Viruslar hüceyrənin ən təhlükəli düşmənidir
Hüceyrə ilə virus arasındakı müharibə insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Viruslar bəzən soyuqdəymə, qrip kimi xəstəliklərin səbəbi olur,bəzən də AİDS, tif kimi öldürücü xəstəliklərə səbəb olur.Virusların hüceyrəyə hücumunun öldürücü olması və inkişaf etmiş hücum texnikası baxımından heyrətamizdir. Viruslar hüceyrəni, onun öz silahı və imkanları ilə vururlar. Nüsxələrini yaratmaq üçün onların bu ağlasığmaz hücumu, əslində, intihar hücumudur. Viruslar nəsillərini davam etdirmək üçün həm özlərini, həm də hüceyrəni fəda edirlər. Hüceyrələr həyatlarını davam etdirmək üçün zülal istehsal etmək məcburiyyətindədirlər. Viruslar isə zülal istehsalının qarşısını alaraq, hüceyrəni zülalla birlikdə virus istehsal edən fabrikə çevirirlər.
Virusun bu işi görməsi üçün mükəmməl məlumata, şüur və gücə ehtiyacı var. Yalnız elektron mikroskopu altında görünə bilən virusun bu mükəmməl quruluşunun fərqində belə olmadığı ortadadır. Bu quruluş necə meydana gəlmişdir? Gözü, beyni olmadığı halda, virus nə vaxt və necə hərəkət edəcəyini haradan bilir?
Şübhəsiz ki, onu da, onun varlığını davam etdirməsi üçün hüceyrəni və DNT-ni də yaradan uca Allahdır. Allah yaratdığı kompleks varlıqlarla insanlara bənzərsiz sənətini və sərhədsiz qüdrətini göstərir.
Allah bir ayədə belə buyurur:
Viruslar cansız varlıqlardır, amma hüceyrə ilə təmas etdikləri andan etibarən canlı xüsusiyyəti göstərməyə başlayırlar.
Virus təbiətdəki maraqlı orqanik strukturlardan biridir. Canlı bədənə sahib deyil. Zülalın bir qabığından və qabığın içində özünə aid məlumatları ehtiva edən genetik şifrələrdən (DNT və ya RNT) ibarətdir. Tək başına həyat əlaməti göstərən hər hansı bir funksiyası və ya orqanı yoxdur. Bu səbəblə, təbiətdə milyonlarla il dəyişmədən qala bilir. Ancaq bir orqanizmin içinə girdiyində canlanır və aktivləşir. Bir hüceyrə ilə təmas etdiyi andan etibarən canlı xüsusiyyəti göstərməyə başlayır, təcavüzkar və ağıllı bir canlı olur.
Virus hüceyrələrdən birinə girmədən əvvəl ayaqları ilə hüceyrənin özünə uyğun olub-olmadığını təyin edir. Özünə uyğun olduğunu müəyyən edəndə DNT-sini hüceyrənin içinə boşaldır.
Hüceyrə ovsunlanmış kimi, ölənə qədər virusun DNT-sini çoxaltmağa davam edir. Hüceyrənin içindəki mexanizmlər virusun oyununa aldanırlar. Hüceyrə yeni DNT-nin yad olduğunu anlaya bilmir və onu nüvənin içinə daşıyır. Nüvəyə çatan virusun DNT-si buradakı DNT-yə qarışır. Bu məqamdan sonra da, hüceyrə zülal istehsal etdiyini zənn edib yeni virusun DNT-sini çoxaltmağa başlayır. Virusun DNT-si hüceyrənin DNT-sinə o qədər uyğun olur ki, hüceyrə fərqinə varmadan virus istehsalını davam etdirir.
Hüceyrənin bu vəziyyətin fərqinə varması olduqca çətindir: bunu ayırd edə bilməsi iyirmi cildlik ensiklopediyanın hər hansı bir səhifəsinə yerləşdirilmiş yarım sətirlik cümləni axtarıb tapmağa bənzəyir. Virus bu "ağıllı" üsulu sayəsində hüceyrənin mexanizminə qarışır və sanki hüceyrəyə aid bir hissəyə çevrilir.
Normal halda, hüceyrə özünə lazım olan və DNT-də şifrələri xüsusi kilidlərlə işarələnmiş zülallardan başqa heç bir zülalın (digər hüceyrələrlə əlaqədar zülalların belə) şifrəsini oxumur. Ancaq hüceyrə sanki ovsunlanmış kimi virus DNT-sinin şifrələrini oxuyub bu virusu istehsal etməyə başlayır. Virusun bunu necə bacardığını elm adamları hələ də müəyyən edə bilmirlər.
Bu hadisə hüceyrə üçün qaçılmaz fəlakətə çevrilir. Ölməkdə olan hüceyrə nüvədəki səhv kodlaşdırılmış proqramı istehsal etmək üçün bütün enerjisindən istifadə edir. Nəticədə ölür və parçalanır. Parçalanma ilə birlikdə çoxalmış viruslar o biri hüceyrələrə sıçrayır və özlərinə yeni qurbanlar tapırlar.
Əgər bədənin müdafiə mexanizmi olmasa, virus normal insanı bir neçə günə öldürə bilər. Bədənin müdafiə mexanizmi virusun bədənə girdiyini qısa müddətdə müəyyən edir və dərhal hücuma başlayır. Bunun sayəsində, adi bir soyuqdəymə virusu ilə asanlıqla ölə bilən insan həyatını davam etdirə bilir.
Allah insana gözlə görülməyəcək qədər kiçik varlıqla acizliyini göstərir
Virus müvəffəqiyyətlə hərəkət etmək üçün hüceyrəyə tam uyğun olmalıdır. Ortada bir həqiqət var: Allah virusları xəstəliyə səbəb olmaq üçün xüsusi olaraq yaratmışdır. İnsan bu cür çətinliklər sayəsində Allaha möhtac və aciz varlıq olduğunu daha yaxşı dərk edə bilir.
Allah virusları bəzən "ölüm səbəbi" kimi də istifadə edir. Milyonlarla insan sahib olduqları mallarından, yoldaşlarından, uşaqlarından və həyatlarından heç vaxt görə bilmədikləri viruslar səbəbindən ayrılmışdır. Bu gün müasir tibb xəstəliklərin bir çoxuna çarə taparkən, AİDS və ya ebola kimi yeni virusların qarşısında çarəsizdir.
Bütün bunlar üzərində düşünən insan Allaha qarşı acizliyinin fərqinə varacaq və bağışlanma diləyərək Rəbbimizə yönələcək. Allah Ona yönələrək tövbə edənləri bağışlayacağını bir ayəsində belə xəbər verir: