Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)
Adnan Oktar: Səcdə surəsini açmısan. Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. "Əlif-Lam Mim. Özündə şübhə olmayan bu Kitabın endirilməsi aləmlərin Rəbbi tərəfindəndir." (Səcdə surəsi, 2) Yəni bəzi saxtakarların o uydurduğu kitab kimi deyil, Allahın Peyğəmbəri (s.ə.v)-ə endirdiyi haqq vəhyə əsaslanan, saf vəhyə əsaslanan kitabdır. "Yoxsa onlar: "Bunu uydurdu" mu deyirlər?" uyduranlar var, uyduran saxtakarlar var. "Xeyr; o, Rəbbindən olan bir haqdır; səndən əvvəl özlərinə bir xəbərdar edici gəlməmiş bir qövmü xəbərdar etməyin üçün (onu sənə endirdik). Ümid edilər ki, hidayət taparlar." (Səcdə surəsi, 3) Allah Qatından endirilmiş haqq bir kitabdır.