500 min illik müasir incəsənət əsəri o dövrdəki insanların zəkasını göstərir
ucgen

500 min illik müasir incəsənət əsəri o dövrdəki insanların zəkasını göstərir

2132

Keçdiyimiz günlərdə 500 min il əvvəlinə aid olduğu hesablanan balıqqulağı tapıldı. Bu balıqqulağını maraqlı edən üzərindəki işləmələrdi və işləmələrdəki təfərrüatlar darvinistləri dərindən sarsıtdı. Zəka və mədəniyyət sahibi insanın əlindən çıxdığı aydın işləmələr, təkamül nəzəriyyəsinin “ibtidai insan tarixi” cəfəngiyatını bir dəfə daha alt-üst etdi.

Bu səbəbdən Haber7, Sabah kimi xəbər saytlarında bu mövzu ilə əlaqədar olaraq təkamülü xatırladan çəkilmiş şəkillər və Darvinist ön mühakimələrlə atılmış başlıqlar istifadə edilməsi həqiqəti əks etdirmir.

500 min illik qabıqları araşdırma fikrini ortaya atan Dr. Simon Munronun ifadələrindən yola çıxılaraq hazırlanmış olan bu xəbərlərdəki yanılmalar açıqdır. Bu xəbərlərdə Dr. Munro, “İlk dəfə Homo Sapienslərin atası qəbul edilən Homo Erectusun mücərrəd düşüncə qabiliyyətinin sübutuyla qarşılaşırıq.” ifadələri ilə klassik darvinist ön mühakimələri səslənmişdir.

Bilindiyi kimi darvinistlər nəsli kəsilmiş meymun növlərini kiçikdən böyüyə doğru sıralayar daha sonra da yenə yer üzündən silinmiş insan irqlərini də aralara əlavə edərək günümüz insanına doğru inkişaf etdirdikləri xəyali nəsil ağacı meydana gətirərlər. Neandertallar və Homo erectus da nəsli kəsilmiş insan irqləri olması səbəbindən Darvinistlər tərəfindən çox istifadə edilərlər. Təkamülçülərin “dik yeriyən insan” mənasını verən Homo erectus təsnifatı, insanın xəyali nəsil ağacında “ən ibtidai növ” sayılır. Ancaq Darvinistlərin iddialarının əksinə fosil sübutları bu canlıların yarı-meymun görünüşlü, ibtidai növlər olmadıqlarını, əksinə tam mənasıyla ağıl sahibi, mədəni fəaliyyətlərdə olan, ictimai insanlar olduqlarını ortaya qoymuşdur.

Məhz bu məqaləyə mövzu olan 500 min illik müasir sənət əsəri dəniz qabıqları da bu istiqamətdəki dəlillərdən biridir.

 

Darvinistlərin “ibtidai meymunabənzər insan nağılı”nı gözləyən sürpriz

1890-ci ildə, hollandiyalı həkim olan Euqen Dubois tərəfindən İndoneziyanın Yava adasında olan tək bir kəllə sümüyü parçası Yava adamı olaraq adlandırılmış, kəllə həcminin kiçikliyi və diqqətə çarpan qaş çıxıntıları səbəbiylə Homo erectus deyə meymunabənzər insan növü olaraq adlandırılmışdı. Bu sümük parçasından yola çıxaraq, "ibtidai həyat sürən, tüklü, yarı-meymun yarı-insan vəhşi canlı" olduğu elan edildi. Bununla da kifayətlənməyərək insanın atası olduğu söylənildi.

Nə var ki, 2007-ci ilə gəlindiyində "ibtidai meymunabənzər insan nağılı"nı sürpriz gözləyirdi. Bu kəllə parçası ilə eyni qatdakı bəzi fosillər Euqen Dubois tərəfindən bir qutuda gizlənmişdir. 2007-ci ildə doktorantura tələbəsi bu qutuda olan dəniz qabığının üzərində bəzi işləmələr olduğunu fərq etdi. İşləmələrin varlığı dərhal duyurulmadı, çünki təbii səbəblərə bağlı aşınma izləri olmadıqları dəqiqləşdirilməli idi. Bu günə qədər edilən ətraflı araşdırmalar bu yonulmuş izlərinin insan məhsulu olduğunu dəqiqləşdirdi və işin nəticələri 3 dekabr 2014-ci il tarixli Nature jurnalında nəşr olundu və böyük təsir meydana gətirdi.

Elm dünyası hələ də bu xəbər ilə çalxalanmağa davam edir:

Nature jurnalına görə bu işləmələr Neandertalların Cəbəllütariqdəki mağarada yenə bu il ərzində olan sənət işlərindən 10 qat daha (baxın BBC News), ya da bənzər şəkildə İndoneziyadakı mağarada olan divar işləmələrindən 12 qat daha qədimdir (baxın BBC News). Leiden Universitetindən edilən şərhdə, müasir insan olaraq bilinən 100 min il yaşındakı Homo sapiensin çox daha əvvəl, 500 min il əvvəl yaradıcılıq fəaliyyətlərdə olan ağıllı insanların tapılması “tamamilə sürpriz” deyə xarakterizə edildi. National Geographic bu tapıntını “Homo Erectus düşündüyümüzdən daha ağıllı və daha yaradıcı” deyərək işləmələri “həndəsi sənətin ən qədim qalığı” olaraq qiymətləndirdi. New Scientist isə, “sənətin və kompleks insan zəkasının mənşəyi haqqındakı məlumatımızı sorğulayan ən qədim işləmə” olaraq şərh etdi. Science jurnalı isə bu xəbəri, “belə bir şeyi tapmağı heç gözləmirdik” deyə bildirib.

Hər nə qədər 1890-ci ildə kəşf edilmiş olsa da, bu günə qədər saxlanan bu müasir sənət nümunəsi bundan 500 min il əvvəl yaşayan ağıllı insanların varlığını və bizdən fərqlərinin olmadığı göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir. Ayrıca o dövrdə yalnız “ibtidai meymuna bənzərlərin olması lazım olduğunu” nəzərdə tutan Darvinist ön mühakimələrin zəifliyini də bir dəfə daha sübut edir.

 

Təkamülçülərin xəyali insanlıq tarixi dəyişir

Darvinist ön mühakimələr kəllə həcmi kiçiksə canlının zəka səviyyəsini aşağı olması səbəbindən da canlını “ibtidai” qəbul edərlər. Halbuki kəllə sümüyünü zəka səviyyəsi (IQ) ilə müqayisə göstərmişdir ki, böyük kəllə həcminə sahib insanların IQ dəyəri aşağı, ən kiçik kəllə həcminə sahib insanların IQ səviyyəsi isə olduqca yüksək ola bilməkdədir. İnsanın beyninin böyük olması zəkasının da inkişaf etmiş olduğu nəticəsini əsla çıxarmır. Bu mövzudakı ən əhəmiyyətli nümunələrdən biri də Darvinistlərin Neandertal insan irqi haqqındakı yanlış anlayışlarıdır.

Bu günə qədər sadəcə kəllə həcminin kiçikliyi səbəbiylə Darvinistlər tərəfindən “meymunabənzər” olaraq adlandırılan Yava adamının “ibtidai” olmadığı açıq-aşkardır. Necə ki, antropoloji işlərə görə kiçik kəlləyə sahib insan irqləri hələ də yaşamaqdadır. Bu irqlərdən Aborigenik yerlilərin, Yava adasına heç də uzaq olmayan Avstraliyada yaşadıqları düşünəndə Yava Adamının da xüsusi insan irqi olduğu həqiqəti daha da qətilik qazanar.

Bu məqaləyə mövzu olan dəniz qabığındakı şəkillərlə əlaqədar çıxan xəbərlərdəki, “İnsanlıq tarixini silib yenidən yazdıracaq kəşf” şəklindəki bəzi başlıqların da bütün bu məlumatlar işığında qiymətləndirilməsi lazımdır:

Bəli, bu insanlıq tarixini başdan yazdıracaq kəşfdir amma dəyişəcək olan təkamülçülərin xəyali tarixidir.

İnsan istehsalı bu dəniz qabıqları 500 min il əvvəlinə aid müasir sənət zövqünü bizə tanıdır.

İnsan tarixin hər dövründə ağıllı varlıqdır, keçmişdə yaşamış olan insanların bizlərdən heç bir fərqi yoxdur. Bu istiqamətdəki elmi sübut elə güclüdür ki, Darvinist nəşrlərdə belə bu vəziyyət etiraf edilir. Necə ki, Dr. Munro da, “Dəniz qabığının üzərindəki ziqzaqlar, insan istehsalından başqa bir şey ola bilməz” deyərək bu həqiqəti etiraf etmişdir.

İnsanı, Allah digər bütün canlılardan fərqli olaraq ruh və ağıl sahibi varlıq olaraq yaratmışdır. Tarixdən günümüzə çatan bütün elmi sübut da, bu həqiqəti təsdiqləyir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo