Əhzab surəsi, 45 (Müsəlmanların müjdə verməsi müsəlmanlığın şərtidir)
ucgen

Əhzab surəsi, 45 (Müsəlmanların müjdə verməsi müsəlmanlığın şərtidir)

1147

(Adnan Oktarın 6 dekabr 2010 tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından)

ADNAN OKTAR: Əhzab surəsi, açdığımda o hissəsi gəldi. "Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik."  Allah hansı hadisələrlə göndərdiyini Peyğəmbərimiz (s.ə.v)-a söyləyir. Şeytandan Allaha sığınıram. Bax "Biz səni bir şahid", hər hadisəyə, insanlara hər şeyə şahid olur, Peyğəmbərimiz (s.ə.v). "Və bir müjdə verici", müsəlman nə edəcək? Müjdə verəcək. İslam Birliyinin müjdəsini verəcək, müsəlmanların birləşməsi, gözəl günlərin müjdəsini verəcək, cənnət müjdəsi verəcək, Allah sevgisi müjdəsi verəcək, sevinc müjdələrinin önü arxası olmayacaq və bu müjdələri də şəxsən müsəlmanlar özləri, bir-bir görəcək. Məsələn, biz indi  İslam birliyinin müjdəsini veririk. Bunu müsəlmanlar görəcəklər. Mehdi (ə.s)-ı görmə müjdəsi verirəm, bunu görəcəklər. İsa Məsihi görmə müjdəsi verirəm, bunu görəcəklər. İslam əxlaqı bütün dünyanı işıqlandıracaq. Hər yeri nuru ilə bürüyəcək bunu görəcəklər. Barış və qardaşlıq hər yerə hakim olacaq, hər yeri nuru ilə əhatə edəcək, bunu görəcəklər. Bu müjdələrin verilməsi müsəlmanlığın şərtidir. Quranın hökmüdür, inşaAllah. "Və bir xəbərdar edən", aman anarxiyaya girməyin, terrora girməyin, dəlalətə girməyin. Darvinizm, materializm bir yalandır, bir oyundur. Bunlara qarşı insanları xəbərdar edirik, inşaAllah. "Xəbərdar edən olaraq göndərdik" əbcədi 1997. Şəddəli 2034-cü il tarixini verir. Hər ikisi də dəqiq Mehdiyyətin tarixidir. Bax, ikisi də 1997-ci il mehdiyyətin əhəmiyyətli bir dövrüdür ki, 97-ci illərdə bilirsiniz 28 fevral oldu, deyilmi?

PAYLAŞIN
logo
logo
logo
logo
logo