İndiyə qədər yer üzündə baş verən və baş vermiş bütün hadisələr Allah qatında əsla yox olmur.

Hz. Musanın (ə.s), hz. İbrahimin (ə.s), hz. Əyyubun (ə.s), hz. Nuhun (ə.s), hz. Süleymanın (ə.s), hz. Muhəmmədin (s.ə.v) və digər peyğəmbərlərin yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatı eyni zaman içindədir. Bu insanlardan Allaha iman gətirənlər hal-hazırda Cənnətdə, inkarçılar isə Cəhənnəmdə əzab çəkirlər. Çünki keçmiş, bu gün və gələcək Rəbbimizin qatında bir andan ibarətdir.

Allahın Xaliq ismi hər şeyin varlığını və varlığı boyu keçirəcəyi halları, hadisələri təyin və müəyyən edən, buna əsasən yaradan, yoxluqdan var edən deməkdir. Allah Xaliq ismi ilə insanları ana bətnində yaratdığı andan etibarən onlar üçün sonsuzluq başlamışdır. Əlbəttə, insan ana bətnində keçirdiyi inkişaf mərhələlərini xatırlamır, ancaq onun hər kadrı Allah qatında mövcuddur və əsla yox olmur. Bu həqiqət hər kəsin çox uzun zənn etdiyi həyatına da aiddir.

Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, görüntü və ya hadisə əbədi olaraq mövcud olacaq. Çünki Allah qatında hifz edilmişdir. Eyni şəkildə, 5 yaşında olarkən mağazadan aldığınız konfeti yeyərkən hiss etdiyiniz şirin dad, 7 yaşında orta məktəbə başladığınız gün erkəndən həyəcanla oyanmağınız, riyaziyyat müəlliminizin lövhəyə yazdığı uzun düsturlar, işdə qazandığınız uğura görə və ya illərlə arzuladığınız bir şeyi almağa gedərkən duyduğunuz sevinc hissi, bir sözlə, yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr, əslində, eynilə dəyişmədən durur, ancaq sizin beyninizdə mövcud deyil. Beyninizdə saxlanılan isə keçmişə dair xatirə kimi sizə hiss etdirilir.

Hal-hazırda mövcud olan o səhnələri beyniniz qavramır. Çünki dünyadakı imtahan sistemi belədir. İnsanlar keçən zamana tabe olduqlarını düşünür, keçmiş, indiki və gələcək olmaqla zamanın bölündüyünü düşünürlər. Çünki insan 5 duyğu hissinə bağlı olduğuna və hafizəsində bu məlumatlar saxlanmadığına görə, başına gələn bir çox hadisəni xatırlamır. Halbuki, bu hadisələrdən heç biri itməmişdir və Allahın sonsuz hafizəsində əbədi olaraq canlı şəkildə mövcuddur. “...Bu, ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini, özü də Allahın hər şeyi (layiqincə) bilən olduğunu siz də biləsiniz! (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, ən kiçik təfərrüata qədər hər şey Allah qatında mühafizə edilir.

Məhşər günü Allah insanların bütün əməllərini onlara göstərəcək

İnsanların yaşadığı hər anın, etdiyi hər davranışın, söylədiyi hər sözün, ağlından keçən hər fikrin, hər niyyətin Allah qatında eynilə mühafizə edilməsi Allahın insanlara bildirdiyi sirdir. Möminlərin bu həqiqəti dərk etdiyi hz. İsanın (ə.s) Quranda bildirilən bu sözlərindən də məlum olur:

Xatırla ki, o zaman Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? (İsa cavabında) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin Özündə olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!” (Maidə surəsi, 116)

Bununla yanaşı, bir insan Allahın xoşuna gəlməyən əməl etdikdə və ya Allahın qadağan etdiyi hökmlərə tabe olmadıqda məhşər günü etdiklərinin heç birini inkar edə bilməyəcək, hətta etdiklərini qarşısında anbaan, canlı şəkildə görəcək. Heç bir şey yox olmadığına, itmədiyinə görə, edilən günahlar və savablar, pisliklər və yaxşılıqlar da saxlanılır. Buna görə, özlərinin kimsənin görmədiyini, eşitmədiyini düşünərək rahatlıqla Allahın hədlərini aşanlar və ya Allahın xoşuna gəlməyən əməlləri edənlər, pis sözlər söyləyənlər etdiklərinin özlərinə göstərilməsindən çox təəccüblənəcəklər. Allahın hər şey üzərində şahid olduğunu şəxsən görüb biləcəklər:

Göylərdə də, yerdə də yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir! (Ənam surəsi, 3)

Ancaq Allahın bildirdiyi din əxlaqından uzaq yaşayan bu insanlar məhşər günü etdikləri hər şeyi ən incə təfərrüatına qədər gördükdə artıq əllərindən heç nə gəlməyəcək. Çünki o gün Allahın Quranda bildirdiyi kimi, bu insanlara ... Allahdan onlara güman etmədikləri görünəcəkdir. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir” (Zumər surəsi, 47-48).

Məhşər günündə inkar edənlərin, münafiqlərin, Allahın əmrlərinə çəkinmədən baş qaldıranların heç güman etmədikləri hadisələr baş verəcək, Allahın insanların hafizəsində yenidən diriltməsi ilə bütün etdikləri gizli işlər hər kəsin qarşısında aşkar olacaq. Eynilə ayədə bildirildiyi kimi, iman gətirməyənlərin həyatları boyu istehza etdikləri şey bu dəfə özlərini bürüyəcək. İman gətirməyənlər dünya həyatında onlara verilən müddət ərzində inananların Allaha və axirətə olan inanclarına istehza etmişdilər, dərk etmədiklərinə görə, bu qəti həqiqətlərin aldanma olduğunu düşünmüşdülər. Ancaq onların aldanma olduğunu iddia edərək istehza etdiyi həqiqətlər onların özünü heç gözləmədikləri anda bürümüşdür. Çünki, əslində, onlar yanılmışdılar. Həyatları boyu etdikləri bütün pisliklərin görüntüsü Allahın hafizəsində saxlanmışdır və məhşər günü bir-bir qarşılarına çıxacaq. Bunları hər dəfə inkar etdikdə əbədi olaraq saxlanılan bu hadisələri canlı şəkildə qarşılarında görəcəklər. Beləliklə, Allahın elmi ilə əhatə olunduqlarını anlayacaqlar. Allah iman gətirməyənlərin vəziyyətini belə bildirir:

 Allah da onlara istehza edər və onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın qalarlar. (Bəqərə surəsi, 15)  

Cənab Adnan Oktar Allah qatında hər şeyin hifz edildiyini belə izah edir: “Bütün həyatımız bir video kimi Allah qatında saxlanılır”.

ADNAN OKTAR: Allah buyurur: şeytandan Allaha sığınıram. “Haqqə” surəsi, 13: “Sur bircə dəfə üfürüləcəyi”. Allahın üfürmə dediyi şeyi biz bilmirik. O hadisə olduqda, Allah: “Bu, üfürmədir”, - dedikdə, biz: “Deməli, bu nəzərdə tutulurdu”, - deyəcəyik. Yəni hadisənin başlamasının adı da ola bilər. Hər şey ola bilər. “Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman”. Baxın, yer, dağlar yerindən tərpədilib hərəkət etdirilir. Birinci toqquşma var, daha sonra ikinci, yəni sonuncu toqquşma. Sonuncu toqquşma çox şiddətli olacaq. Bu zaman artıq dünya dağılacaq. Toz olub kosmosa yayılacaq. Dünya kürəvi formada olduğuna görə, partlayışın təsirindən məcməyi kimi açılacaq, toz-torpağa çevriləcək. Kosmosda bəzən ortasında nüvəsi, ətrafında da geniş halə olan yerlər olur. Yer qiyamət günü o cür olacaq. Yer parçalandıqda o formanı alacaq, inşaAllah. “Məhz o gün qiyamət qopmuşdur! Və (göy) süst düşüb parçalanmışdır!” Səma qalmayacaq, kosmos görünəcək. Gündüz mavi olan səma da açılacaq, oradan qara göy üzü görünəcək. “Mələklər də onun (göyün) ətrafında olacaq və həmin gün sənin Rəbbinin ərşini onların üstündə səkkiz mələk daşıyacaqdır!” Səkkiz mələk bu vəzifəyə təyin olunmuşdur. “Allahın ərşi” ifadəsinin nə olduğunu biz qiyamətdə anlayacağıq. Məsələn, heç təxmin etmədiyimiz bir şeyin ərş olduğunu anlayacağıq. “O gün siz gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!” İnsanlar bir-bir Allahın hüzuruna gətiriləcəklər. Ən son Allahın hüzuruna gətirilən ən birinci gətirildiyini zənn edəcək, çünki zaman yoxdur, nisbidir. Ən son Allahın hüzuruna gətirilən milyonlarla insan olacaq. Hamısı tək-tək həşr olunduğu halda, hər kəs birinci özünün həşr ounduğunu zənn edəcək. O qədər sürətli olacaq. Zaman olmadığına görə belə olur. “Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!” İnsanların gizlətdiyi heç nə olmur. Bu dünyada gizlicə etdiklərini düşündükləri şey də qalmır. Allah hamısını bir-bir üzə çıxarır. Ancaq müsəlmanların utandığı, istəmədiyi bir şey varsa və bağışlanıblarsa, onların hamısı əbədi olaraq Allah tərəfindən gizli saxlanılır. Ancaq bunlar da itmir, sadəcə, gizli saxlanılır. Var olan bir şey Allah qatında heç vaxt itmir, ancaq mühafizə olunur. Məsələn, indi biz burada danışdıq. Bu söhbətimizin hamısı mühafizə olunmuşdur. Ancaq Cənnətdə biz bu söhbəti dinləmək istəsək, hamısını dinləyə bilərik. Ancaq bu söhbətin içində, Allah qorusun, istəmədiyimiz bir hissə varsa, o hissə əbədiyyən mühafizə ediləcək, o hissəni görməyəcəyik. Məsələn, insanların həyatında başına gələn çətin hadisələr var. Atasını itirdiyinə görə kədərlənir. Bu isə İslama, Qurana uyğun deyil. Müsəlman bundan utandığı üçün Allah o hissəni ona göstərmir. Ancaq mühafizə olunub Allah qatında durur, yox olmur. Onun yox olması üçün, haşa, Allah yox olmalıdır. Bu isə qeyri-mümkündür, var olan bir şey əsla yox olmaz. Məsələn, həşərat ölüb, amma Allah qatında durur, yox olması mümkün deyil. Ancaq ehtiyac olmadığı üçün Allah göstərmir. Əgər görmək istəsən, görə bilərsən. Allah qatında mühafizə edilib saxlanılır.

Bütün həyatımız video film kimidir. İndi burada istədiyimiz hissəsinə baxa bilirik, elə deyilmi? Televizorda videonu açırıq, istəmədiyimiz yeri ötürürük. Eynilə o şəkildə, Allah istəmədiyimiz yerləri bizə göstərməyəcək. Doğulduğumuz andan etibarən nə baş veribsə, heç biri Allah qatında yox olmayıb. İnsan səhər qalxıb yuxulu halda, heç bir şey etmədən boş-boş oturur. Bu, olduğu kimi Allah qatında durur, yox olmur. Ancaq mömin belə şeyi görmək istəmir. Çünki boş işlə məşğul olub. Xoşuna gələn şeyləri görmək istəyəcəyi üçün ancaq onları seçərək görəcək.

“Möminlərin bütün savabları Allah qatında saxlanılır”

ADNAN OKTAR: “Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!” İnsanın sağ əlinə bir cisim veriləcək. Bəlkə kristal kimi, almaza bənzər bir şeydir. Hər şey onun içindədir. “Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam; mən belə bir şey olacağını bilirdim”, - deyir. Bunu təslim etməklə mükəlləfdir, orada qədəri ilə bağlı məlumat var. Onu verir. Sonra ondan mələklər Allahın qatında soruşurlar: “Filan adama bu qədər maddi yardım etmisən, doğrudurmu?” Sorğu-sual olunur. “Bəli, doğrudur”, - deyir. “Filan gün gedib filan yerdə təbliğ etmisən, doğrudurmu?” “Bəli, doğrudur”, - deyir. “Filan gün həbs olunmusan, bu qədər həbsdə olmusan, bu qədər gün əziyyət çəkmisən. Doğrudurmu?” “Doğrudur”, - deyir. Hər şeyi bir-bir sayırlar. Məsələn: “Sənə acı söz deyilib, səbir etmisən, doğrudurmu? Səni əsəbiləşdirən şey baş verib, sən səbir etmisən, doğrudurmu?” Bütün bu sorğu-sual bitdikdən sonra ən son həşr olunan şəxs o olur, ən birinci həşr olunduğunu və çox qısa davam etdiyini zənn edir. Ona həddindən çox qısa müddət görünür. Halbuki, bütün ömrünə aid sorğu-sual olunur. Daha əvvəl də dediyim kimi, buradakı sorğu-sual onu şövqləndirmək üçün edilir. Necə gözəl əxlaqlı insan olduğu ona xatırladılır. Cənnətdə də bu daima onun yadında qalır. İnsanlar Cənnətdə onu şəxsiyyətinə görə sevirlər. Gizli etdiyi şeylər də var. Gizli olanları da Allah açıqlayır. Məsələn, gizlicə cəsarət göstərib, gizlicə səbir edib. Məsələn, ondan soruşurlar: “Bu hadisə baş verəndə insanlar əsəbiləşdi, sən çox səbirli oldun, doğrudurmu?” “Doğrudur”, - deyir. “Bax, bu qədərində var”. Hamısı sadalandıqdan sonra həmin insan özü də özünü sevməyə başlayır, ətrafındakılar da onu sevirlər. Çünki bu dünyada gizli olanlar bilinmir. Məsələn, hz. Mehdinin (ə.s) gizli cəhətlərini biz bilmirik. Aşkar cəhətlərini bilirik. Ancaq hz. Mehdini (ə.s) həqiqətən sevməyimiz üçün bütün xüsusiyyətlərini bilməliyik. Peyğəmbərimizin (s.ə.v) müəyyən xüsusiyyətlərini bilirik. Yoluna dəvə içalatı, tikan atılmış, Əbu Cəhil onu təhqir etmişdir. Ən çox 50-100 hadisəni bilirik. Orada biz Peyğəmbərimizlə (s.ə.v) bağlı on minlərlə hadisəni öyrənəcəyik. Kimin təhqirinə necə cavab verib, kimə necə kömək edib, necə təhlükəli şəraitdə cəsarət göstərib, harada səbir edib və s. Onda Peyğəmbərimizə (s.ə.v) olan sevgimiz qat-qat artacaq. Hz. İsanın (ə.s) və digər möminlərin də naməlum xüsusiyyətlərini öyrənəcəyik. Onda möminlərin bir-birinə olan sevgisi çox artacaq, Cənnət sevgisinə çevriləcək. Bu sevgi Cənnətdə nemət kimi bəxş olunacaq.

İman gətirməyənlərin bütün günahları Allah qatında saxlanmışdır

ADNAN OKTAR: Kafirlərə də bütün əxlaqsızlıqları bir-bir sadalanacaq. Məsələn, yalan danışıb aldatdığını zənn edir. “Burada yalan söylədin, elə deyilmi?” - deyəcəklər. “Xeyr”, - deyəcək. Sonra ağzı: “Bəli, yalan danışdın”, - deyəcək. Ağzını saxlaya bilməyəcək, ağzına qəzəblənəcək. “Buna nə olub ki, belə danışır?” - deyəcək. Əli ilə bir pislik edib. “Mən belə bir şey etməmişəm”, - deyəcək. Orada da saxtakarlıqları davam edəcək. Əli danışacaq, bədənini idarə edə bilməyəcək. Bədəni ona üsyan edəcək. Bədəninə daha əvvəl çox düşgün idi. O cür insanlar bədənləri üçün, nəfsi üçün yaşayırlar. Nəfsi orada onun başına bəla olacaq. Allah onu bəlaya çevirəcək. Gözünü, ağzını, əlini idarə edə bilməyəcək. Hamısı əleyhinə şahidlik edəcək və hamısını qəbul etməli olacaq. Günahlarının bir qismini Allah sorğu-sual etməyə ehtiyac hiss etmir: “O gün onlar sorğu-sual edilməyəcək”, - buyurur. Bəzilərini birbaşa Cəhənnəmə qoyacaq. Orada da əxlaqsızlıq edəcək, eyni şeyi edəcək. Ancaq ibrət üçün Allah bir-bir dedizdirəcək.

Onların haqq-hesabı isə uzun çəkəcək. Müsəlmanların əksinə olaraq, ən birinci sorğu-sual olunan ən son həşr olunduğunu zənn edəcək, çox əzab çəkəcək, sorğu-sual heç cür bitməyəcək. Tərləyəcək, hədisdə: “Təri su kimi yerə axır”, - deyilir. Sıxıntıdan su kimi tər tökəcək. Sorğu-sualı dayanmadan davam edəcək. Məsələn: “Filan gün bunu edibsən, danış. Bu saxtakarlığı edibsən, ən incə təfərrüatına qədər danış”, - deyiləcək. Sıxıntıdan o qədər tər tökəcək ki, hədisdə bunu xüsusi vurğulamaq üçün: “Az qalır ki, tərində boğulsun”, - deyilir. O qədər çox tərləyəcək ki, tezlikə sorğu-sualın bitməsini istəyəcək. “Sorğu-sual tezliklə bitsin, Cəhənnəmə gedim”, - deyəcək. Halbuki, Cəhənnəmə getdikdə oradan da tez çıxmaq istəyəcək. Müsəlmanlar bunu dərk etdiklərinə görə ağılla hərəkət edirlər. Ancaq Cəhənnəm əhli çox dəli olur. Ona görə də Cəhənnəm əhli olmaqdan, Cəhənnəm əzabından Allaha sığınmaq lazımdır. “Ya Rəbbim, məni Cəhənnəmdən qoru deyil, Cəhənnəm əzabından qoru”, - deməliyik. Çünki onsuz da Cəhənnəmin kənarına gələcəyik. Cəhənnəmin kənarına hər kəs gələcək. Cəhənnəmi görməyən olmayacaq. Müsəlmanlar Cəhənnəmin kənarında da çox şən olacaqlar. Önündə və sağında işıq, yanında mehmandarı, qoruyucusu olacaq. Ona yol göstərəcək. Daima ona xoş söz deyəcək, hörmət edəcəklər. Allah: “Həmin gün onlar əziyyət çəkməzlər, içlərində sıxıntı, qorxu olmaz”, - buyurur. Çox şən və xoşbəxt olacaqlar. Üzlərindəki parıltıdan bu məlum olacaq. Cənnətə getmək üçün çox şən və ümidvar olacaqlar. Çünki önlərindəki və sağlarındakı işıqdan Cənnətə girəcəkləri bəllidir. Kristal formasında olan məlumat da sağ tərəfdən əllərinə verilib. Hər bir şeydən Cənnətə gedəcəyi bəlli olur, ancaq hələ Cənnətə girəcəyi deyilməyib, sadəcə, ümid edir. Orada Allah: “Cənnət əhli qalsın, onlar keçsinlər”, - buyuracaq.  Cəhənnəm əhli Cəhənnəm ərazisində qalacaq. Sonra onlar oradan sürüklənərək, alçaldılaraq Cəhənnəmə aparılacaqlar. Ancaq təbii ki, bizim ağlımıza torpaq, kül ərazı gəlir. Əslində, heç təxmin etmədiyimiz kimi bir yer ola bilər. Məsələn, Cənnət qapısı qızıl və ya işıq ola bilər. Birdən işıq saçılar, içəriyə keçərsən. Cəhənnəm əhlini də bilmirik. Cəhənnəm odu insanı yandırır, ancaq orada da çaqqallıq edirlər. Normal halda, odda yanan insan danışa bilməz. Allah deyir ki, Cəhənnəmin dəvə boyda alovları var, qığılcımı dəvə boydadır. Ancaq adamlar yenə də orada fitnə çıxaracaq, qeybət edəcəklər. Bir-birlərinin eybini axtaracaq, dalaşacaq, bir-birini qovacaqlar. Cənnəti gördükdə isə müqayisə edərək çox şiddətli əzab çəkəcəklər, İnşaAllah. (6 dekabr 2011, A9TV)