Uzun müddətdir əhəmiyyətli bir şəkildə darvinistlərin edə bildikləri tək şeyin demaqoqluq olduğu gerçəyini vurğulayırıq. Yenə daha əvvəl dəfələrlə və əhəmiyyətlə vurğuladığımız başqa bir nöqtə də, darvinist demaqoqluğun yalnız NƏSLİ KƏSİLMİŞ FOSİLLƏRƏ əsaslanamsıdır. Təkidlə izah etdiyimiz bu gerçəkləri təsdiq edən əhəmiyyətli bir nümunə isə bu günlərdə beynəlxalq və milli mətbuatda yer almaqdadır. Bu nümunə, tanınmış darvinist David Attenboroughun “böyük kəşfi(!)” olaraq tanıdılmağa çalışılan bir fosilin, darvinist təbliğatın ən məşhur nümayəndəsi olan BBC tərəfindən “GİZLİ BİR MƏLUMAT” şəklində açıqlanacaq olmasıdır.
Mətbuatda hərarətlə nəşr olunan bu xəbərdə olduqca diqqətçəkici bəzi nöqtələr vardır. Məhz darvinist təbliğatın sıx izləri bu nöqtələrdə ortaya çıxır. Xəbərdə,
- Darvinist David Attenborough, darvinistlər tərəfindən adapid adı verilən böyük ehtimal nəsli kəsilmiş bir primat növü üzərində təbliğat apararaq, insanın xəyali təkamülündə axtarılan o məşhur uydurma İTKİN HALQANI tapdığını iddia edir.
- Fosilləşmiş skeletin bütövlükdə mövcud olduğu ifadə edilməkdə, bu fosil skeletin BBC-dəki “həyati əhəmiyyətə sahib” yayımda gözlər önünə səriləcəyi ifadə edilməkdədir.
- 90 dəqiqəlik bu sənədli filmin “çox gizli” olduğu qələmə verilmişdir. Sənədli film haqqındakı məlumatın müxtəlif Amerikan qaynaqlarından alındığı ifadə edilməkdə və fosilin sərgilənməsi fövqəladə bir hadisə halına gətirilməyə çalışılmaqdadır.
Bu üç maddədə də göründüyü kimi, darvinist təbliğatın bütün tələbləri yerinə yetirilərək ictimaiyyətdə fosillə əlaqədar darvinist ön mühakimə yaradılmağa çalışılmaqdadır. Nəsli kəsilmiş bir primata aid fosil, darvinistlər tərəfindən “itkin halqa” elan edilərək insanlar aldadılmağa çalışılır. Ölkənin ən tanınmış darvinist təbiətşünası, ən tanınmış darvinist nəşri ilə birlikdə hərəkət edərək, itkin halqa hekayəsi ilə xalqda təkamül təlqini meydana gətirməyə çalışmaqdadır. Skelet tamdır, tarixləmə də mükəmməl şəkildə edilmişdir. Yəni darvinistlərin spekulyasiya etmək üçün heç bir material əskiyi yoxdur! Bütün bunlara əsaslanaraq darvinistlər, bir əsr yarımdır heç cür şərh gətirə bilmədikləri insanın xəyali təkamülü yalanını guya “nəticəyə qovuşdurmağa” çalışmaqdadırlar.
MƏHZ DARVİNİST YALAN DEYİLƏN ŞEY BUDUR!
Darvinistlər keçmişdə tez-tez müraciət etdikləri demaqoqluq üsulunu bu dəfə daha sensasional bir şəkildə tətbiq etməkdədirlər. Mükəmməl görünüşdə və yaşı təyin edilmiş bir fosil skelet tapıldıqda, üstəlik bu nəsli kəsilmiş bir canlıya aiddirsə və sensasional şəkildə insanlara təqdim edilərsə, insanların dərhal bunun ara fosil olduğuna inanacaqlarını zənn edirlər. Halbuki, artıq belə bir təsir meydana gətirmələri mümkün deyil. Darvinistlər keçmişdəki səhvlərini davam etdirməyə çalışmaqdadırlar. On illərlə əvvəl insanları aldada bildikləri kimi, onları indi də aldada biləcəklərinə inanmaq istəməkdədirlər. Halbuki, yanılmaqdadırlar.
İndiki vaxtda insanlar darvinistlərin ara fosil elan etdikləri bir canlının, əslində mükəmməl, tam və qüsursuz bir canlı olduğunu və heç bir aralıq forma xüsusiyyəti göstərmədiyini artıq bilirlər. Nə insanın, nə də başqa bir canlının guya təkamülləşdiyini göstərən BİRCƏ ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI da bilirlər. İnsanın xəyali təkamülündə, digər ssenarilərdə olduğu kimi, TAMAMLANMASI LAZIM OLAN ƏSKİK HALQA hekayəsinin tamamilə yalana əsaslandığının, darvinistlərin iddialarının TƏK BİRİNİN BELƏ İSBAT OLUNA BİLİNMƏDİYİNİN DƏ olduqca yaxşı fərqindədirlər. İnsanlar, indiyə qədər insanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan bütün fosillərin saxta çıxdığını, hamısının elmi ədəbiyyatdan çıxarıldığını, darvinistlərin tarixdə həmişə İTKİN HALQA SAXTAKARLIQLARI ilə tanındıqlarını da çox yaxşı anladılar. Darvinistlərin bu saxta ssenariyə daim nəsli kəsilmiş insan və ya nəsli kəsilmiş meymun fosillərini dəlil gətirməyə çalışdıqlarının və yalanlarının davamlı olaraq ortaya çıxdığının fərqindədirlər. İnsanlar, demaqoqluğun necə edildiyini və illərcə darvinistlər tərəfindən necə aldadılmış olduqlarını artıq bütün açıqlığı və bütün həqiqəti ilə anlamış vəziyyətdədirlər. Məhz bu səbəblə, darvinizm lehinə heç bir dəlil yoxkən, “itkin halqa tapıldı” xəbərlərinin heç bir həqiqətinin olmadığını da bilirlər.
Bu gün ölkəmizdə və dünyada, insanlar Yaradılış Atlası ilə canlıların milyonlarla il boyunca heç bir dəyişikliyə məruz qalmadıqlarını görmüşkən, ARA FOSİL DEYƏ BİR ŞEY OLMADIĞINI anlamışkən, təsadüfən TƏK BİR ZÜLALIN BELƏ YARANA BİLMƏYƏCƏYİ və canlı genomuna HEÇ BİR YENİ MƏLUMAT ƏLAVƏ OLUNA BİLİNMƏYƏCƏYİ ortaya çıxmışkən, təlqin yolu ilə darvinizmi qəbul etdirməyə çalışmaq boş səydir. BBC kanalının “çox gizli”, “həyati dərəcədə əhəmiyyətli” deyərək təqdim etməyə çalışdığı fosil də primat növünün mükəmməl nümayəndələrindən biridir. Mükəmməl skeletə sahib olduğu darvinistlər tərəfindən açıqca ifadə edilən bu fosilin, bir aralıq forma olması üçün meymundan insana çevrilən qəribə görünüşlü bir canlı olması lazımdır. Lakin təkamülə görə, yer üzündə milyardlarla, trilyonlarca olmalı olan bu aralıq formalar HEÇ TAPILA BİLMƏMİŞDİR. TƏK BİR ƏDƏD BELƏ NÜMUNƏ YOXDUR! Milyonlarla canlı növünün guya təkamülləşdiyini göstərən HEÇ BİR ARALIQ FORMA YOXDUR. Məhz bu səbəblə İTKİN HALQA UYDURMACASINA DƏLİL GÖSTƏRİLMƏYƏ ÇALIŞILAN BU FOSİL DƏ, DARVİNİST SAXTAKARLIQLARIN BİR BAŞQA NÜMAYƏNDƏSİNDƏN BAŞQA BİR ŞEY DEYİL.