BİR AYƏ, BİR İZAH: “MAİDƏ” SURƏSİ, 50
ucgen

BİR AYƏ, BİR İZAH: “MAİDƏ” SURƏSİ, 50

1646

Onlar hələ də cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim­ ola bilər? (Maidə surəsi, 50)

Ayədə yeganə hakimin Allah olduğu xəbər verilir. İman gətirənlər üçün yeganə yol göstərici Allahın elçiləri və Allahın sözü olan Qurandır. Quranda inananların: “O, hər şeyin Rəbbi ikən, mən Allahdan başqa bir Rəbmi axtarım?” (Ənam surəsi, 164) - dedikləri bildirilir.

İman gətirənlər həmişə Allahın əmrlərinə uyğun hərəkət edir, Quranda qadağan edilmiş hər düşüncə və rəftardan çəkinirlər. Hər hansı bir işi görərkən və ya bir qərar verərkən o mövzu haqqında Allahın nə əmr etdiyini düşünür, dərhal Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə müraciət edirlər. Öz həvəs və istəklərinə, yaşadıqları cəmiyyətin və ya atalarının adət-ənənəsinə görə deyil, yalnız Allahın əmrlərinə görə hərəkət edərlər.

Allahı yeganə hakim kimi qəbul etməyən, Allahın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən başqa hökmlər qoyan insanlar doğru yoldan azmışdır (Allahı tənzih edirik). Bu insanlar cəmiyyət tərəfindən qəbul edilən batil qaydaları (Allahı tənzih edirik) Allahın hökmlərindən üstün hesab edirlər. Vicdanları qəbul etsə də, qürurlarından ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Bəzi insanların səhv dünyagörüşləri Allahın dinini qəbul etmələrinə və iman gətirmələrinə mane olur. Halbuki Quran əxlaqına uyğun olmayan hər düşüncə və hər rəftar yanlışdır. İnsanların axirətdə Allahın hökmləri ilə sorğuya çəkiləcəkləri Quranda bildirilmişdir.

İman gətirən bir insan üçün bütün insanların hansı inanca sahib olduqları, dinlərini necə tətbiq etdikləri qətiyyən əhəmiyyətli deyil. Əhəmiyyətli olan Allahın Quranda insanlara bildirdiyi əmrlər və Peyğəmbərimizin (s.ə.v) tətbiqidir. Quran endirildiyi dövrdə Allah insanların bir çoxunun batil inanclarını ortadan qaldırmışdır. İnsanların o dövrdə söylədikləri sözlər, atdıqları böhtanlar və düşmən rəftarları Peyğəmbərimizin (s.ə.v) din əxlaqını yaşamasına mane olmamışdır. Hal-hazırda da iman gətirənlər Allaha, Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə bağlanmalı, Allahın Quranda bildirdiklərindən başqa yol axtarmamalıdırlar.

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo