağlı azdır, buna görə dəyənəyi həmişə hazır tutaraq qadını tərbiyə etmək lazımdır. Bu xurafat sözləri həqiqət deyə tətbiq edən bir cəmiyyətin sevgisiz və qəddar olacağı açıqdır. Həqiqətdə Quranın şəfqət və mərhəmətli ruhu ilə uyğunlaşmayan həqiqətdən uzaq xurafatların bir cəmiyyəti yaralayacağı da məlumdur.
İslam ölkələrində qadınlara qarşı qatı dinçi düşüncənin çox böyük təhlükə yaratdığı açıqdır. Əlbəttə, fiziki gücləri və strukturları baxımından qadının bacardığı ilə bir kişinin bacardığı işlər bir-birindən fərqlidir. Ancaq bu ayrı-seçkilik qadının ağıl və bacarıq cəhətdən də daha gücsüz olması mənasını verməz. Dövrümüzdə qadınlar bir çox sahədəki məlumat və bacarıqları ilə bu əsassız mühkimələrin etibarsızlığını ortaya qoymuşlar. Quranda qadınların məlumat, bacarıq və idarə güclərinə Səba məlikəsi nümunəsi ilə diqqət çəkilmişdir.
Allah qadınların idarəçi ola biləcəyini "Həqiqətən, Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm… " (Nəml surəsi, 23 ) ayəsi ilə, qadınların son dərəcə doğru qərarlar verə biləcəyinə isə "Qadına: “Saraya daxil ol!” deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” "(Nəml surəsi, 44) ayəsi ilə diqqət çəkmişdir.
Unutmaq olmaz ki, ancaq qadınlar və gənclər olduqca azad bir şəkildə cəmiyyətdəki yerlərini aldıqlarında sağlam bir ölkədən bəhs etmək olar. Buna görə qatı dinçiliyin ən böyük zərər çəkmişlərindən olan qadınlara layiq olduqları dəyərin verilməsi, hüquq və azadlıqlarının qorunması, ictimai həyatda və siyasətdə bütün cəmiyyət ilə bərabər mövqeyə gətirilmələri həyati əhəmiyyət daşıyır. Əgər qadınlar dinc və rahatdırlarsa, cəmiyyət də dinc olar.
Qadın haqlarının ön plana çıxardılması, Allahın Quranda hz. Məryəm (ə.s)-ı çiçək kimi yetişdirdiyini bildirərək qadınların zərif, təmiz və qiymətli olduğuna diqqət çəkdiyi kimi, qadınlara diqqət, şəfqət, hörmət və sevgi göstərilməsi lazımdır. Qadınları "yarım insan" sayan, öz ağıllarınca alçaldan qatı dinçi məntiqdə olanların Quranla tamamilə ziddiyyət təşkil edən düşüncələri əvəzinə, Səba məlikəsi nümunəsində olduğu kimi qadınlara cəmiyyətin hər sahəsində vəzifələndirən sistemin mənimsənilməsi olduqca əhəmiyyətlidir. İslam ölkələrini idarə edən liderlərin bu məqsədlə, çoxlu sayda müasir keyfiyyətli gənc qızlar, başıaçıq xanımlar, dekoltə geyinən xanımlar, çarşablı və başıörtülü xanımlarla xalqa qucaq açan üslub formalaşdırmaları, qatı dinçi düşüncənin dəyişməsi baxımından ən xeyirli və doğru yoldur. Qadınların cəmiyyətin hər sektorunda kişilər kimi azad olmaları Quranın bir əmridir.
www.Kuranrehberdir.imanisiteler.com
Az qala bütün İslam ölkələrinə hakim olan Qurandan kənar qaynaqlara və xurafatlara əsaslanan qatı dinçi anlayış, səhv şəkildə İslam hesab edilir. İslamın əsli ilə və Quranın ruhu ilə tamamilə zidd olan qatı dinçi düşüncə, İslam dünyasının ümumilikdə sənət, elm və texnologiyadan uzaq olmasının, fikri və maddi baxımdan geriliyinin səbəbidir. Buna görə İslam aləminin sənət, gözəllik və incəliklərə də əhəmiyyət verməsi son dərəcə əhəmiyyətlidir. Müsəlmanlar modernlikləri ilə hər kəsə nümunə olmalı və hər kəsi son dərəcə qəşəng, təmiz və keyfiyyətli bir görünüş, həyat şəklinə təşviq etməli, xüsusilə gənclərin də bu istiqamətdəki qanuni azadlıqlarını qoruyan siyasət aparmalıdırlar. Azadlıqlar həmişə müsəlmanların lehinədir, çünki dinin əsli azadlıq şəraitində yaşanar.
İslam ölkələrinin Kitab əhlinə şəfqətlə yaxınlaşması Qurana uyğun olan rəftardır
Dünyanın bir çox yerində müsəlmanlıq “qatı dinçilik” olaraq qəbul edilər. Qatı dinçilər bəzi xurafatları, uydurma qadağanları, şiddət və nifrət ehtiva edən ruh hallarını İslam dini kimi göstərmələri bunun ən böyük səbəbidir. Belə şəxslərin Kitab əhlinə münasibətləri də nifrət üzərinə quruludur. Halbuki, İslamda kitab əhlinə (yəhudi və xristianlara) qarşı nifrət yoxdur. Tam əksinə Kitab əhlinə qarşı şəfqət, qoruma və sevgi əsasdır. Uca Allah Maidə surəsi 5-ci ayədə yəhudi və xristianların yeməyini müsəlmanlara halal etmişdir. Eyni ayədə bir müsəlmanın Kitab əhlindən bir qadınla evlənməsinin mümkünlüyünü bildirilmişdir. Yəni Quran ayəsinə görə bir yəhudi və ya xristian nifrət bəslənəcək bir varlıq deyil, müsəlmanın dünya və axirət həyatını birlikdə keçirəcəyi həyat yoldaşı, sevdiyidir. Əraf surəsinin 159-cu ayəsində Allah yəhudilər arasından "haqqa çatdıran birlik" olduğunu bildirir. Ali İmran surəsi 113, 114 və 199-cu ayələrdə, Qəsəs surəsi 52-ci ayədə, Nisa surəsi 162, Bəqərə surəsi, 62, Maidə surəsi 12 və 69-cu ayələrdə Allah "Allaha dərin bir imanla iman edən musəvi xristianların varlığını" xəbər vermiş, onları gözəl bir mükafatla müjdələmişdir. Məhz qatı dinçilərin bir qismi nifrətlə xatırladığı Kitab əhli, Qurana görə müsəlmanların dostu, yoldaşı, hətta həyat yoldaşıdır. Buna görə İslam ölkələri Avropaya qapılarını açmalı, İsraillə əlaqədə olmalıdır. Kitab əhlinin Allahın qulu olduğu unudulmamalıdır. Buna görə dindar xristianlara və yəhudilərə qarşı kin bəsləmək, onlara nifrət etmək Qurana görə günahdır və kitab əhlinə qarşı da yaraşmayan hərəkətdir.
İslam liderləri xristianlara və yəhudilərə də sevgi ilə yanaşıb şəfqətlə qucaqlamalıdırlar. Dostluq və qardaşlıq ruhunun Peyğəmbərimiz (s.ə.v) dövrü, səhabə dövrü kimi bütün İslam aləmini əhatə etməsi lazımdır.
Hörmətli Adnan Oktar: "qatı dinçi düşüncə aradan qalxdığında Avropa Birliyi Türkiyəni dərhal qəbul edər..."
Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin səbəbləri qatı dinçilikdir. Bu düzəlsə dərhal qəbul edərlər. Əks təqdirdə qəbul edilməz.
Günther Oettingerin "Diz üstə sürünə-sürünə gedib Türklərə “bizə qoşul” deyə təklif edəcəklər" sözləri, bəyənək, gündəm olsun, sərlövhə olsun deyə deyilmiş bir sözdür. Necə ki, istədiyi kimi bütün qəzetlərdə də sərlövhə oldu. Yoxsa heç bir Avropalı elə bir şey etməz. Elə bir şey yoxdur.
Yəni adamın həyatını iflic edən rəftardan bəhs edirsən. Məsələn, iltifat da qadağandır. Avropalılar bir-birlərinə iltifat edərlər. İltifat etmək qadağan, gülmək qadağandır. Ətir qadağan, diş fırçası belə qadağandır. Məsələn, qadının ənlikdən istifadə etməsi, dodaq boyasından istifadə etməsi qadağandır. Halbuki, avropalılar həmişə baxımlıdırlar. Tərtəmiz, baxımlıdırlar, amma bu qadağan, haramdır. Hamısına fasiq gözü ilə baxacaqlar, hamısına qəribə insan gözü ilə baxacaqlar. Adam buna dözə bilərmi? Sıxılar, narahat olar. Bir insana başqaları daimi bu gözlə baxsa, o insanın yanında necə rahat olsun? Belə günahlandıran və alçaldan üslub istifadə edərlərsə adamın şərəfinə toxunar. Rahat yaşaya bilməz.
Məsələn, bu məntiqdə bəzəkli, baxımlı bir ev olmur, yəni ağlına gələn hər şey qadağandır. İnanılmazdır. Belə həyatı istəməzlər. Belə həyatı istəyənləri də istəməzlər.
Buna görə bu üstündən keçilən bir mövzu deyil. Ortada belə böyük xəstəlik var. Bütün bunların qatı dinçi insanların fikirləri olduğuna görə Quranın, İslamın əslinin bu şəkildə olması izah edilməlidir. (Adnan Oktar, 22 fevral 2013, A9 TV)
Qatı dinçiliyin gətirdiyi qadağanların əvəzinə Quranın demokratiya və azadlıq ruhu mənimsənilməlidir
Qatı dinçilər Quranda yer almayan qadağalarla insanların azadlıqda yaşamalarını məhdudlaşdırarlar. Onlara görə gülmək, musiqi dinləmək, ətir istifadə etmək, masada yemək yemək, çəngəl-bıçaq istifadə etmək haramdır. Qadınlar daima evdə olmalı, bəzənməsinə, gözəl geyinməsinə icazə verilməyən yarım insanlardır. Bəzi heyvanlar lənətlidir. Məsələn, kərtənkələ öldürməynin guya savab olduğu kimi dində qətiyyən yeri olmayan xurafatlara inanarlar. Namaz qılmayanın öldürülməsini, zəkat verməyənin boynunun vurulmasını, oruc tutmayanın həbs edilməsini istəyərlər. Həyatı gözəlləşdirən sənəti, estetikanı və musiqini qadağan edərlər. Keyfiyyəti artırdığı halda, tənqidi, azadlığı ifadə etdiyi halda, fərqli fikirləri qadağan edərlər.
Halbuki, İslam şəfqət dinidir və Quranın hökmü "dində məcburiyyət yoxdur" (Bəqərə surəsi, 256 ). Qatı dinçilər çıxardığı dəhşət dinindəki kimi "dinini dəyişdirənləri öldürün!" şəklindəki vəhşiliyə əsaslanan düşüncə İslam dinində qəti şəkildə yer almır. İslam insanlara düşüncə, ibadət və ifadə azadlığı təmin edən, insanların bütün haqlarını qoruyan və ən əsası insanlara həqiqi azadlığı aşılayan bir dindir. Unutmaq olmaz ki, Allah insanlara asanlıq, rahatlıq, xoşbəxtlik və sevinc diləyir. Allah qullarına zülm edən deyildir. Allahın əmri olan din insanlara ən dinc, ən xoşbəxt, etibarlı, nəcib, keyfiyyətli, rahat, zövqlü bir həyatın necə olacağını göstərir.
Xalqı maraqlandıran qərarlar müşavirə məclisi qurularaq verilməlidir
İslam ölkələrində dildə demokratiya adına xalqı əzməyi, yox etməyi, acı çəkdirməyi vərdiş halına gətirənlərin, qarışıqlıqlardan əxlaqsız mənfəət əldə etməyə çalışanların, müsəlmanların azad seçkilərinə zərrə qədər dəyər verməyənlərin, ən pisi müsəlmanları az qala insan yerinə qoymayanların sayı həddindən artıq çoxdur. Bu vəziyyət, xüsusilə, Suriya və Misirin simasında görünür. İslam ölkələrinin bir çoxundakı qatı dinçi düşüncəyə və İslamda yeri olmayan ağır cəzalandırma sisteminə, fikrindən başqa heç bir günahı olmayanları həbs etdiklərinə, uşaqları, qadınları güllə yağışına tutduqlarına, snayperlərin vəzifədə olduqlarına bütün dünya şahiddir. Xüsusilə, bu ölkələrdəki “dərin dövlət” strukturları qatı dinçi düşüncəni əsas tutaraq daim yeni qarşıdurma yaratmağa meyllidir.
Halbuki, xalqı bir-birinə qarşı qaldırıb fitnə çıxarmaq, düşmən görmələrinə mane olmaq və demokratikləşmənin qarşısını almaq olduqca asandır. Azadlığı genişləndirən, müasirliyi təşviq edən, elmi, sənəti dəstəkləyən, hər kəsə birinci sinif insan olduğunu hiss etdirən, sabit, ağır quruluş əvəzinə sağlam, dinamik, müasir və keyfiyyətli quruluşun mənimsədilməsi bu oyunu pozacaqdır. "Həyatımıza qarışılır" düşüncəsinin dəyişməsi və fitnə ocaqlarının söndürülməsi üçün xalqın istəklərini dilə gətirən nümayəndə heyətinin qurulması bu oyunun pozulmasında təsirli olacaq. Bir tərəfli təzyiq göstərən və qadağan edən qatı dinçi düşüncənin dəyişməsinin ən təsirli üsullarından biri də budur. Gənclərdən, fərqli siniflərə mənsub xalqdan, açıq və qapalı xanımlardan, fərqli məzhəblər, siyasi münasibətlərdən və dinlərə mənsub olanlardan seçilən nümayəndə heyəti ilə hər kəsin ehtiyacının ödənilməsi, alınan qərarların bu heyətlə müşavirə edilməsi Quran əxlaqına da uyğun davranışdır.
Quranın bu əmrini ən gözəl şəkildə həyata keçirən Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) də, "Kim bir işə girişmək istəsə, o barədə müsəlman biri ilə məsləhətləşərsə, Allah onu işlərin ən doğrusunda müvəffəq edər" (Kütüb-i Sitte, 16-cı cild) sözləri ilə, müşavirə barəsində həyatı boyu bütün möminlərə nümunə olacaq bir əxlaq göstərmişdir.
Fərqli düşüncələrin, dünyagörüşlərin və tənqidi nöqsanların aradan qaldırılmasına, keyfiyyətin artmasına vəsilə olacağı unudulmamalıdır.
İslam adından meydana çıxan siyasi hərəkətin əsaslanması üçün ölçü qatı dinçilik deyil, Quranda göstərilən sevgi, şəfqət, tolerantlıq, ədalət və demokratiya anlayışıdır. Xüsusilə cəmiyyətin əksəriyyətinə sevgi və hörmət ruhunun yerləşdirilməsi, hər fikirdən, hər cərəyandan, hər dindən hər inancdan olan insanlara şəfqətlə yanaşılması, hüquqlarına, azadlıqlarına, rahatlıqlarına, həssas münasibət göstərilməsi olduqca vacibdir. Fərqli fikir və inanclara sahib insanlar birlikdə yaşaya bilməli və bir-birlərinə hörmət edib, sevgi bəsləməlidirlər. Bunu təmin etmək İslam ölkələrinin əsas vəzifəsidir.
Müsəlmanların Quran əxlaqını səmimi olaraq yaşamaları qatı dinçiliyin gətirdiyi çətinlikləri sona çatdırar
Bütün müsəlmanların müasir, beynəlxalq, sevgi dolu, sənəti, estetikanı müdafiə edən sistem formalaşdırmaları İslam aləminin dünyaya nümunə olmasını təmin edəcək. Qatı dinçilərin inkişaf etdirdiyi ölü klassik sistem, xüsusilə, son əsrdə ortaya çıxmışdır. İslam ölkələrinin bir çoxunda hakim olan qatı dinçiliyi əslində bu sistemi yaradanlar da istəmirlər. Ancaq bütün İslam aləmi bu qatı dinçilik bəlasından xilas ola bilmir. Əslində İslam dünyasında böyük nəticə çıxaran müasir bölmə var. Onlar da qatı dinçiliyin gətirdiyi bu sistemi istəmirlər, ancaq qatı dinçi diktator düşüncə onlara da qəbul etdirir və qurulan sistem hər kəsin əl-qolunu bağlayır.
Bu sistemi dəf etmək üçün zərbə, iqtidar, koalisiya, ABŞ işğalı qətiyyən həll ola bilməz. Tam əksinə olaraq daha çox kompleksləşir və Allah qorusun bütün dünya bu sistemin daxilində böyük bəlaya doğru yuvarlanır. Bu gün İslam aləminin yaşadığı çətinliyin tək həlli Allahın Quranda bildirdiyi həqiqi müsəlman anlayışına təslim olmaqdır. Allahın Quranda bildirdiyi müsəlmanlıq anlayışı sevgi, ədalət, tolerantlıq, sülh, azadlıq, keyfiyyət, təmizlik, estetika, gözəllik və müasirlikdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirdiyi bütün Axırzaman əlamətləri bir-bir çıxdığı halda görməməzliyə vurulması və Allahın Quranda fərz olaraq bildirdiyi halda İslam aləmindəki qatı dinçilərin İslam Birliyinə, hz. İsa (ə.s)-a və hz. Mehdi (ə.s)-a qarşı çıxmaları İslam dünyasındakı narahatlığın digər səbəbidir.
Müsəlman aləmindəki parçalanmanın, qan tökülməsinin milyonlarla insanın acı və iztirab çəkməsinin səbəbi də budur. Bu insanlar İslam aləmində yaşanan çətinlikləri məntiqsiz olaraq ABŞ və Rusiyanın boynuna atarlar. Halbuki, əsl günah Allahın əmri olduğu halda İslam Birliyinə bilərək və ya bilməyərək mane olan qatı dinçiliyin pəncəsindən çıxa bilməyən müsəlman aləminindir. Müsəlmanlar birlik olsalar, Allahın əmrini yerinə yetirib İslam Birliyini qursalar və Quranda bildirilən müasir İslamı yaşamağa başlasalar Allahın izni ilə İslam dünyasının üzərindəki qara buludlar sürətlə çəkiləcək.