İnsan gözəllikdən, rahatlıqdan, xoşbəxtlikdən zövq alacaq şəkildə yaradılıb. Buna görə də çətinliyi tezliklə həll edərək rahatlığa qovuşmaq istəməsi normal haldır. Şübhəsiz ki, rahat olmaq, güvənmək, xoşbəxt olmaq fiziki cəhətdən sağlamlıq üçün əhəmiyyətlidir. Bu müsbət keyfiyyətlər isə Quran əxlaqını yaşamaqla əldə edilir.
Məhz bu səbəbdən bəzi insanlar Quran əxlaqı ilə deyil, öz həvəslərinə, hisslərinə görə hərəkət edəndə daxilən kədər, sıxıntı, qorxuya qapılırlar. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər, təslimiyyət anlayışı olmayan bir insan sabah başına nə gələcəyini bilmədiyi üçün daima stressli olur. Halbuki insan Allah`ın qulları üçün seçib bəyəndiyi dinini yaşadığı, Quran əxlaqına sahib olduğu üçün belə sıxıntılar keçirməz. Allah elçilər vəsiləsi ilə bu həqiqəti belə xəbər verir:
“... Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik…”(Taha surəsi, 123-124)
Ayədə bildirildiyi kimi, çox insan Allah`ın zikrindən üz çevirdiyi üçün sıxıntılı həyat keçirir. Həmçinin hər şeyi təsadüflə əlaqələndirdikləri üçün sonu xeyir olan işləri də tərslik kimi qəbul edir və bunun sıxıntısını yaşayırlar. İşdən çıxarılmaq, pulsuz qalmaq, aldadılmaq, xəstələnmək, yaxud da təriflənməyi gözlədiyi halda lağ edilmək, sədaqət əvəzinə nankorluqla qarşılaşmaq kimi qorxular daima zehinlərini məşğul edir. Hər dəqiqə pis xəbər almaqdan, haqsızlıq edilməkdən qorxaraq mənfi ehtimallar fikirləşərək neqativ birr ruh halında olurlar. Bir ayədə Allah Qurandan üz çevirərək sıxıntılı yaşayan insanların vəziyyətini belə açıqlayır:
“Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.”(Ənam surəsi, 125)
Din əxlaqından uzaq səmimiyyətsiz mühitlər də sıxıntı yaradır
Din əxlaqına uyğun yaşamayan insanlar sevgi, şəfqət, mərhəmət, fədakarlıq, təvazökarlıq kimi Quran əxlaqı yaşamayan insanlarla birlikdə olduqları üçün təbii olaraq güvənsizlik və sıxıntı yaşayırlar.
Mənfəət üzərində münasibətlərin qurulduğu, dostluq edildiyi, adi səhvə görə qəzəblənildiyi, hamının bir-birinin haqqını yediyi, qeybətini etdiyi, səmimiyyətsiz, süni bir həyat tərzinin yaşanıldığı mühitdə yaşamaq zəif xarakterli biri üçün sıxıntı səbəbidir.
Ancaq bu insanlar yaxşı mühitdə olsalar belə, yaxşı şeylərin də mənfi tərəfini düşünürlər. Hər şeyə mənfi yanaşdıqları üçün havanın isti, ya da soyuq olması, yağış yağması, ya da külək əsməsi onlara sıxıntı gətirən hala çevrilir. Belə hallar haqqında səhifələrlə misallar göstərə bilərik. Bu narazılıqların davamlı baş verməsi Allah`ın “Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar.”(Tövbə surəsi, 82) ayəsinin təzahürüdür.
Hadisələrə səthi yanaşan, romantik reaksiya verən insan hadisələrin hikmətini düşünmür. Halbuki maşını oğurlandığı üçün sıxıntı keçirən bir insan maşınla qəza etməyəcəyini hardan bilir? Bəlkə də Allah belə bir qəzaya mane olaraq qədərində maşının qaçırılmasını vəsilə edərək onu xilas edir.
Çox istədiyi bir işə qəbul edilməməsi cahil insan üçün böyük sıxıntı səbəbidir. Hadisəyə belə yanaşan insan elə zənn edir ki işə qəbul olmaq onun üçün xeyirdir. Bunun əksi isə onun zənninə görə şər bir hadisədir. Halbuki imanlı bir insan Allah`ı dost olaraq qəbul etdiyi üçün Allah`ın onun üçün təqdir etdiyi nəticəyə təslimiyyətlə, şövqlə qarşılıq verər. Bəlkə də bu iş mühiti onun sağlamlığına zərər verəcəkdi, ya da daha yaxşı bir fürsəti əldən verməməsi üçün bu işə qəbul olmasına Allah icazə verməyib.
Allah`ın razılığına uyğun həyat tərzini və Quran əxlaqını mənimsəməyən insanlar istəsələr, kədərlənmək üçün minlərlə səbəb taparlar. Çünki insan ancaq səmimi şəkildə Allah`ın rizasına uyğun həyat tərzi yaşayıb Allah`ı çox sevib dərin hörmət bəsləsə, Quran əxlaqını tam yaşasa, həqiqi mənada xoşbəxt olar. Xoşbəxt olmağın bundan başqa yolu yoxdur. Bu səbəbdən xoşbəxtliyi Allah`ın razılığında və Quranda axtarmayıb dünyəvi məqsədlər üçün yaşayan, öz nəfsini qane etmək istəyənlərin qarşısına mütləq kədərlənəcəkləri hadisələr çıxır.
Qədərə təslimiyyətin əhəmiyyəti
Bəzi insanlar bəyənmədikləri hadisələri tərslik adlandırırlar. Bu insanlar yaşadıqları bir hadisəni tərslik kimi qəbul etsələr də, əslində bu tərslik deyil, elə qədərlərində baş verməsi planlanmış bir hadisədir. Gün ərzində insanları kədərləndirən, narahat edən, əsəbiləşdirən, sıxıntıya salan, tərslik dedikləri hadisələrin hikmətini, xeyrini Allah o anda göstərsə, insan kədərlənməyinin nə qədər yanlış olduğunu dərk edəcək və sevinəcək. Əgər qədəri insana bütöv şəkildə göstərilsə, tərslik kimi qəbul etdiyi hadisələri də qədərində görsə, buna heç kədərlənməz.
İnsanların çoxu elə bilir ki, doğum, ölüm, ruzi kimi məfhumlardan başqa hər şey, qədərdə olmayan, tərslik, tədbirsizlik səbəbindən yaranır. Dolayısı ilə bu hadisələrin qədərlə əlaqəsi olmadığını düşünürlər. Halbuki bu yanlış düşüncə onları qədərdə olan hadisələrə üsyan etdirir. Həmçinin bütün hadisələri öz əleyhlərinə qəbul etdikləri üçün daima əzab içindədirlər. Bunun nəticəsində də romantik insanların xoşbəxtlikləri qısa olur. Bir şeyə çox sevindikdən qısa müddət sonra ağıllarına kədərli bir şey gətirib yenidən bədbin ruh halına qayıdırlar.
Bütün bunlar din əxlaqına uyğun yaşamadıqları üçün təbii olaraq baş verir. İman olmayanda insan kədərlənir, ümidsiz olur. Necə ki dünyada Allah`ın əmr və tövsiyələrini qulaq ardına vuranlar, həyatlarını, zamanlarını israf edənlər axirətdə bu bədbəxtliklərini özləri təsdiq edirlər:
“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.”(Muminun surəsi, 106)
Allah insanı dünyada bəzi sıxıntı və çətinliklərlə imtahan edir. Ancaq mömin cahil kimi Allah`ın imtanan üçün yaratdığı sıxıntılar qarşısında kədərlənmir, bədbinlik etmir. Çünki bilir ki, Allah onun bu sıxıntı qarşısında necə davranacağını sınayır.
Allah möminlərə Quranda belə vəd edir:
“Şübhəsiz ki, Allah’ın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allah’dan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah’ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.”(Yunus surəsi, 62-64)
Adnan Oktar'ın Arab Newsdə nəşr edilən məqaləsi: