Mustafa Karaman hoca 9 fevral 2013-cü il tarixindəki çıxışında risalələr ilə əlaqəli ard-arda xətalı şərhlər edir.
Ustad Sünuhatın “YUXUDA XİTABƏ” olaraq adlandırdığı hissəsində 1916-cı ildə Rüyayı-Sadıka yəni dünyada həqiqiliyi ortaya çıxan sadiq yuxu olaraq adlandırdığı bir yuxusunu demişdir. Yuxusunda möhtəşəm məclisə girdiyini, məclisdən bir şəxsin ona “EY FƏLAKƏT, HƏLAKƏT ƏSRİNİN ADAMI, SƏNİN DƏ RƏYİN VAR. FİKRİNİ BƏYAN ET.” deyə xitab etdiyini izah edir.
Ancaq Mustafa Karaman hoca, Mehdiyyət məsələsini izah etdiyi zamanda, Ustad Həzrətlərinin bu izahatını da yenə səhv izah edərək özünü dinləyən yüzlərlə insanı yanlış istiqamətləndirir.
Mustafa Karaman hoca; Bədiüzzaman həzrətləri üçün söylənilən; “Fəlakət əsrinin adamısan” ifadəsini “YƏNİ HƏRBİ UMUMİYYƏNİ GÖRDÜN” şəklində izah edir. Bu açıqlama qismən doğrudur. Ancaq Karaman hoca, daha sonra keçən; “EY FƏLAKƏT, HƏLAKƏT ƏSRİNİN ADAMI, SƏNİN DƏ RƏYİN VAR. FİKRİNİ BƏYAN ET.” ifadəsindəki “...HƏLAKƏT (YIXILMA-MƏHV OLMA) ƏSRİNİN ADAMI...” ifadəsini həqiqi mənasından uzaqlaşdıraraq; “YƏNİ BU XİTAB QİYAMƏTƏ QƏDƏR SƏNİN DAVAN KEÇƏRLİ, DİGƏRLƏRİ SƏNİN KÖLGƏNDƏ QALACAQ MƏNASINA GƏLİR” şəklində izah edir. Halbuki, həlakət kəlməsi Nur tələbələrinin öz saytlarında belə izah olunur:
Görüldüyü kimi “HƏLAKƏT” sözünün mənası süqut, məhv olma mənasını verdiyinə baxmayaraq Karaman hoca neyəsə bu ifadə tamamilə şəxsi və emosional izahatla tələbələrinə açıqlayır və ustadın risalədə nəzərdə tutduğu mənanı əslindən uzaqlaşdırır.
Ancaq bu vəziyyət, Osmalıcaya və risalələrə hakimiyyətləri zəif olan bir qisim qulaq asanlar tərəfindən hiss edilmir.
Aralarından tək bir insan çıxıb Mustafa Karaman hocaya;
· “Hocam Həlakət sözü “Yıxılma, məhvolma” mənasındadır. Siz necə həlakət əsrinin adamı ifadəsini “qiyamətə qədər sənin davan keçərli digərləri sənin kölgəndə qalacaq” şəklində təfsir edirsiniz?
· Ustadımız Risalələrində həlakət sözünü həmişə dağılma, məhv olma mənalarını verəcək şəkildə istifadə edilmiş, siz mənasını tamamilə dəyişərək insanları səhv istiqamətləndirirsiniz.
· Hər kəs bu şəkildə özünə görə bir məna çıxarsa Risalələrin nüfuzu təhlükəyə düşməz mi? deyə soruşmur.
Ayrıca Bədiüzzaman həzrətləri Mustafa Karaman hocanın söylədiyi kimi sadəcə I Dünya Müharibəsini və o dövrün çətinliklərini yaşamaqla da qalmamışdır. Ustad həzrətləri, II Dünya Müharibəsini, Balkan Müharibələrini, Qurtuluş Savaşını da görmüşdür. Sözügedən müharibələrin özləri ilə gətirdiyi hər cür çətinliyi, fəlakəti, dağıntını da şəxsən yaşamış möhtərəm şəxsdir.
Bədiüzzaman Səid Nursi həzrətlərinin yaşadığı dövr dünya üzərində çox qanlı, sıxıntılı, yoxluq və səfalət dolu fəlakətlər və həlakətlər dövrüdür. Texnologiya çox geri səviyyədədir. Ən qabaqcıl xəbərləşmə texnologiyası teleqramdır. Ölkələrin iqtisadiyyatları və sənayeləri müharibələr və dağıntıların təsiri ilə çökmüşdür. Kommunizmin, faşizmin, ateizmin, darvinizmin, materialist düşüncənin qanlı aksiyalarını zirvə nöqtəsinə çıxardıqları, Avropa və Rusiyada əli qanlı diktatorların bəşəriyyəti dinsizlik ruhu ilə pərişan etdiyi qaranlıq dövrdür. Vətənimizdə də qurtuluş mübarizəsinin davam etdiyi çətin dövrdür. Bədiüzzaman Həzrətlərinin həyatı da məhz bu müharibələr, yoxsulluq və qıtlıqlar içində keçmişdir.
MƏHZ BU SƏBƏBLƏRDİR Kİ, USTADIMIZ FƏLAKƏT VƏ HƏLAKƏT ƏSRİNİN XADİMİDİR.
BELƏLİKLƏ, MUSTAFA KARAMAN HOCAMIZIN DEDİYİ KİMİ BİR BAHAR ŞƏRAİTİNDƏ DEYİL, BƏDİÜZZAMAN HƏZRƏTLƏRİNİN BİLDİRDİYİ KİMİ BİR QIŞ ŞƏRAİTİNDƏ YAŞAMIŞDIR.
Bədiüzzaman həzrətlərinin yaşadığı vaxt Leninin, Stalinin, Çarlz Darvinin, Mussolininin, Hitlerin dövrüdür. Ustadımızın sözü ilə bu dövrdə; “elmi və fəlsəfi cərəyanların güclü təsiri nəticəsində; Maddiyyun yəni materializm və tabiyyun, yəni darvinizm və ateizm bəlaları insanlar arasında yayılmışdır. Bunun nəticəsi olaraq da, bəşəriyyət dəhşətli fəlakətlərə və dağıntılara məruz qalmışdır.
Ustad həzrətləri, öz dövründə bütün dünyanı xərçəng kimi bürüyən bu dinsizlik cərəyanlarını fikrən ortadan qaldıracaq olan insanın sonra gələcək olan axır zamanın böyük Mehdi olduğunu açıqlayır.
…Və onun (hz. Mehdi (ə.s)-ın) üç böyük vəzifəsi olacaq:
Birincisi: FƏNN VƏ FƏLSƏFƏNİN TƏSİRİ İLƏ VƏ MADDİYYUN (materializm) VƏ TABİİYYUN (Darvinizm) TAUNU (VƏBASININ) BƏŞƏRİYYƏT İÇİNƏ YAYILMASI İLƏ, HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MATERİALİZM, DARVİNİZM VƏ ATEİZM EPİDEMİYASI FİKRİNİ TAMAMİLƏ SUSDURACAQ BİR TƏRZDƏ İMANI XİLAS EDİR... Emirdağ Lahikası, səhifə, 231
Ancaq bu böyük hadisənin özündən 100 il sonra baş verəcək Axır zamanda, yəni insanlarla ünsiyyətin, texnoloji proseslərin, nəqliyyatın, sənayedəki addımların ən yüksək səviyyəyə çatacağı inkişaf etmiş bir dövrdə baş verəcəyini də deyir.
... Ta Axırzamanda, həyatın geniş əhatəsində, əsl sahibləri, yəni Mehdi və şagirdləri Allahın izni ilə gələr, o dairəni genişləndirər və o toxumlar sünbüllənər. Bizlər də qəbrimizdə seyr edib Allaha şükür edərik.
Kastamonu Lahikası, səhifə 72, Tarihçe-i Hayat, səhifə 258, Hizmet Rehberi, səhifə 267, Sikke-i Tasdik-i Gaybi, səhifə 153)
Hz. Mehdi (ə.s)-ın şəxsən özü dəccaliyyət ilə də çox ciddi fikri mübarizə içində olacaqdır.
Bədiüzzaman həzrətləri dövründə Darvinizm, Kommunizm, ateizm kimi dinsiz fəlsəfələrin yandırıb-yaxdığı dünya, Ustadımızdan 100 il sonra gələcək olan hz. Mehdi (ə.s) yenidən canlandıracaqdır.
Belə ki, Mustafa Karaman hoca həlakət əsrinin adamı xitabını qiyamətə qədər Bədiüzzaman həzrətlərinin davası keçərli digərləri onun kölgəsində qalacaq şəklində izah edərək böyük səhv edir. Bədiüzzaman həzrətləri özündən 100 il sonra gələcək olan hz. Mehdi (ə.s)-ın gəlmiş-keçmiş ƏN BÖYÜK MÜCTƏHİD, ƏN BÖYÜK MÜCƏDDİD, HAKİM, MÜRŞİD VƏ QÜTBÜ ƏZAM olacağını söyləyir.
... Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə ƏN BÖYÜK MÜCTƏHİD (ehtiyac yarananda ayələrdən hökm çıxaran böyük İslam alimi) həm ƏN BÖYÜK MÜCƏDDİD (Hər əsrin başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən), həm HAKİM, həm MEHDİ həm MÜRŞİD həm QÜTBÜ ƏZAM (Müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR NURANİ ŞƏXSİ GÖNDƏRƏCƏK və O ŞƏXS də, ƏHLİ BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQDIR. (Məktubat, 29-cu məktub, 7-ci Risalə olan 7-ci bölmə, səhifə 411-412)
Ancaq Ustad həzrətlərinin bu açıq ifadəsinə baxmayaraq, Mustafa Karamanın “həlakət əsrinin adamı demək; digərləri Bədiüzzamanın kölgəsində qalacaq deməkdir” şəklində çox yanlış izah verməsi Ustad həzrətlərinə haşa; “Sən yalan söyləyirsən, doğrusunu mən bilirəm” deməklə eyni mənaya gəlir.
Halbuki;
1) Bədiüzzaman Həzrətləri ən böyük müctəhid və ən böyük mücəddid deyil. Öz zamanında ictihad edilə bilməyəcəyini ancaq hz. Mehdi (ə.s)-ın ictihad edəcəyini ifadə etmişdir. İmam Şafiyə bağlıdır. Həyatı boyu İmam Şafi həzrətlərinin ictihadlarına əməl etmişdir. Halbuki Mehdi (ə.s) gəlmiş-keçmiş ən böyük müctəhid və ən böyük mücəddid olacaqdır. YALAN MI?
BU SÖZLERİN HAMISINDA USTAD HƏZRƏTLƏRİ YALAN MI SÖYLƏDİ? BUNU MU İDDİA EDİRSİNİZ?
“...Əvvəla: MƏN ŞAFİİYƏM...” (Əmirdağ Lahikası, s. 38)
“...Həm XÜSUSİ ŞAFİİCƏ İBADƏTİMƏ...” (Böyük Tarihçə-i Həyat, s. 202)
“...Yalnız bu qədər var. MƏN ŞAFİİYƏM...” (Böyük Tarihçə-i Həyat, s. 206)
“...hətta məscidimə və ibadətimə təcavüz edildi. ŞAFİİLƏRƏ GÖRƏ, TƏSBİHAT İÇİNDƏ KƏLİMEYİ TÖVHİDİN TƏKRARI SÜNNƏT İKƏN, MƏNƏ TƏRK ETDİRİLMƏYƏ ÇALIŞILDI...” (Məktubat, səh. 346)
1) Ustad həzrətləri hakim olmamışdır. İslam aləminin xəlifəsi də olmamışdır. Mehdi (ə.s) İslam aləminin mənəvi xəlifəsi olacaqdır. Bu da mı yalan?
2) Bədiüzzaman həzrətləri həyatın geniş dairəsində deyil dar dairəsində xidmətini davam etdirmişdir. Bu da mı yalan?
3) Yaşadığı dövrdə Materializm, Darvinizm, kommunizm, ateizm kimi dinsiz fəlsəfələr qiymət tapmış və inkişaf etmişdir. Halbuki hz. Mehdi (ə.s) bütün bu dinsiz fəlsəfələri fikrən tamamilə susduracaqdır. Bu da mı yalan?
4) Bədiüzzaman həzrətləri üç böyük vəzifədən birini yalnız bir cəhətdən etdiyini özü söyləmişdir. hz. Mehdi (ə.s) şəxsən bu üç böyük vəzifəni bir arada yerinə yetirəcəkdir. Bu da mı yalan?
5) Öz deyimi ilə qışda gəlmişdir və baharda gələcək olan hz. Mehdi (ə.s) və tələbələrinə zəmin hazırlamışdır. Bu da mı yalan?
6) İttihadi İslamı təsis etməmişdir. Bu da mı yalan?
7) Yaşadığı dövrdə hz. İsa (ə.s) nüzul etməmişdir. Bu da mı yalan?
8) Dindar xristianlar ilə geniş əhatəli ittifaq təmin olunmamışdır. Bu da mı yalan?
9) Dəfələrlə hz. Mehdi (ə.s)-ın özündən 100 il sonra yəni Hicri 1400-cü ildə zühur edəcəyini söyləmişdir. Bu sözlərin hamısında da Bədiüzzaman həzrətləri “yalan mı söylədi” deyirsiniz?
İSTİKBAL-İ DÜNYƏVİYYƏDƏ (dünyanın gələcəyində)
1400 İL SONRA GƏLƏCƏK bir
HƏQİQƏTİ əsrlərində KARİB (yaxın) ZƏNN ETMİŞLƏR.
(Sözlər, səh. 318)
İNDİ YADA DÜŞDÜ Kİ, ƏGƏR ŞƏDDƏLİ (lam) LAR və (mim) İKİ DƏFƏ SAYILSA, BUNDAN BİR ƏSR SONRA ZÜLMÜ DAĞIDACAQ ŞƏXSLƏR İSƏ, HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR…
(Sikkə-i Təsdiq-i Qaybi, səh.131-132)
HƏQİQİ GÖZLƏNİLƏN və BİR ƏSR SONRA
GƏLƏCƏK OLAN O ŞƏXS belə bu zamanda gəlsə...
(Kastamonu Lahikası, səh. 57)
Ayrıca Bədiüzzaman həzrətləri hz. Mehdi (ə.s)-ın əvvəlində ona şərait hazırlayan xidmətçisi olduğunu da söyləyir:
... o irəlidə gələcək acib (Təəccüb və heyrət doğuran şey; bənzəri görülməyən; qəribə) şəxsin (hz. Mehdi (ə.s)-ın)) bir xidmətçisi və ona (HZ. MEHDİ (Ə.S)-a)) yer hazır edəcək olan bir dümdarı (ordunun geridən gələn polis qüvvəsi) və o böyük sərkərdənin pişdar (qabaqcıl) bir nəfəri (əsgəri) olduğumu zənn edirəm. ...
(Barla Lahikası, səh. 162)
BU DA MI YALAN?
Buna görə də biz başqalarının fikirlərinə deyil, Ustad həzrətlərinin şəxsən öz qələmindən çıxan sözlərinə inanırıq.
Buna görədir ki, Mustafa Karaman hocamız Ustadımızın son dərəcə açıq olan izahatlarına şərh etməyi buraxmalıdır, əlavələr çıxarışlar etməkdən əl çəkməlidir. Çünki əksi təqdirdə həm ayıb, həm də günahdır.