MÖMİN QADINLAR ÜÇÜN HİCABIN ƏHƏMİYYƏTİ
ucgen

MÖMİN QADINLAR ÜÇÜN HİCABIN ƏHƏMİYYƏTİ

1572

Müsəlman bir qadın Allaha (cc) səmimi ürəklə iman etmiş və dərin bir Allah (cc) qorxusuyla boyun əymişdir. Allahdan (cc) başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və hər şeyin üstündə, sonsuz güc sahibi olduğunu qavramışdır. Bu səbəblə yalnız Allahdan (cc) qorxar və yalnız Onun razılığını hədəfləyər. Yalnız Allaha (cc) ibadət edər, ONU dost tutar və yalnız Ondan kömək istəyər. Özünə verilən bir gözəllik varsa, bunu ona, ancaq Allahın (cc) verə biləcəyini və eyni şəkildə özünə gələcək bir pislik varsa, buna da Allahın (cc) mane ola biləcəyini, özünü, ancaq Allahın (cc) qoruya biləcəyini bilərək yaşayar.


Allahın (cc) Qurani Kərimdə bildirdiyi, Peyğəmbər Əfəndimizin (səv) hökm etdiyi sərhədləri diqqətlə qoruyar, bu mövzuda səbirli və təmkinli davranar. Allahın (cc) sərhədlərini qorumaq mövzusunda heç bir şey onu zəifliyə sala bilməz. Qarşılaşdığı çətinliklərin, ya da sıxıntılı vəziyyətlərin Rəbbimizin bir sınağı olduğunu bilər. Bu sınaqda, Allahın (cc) özündən razı olacağı şəkildə davranmaq üçün diqqətli olar. Quran əxlaqına uyğun olmayan qərarlar verməkdən, davranışlar etməkdən çəkinər.


Mömin bir qadın üçün, Quranda bildirilən ibadət və hökmlərdən biri də hicabdır. Qurana görə Müsəlman qadın, hicab taxmaq və Quran ayələrində bildirilən şəkildə təsəttürünə diqqət etməklə məsuldur. Mömin qadınların bu məsuliyyəti ayələrdə bu şəkildə xəbər verilmişdir:


“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar;...” (Nur Surəsi, 31)


“ Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.“ (Əhzab Surəsi, 59)


Mömin qadınların təsəttürlərinin necə olması lazım olduğu Peyğəmbərimizin (səv) hədisləri və böyük İslam alimlərinin şərhləriylə də detallı olaraq açıqlanmışdır. Digər bir deyişlə, hicabın "fərzi ayn" olduğu, hədislərlə və icmayla (İslam alimlərinin ortaq qənaətləriylə) sabitdir. Bu mövzuda yersiz mübahisələrə girmək, Quranda və sünnədə ifadə ediləndən fərqli ölçülər qoymağa çalışmaq səmimi möminlərin çəkinməsi lazım olan bir haldır.


Baş örtüləri səbəbiylə müxtəlif çətinliklərlə qarşılaşan şagirdlərə və işləyənlərə edilən tətbiqlər isə son dərəcə səhvdir. Tərbiyəli, təmiz əxlaqlı, dürüst gənc qızlarımızın qarşı-qarşıya olduqları bu problemin bir an əvvəl sona çatması cəmiyyətin bütün təbəqələrinin tələbidir. Vətənlərini sevən, millətlərinə faydalı olmaq istəyən bu gənc insanlardan heç kimə hər hansı bir zərər gəlməyəcəyi açıqdır.  


Təsəttürlərini qorumaq istəyən, ancaq bir çox çətinliyə məruz qalan Müsəlman qadınların isə, bu vəziyyət qarşısında Quran əxlaqına görə davranmaları və üstün bir əxlaq göstərmələri lazımdır.  
Mömin qadın, bir çətinliklə qarşılaşdığında, Allahın (cc) Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, əhəmiyyətli olanın isə bu çətinlik anında insanın Allaha (cc) olan sevgisində, təslimiyyətində və etibarında davamlılıq göstərməsi olduğunu bilər. Allahın (cc) ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın (cc) vədindən əsla dönməyən olduğunu bilər. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç bir zaman ümidsizliyə qapılmaz, Allahın (cc) köməyindən əsla şübhəyə düşməz. Gözəl bir səbir və təslimiyyətlə, Allahın (cc) özünə verdiyiylə kifayətlənər və bunda özü üçün bir xeyir olduğunu qəti olaraq bilər. Allahın (cc) bu mövzuda Quranda bildirdiyi nümunələri xatirindən çıxarmaz; çətinliklərlə qarşılaşdıqları zaman ümidsizliyə qapılanların təslimiyyətsizliyini bilər. Özünə, hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar


“Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şuəra Surəsi, 62)


deyərək Allaha (cc) təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürər. Həyatı boyunca qarşısına çıxan hər hadisədə Allahın (cc) rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən iman dərinliyi içərisində olar. Rəbbimizin Yusuf Surəsinin 57-ci  ayəsində buyurduğu kimi,


“İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.”


Mömin qadınlar da dünyada səbir etdikləri hər anın, təmkinli davranışlarının, çətinliklər qarşısında şövqlərini və əzmlərini itirməmələrinin, Allahın (cc) istədiyi əxlaqdan güzəştə getməməyin, hər vəziyyətdə gözəl sözlü, gözəl davranışlı və əxlaqlı olmanın qarşılığını, Allahın (cc) izniylə, axirətdə ən xeyirlisiylə alacaqlar.  


Hicab mövzusunda üzərində dayanılması lazım olan əhəmiyyətli bir nöqtə isə, bu mövzunun bir üstünlük ölçüsü olaraq ələ alınmasının gətirəcəyi qorxulardır. Çünki üstünlük Allah Qatındadır və kimin kimdən üstün olduğu, ancaq axirətdə aydın olacaq. Bu vətən torpağında yaşayan bütün qadınlar -hicablı olsun ya da olmasın- Müsəlman Türk övladlarıdır və bizim bacılarımızdır.
 


PAYLAŞIN
logo
logo
logo
logo
logo