Məşhur həkim və eyni zamanda da həvəskar paleontoloq olan Çarlz Douson, 1912-ci ildə, İngiltərədə Piltdaun yaxınlarındakı çuxurda, çənə sümüyü və kəllə parçası tapdığı iddiasıyla ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Ələ keçərilən fosillərə “Piltdaun insanı” adı verildi, 500 min illik tarix biçildi və fosil insanın xəyali təkamülünə ən əhəmiyyətli dəlil olaraq İngiltərədəki “British Museum”da sərgilənməyə başladı. 40 ildən çox müddət boyunca haqqında bir çox elmi məqalələr yazıldı, şərhlər edildi və şəkillər çəkildi. Dünyanın fərqli universitetlərindən 500-dən çox alim, Piltdaun insanı üzərinə doktorantura tezisi hazırladı.
Məşhur amerikalı paleoantropoloq H. F. Osborn da 1935-ci ildə “British Museum”u ziyarətində, “Təbiət sürprizlərlə dolu; bu, insanlığın tarix əvvəli dövrləri haqqında əhəmiyyətli görüşdür” deyirdi.
Halbuki Piltdaun Adamı, böyük saxtakarlıq, şüurlu şəkildə edilmiş böyük hiylə idi.
1949-cu ildə isə “British Museum”un paleontologiya hissəsindən Kened Okley yeni yaş təyin etmə üsulu olan “flüor testi” metodunu, bəzi köhnə fosillər üzərində sınamaq istədi. Bu üsulla, Piltdaun Adamı fosili üzərində də sınaq edildi. Edilən testdə Piltdaun Adamının çənə sümüyünün heç flüor ehtiva etmədiyi aydın oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flüor ehtiva edən kəllə isə yalnız bir neçə min illik olmalı idi.
Flüor metoduna əsaslanaraq edilən sonrakı xronoloji tədqiqatlar, kəllənin ancaq bir neçə min illik olduğunu ortaya çıxardı. Çənə sümüyündəki dişlərin isə süni olaraq aşındırıldığı, fosillərin yanında olan primitiv vasitələrin də polad alətlərlə yonulmuş adi təqlid olduğu aydın oldu.
Vinerin etdiyi təfərrüatlı analizlərlə bu saxtakarlıq 1953-cü ildə qəti olaraq elan edildi. Kəllə 500 il yaşında insana, çənə sümüyü də yeni ölmüş oranqutana aid idi! Dişlər, insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və sıralanmış, oynaq yerləri də törpülənmişdi. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark, “Dişlər üzərində köhnəlmə təəssüratını vermək üçün süni olaraq oynanmış olduğu o qədər açıq ki, necə olar da bu izlər diqqətdən qaçmış ola bilər?” deyərək qarışıqlığını gizləyə bilmirdi.
Bu təəccüblü gerçəyi elmi yazar Henk Heyeqraf bu şəkildə dilə gətirmişdi:
Marvin Lubenovun şərhlərinə görə: “Alt çənədəki oranqutan dişlərinin üzərindəki törpü izləri açıqca görünən şəkildə idi. Azı dişləri səhv şəkildə düzülmüşdü və iki fərqli baxımdan törpülənmişdi. Köpək dişi də iki fərqli baxımdan törpülənmişdi. Köpək dişi elə dərin şəkildə törpülənmişdi ki, diş ətinin çuxuru ortaya çıxmış sonra içi doldurulmuşdu.”
Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun Adamı ilə əlaqədar bu böyük yalanı, “1912-ci ildəki Piltdaun Adamı saxtakarlığı, bütün elmi saxtakarlıqların ən müvəffəqiyyətli və ən xaincələrindən biridir.”84 şəklində şərh edirdi.
Bu təəccüblü və darvinistlər adına utancverici kəşfin ardından Piltdaun Adamı, 40 ildən çox müddətdir sərgilənməkdə olduğu “British Museum”dan tələm-tələsik çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli ölçülərdə idi ki, 40 il boyunca əl istehsalı bir fosil bütün elm çevrələrini və bütün insanlığı aldatmışdı. Şübhəsiz bu, təkamül tarixindəki ən böyük quru ləkələrdən biri olaraq yerini alacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipmen bu böyük yalanın təsirini bu şəkildə təsvir edirdi:
Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri, bu fosillərin hiyləylə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə yəni 1953-cü ilə qədər, paleoantropologiyanın ən böyük beyinlərinin bir çoxunu aldatdı.
Jurnalist, yazar və filosof Malkolm Maqriç isə Piltdaun Adamı fosili kimi saxtakarlıqlarla dəstək olunmağa çalışılan darvinizmin bütün insanlığı saldığı vəziyyəti bu sözlərlə təsvir edirdi:
Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq olunduğu sahələrin, gələcəkdə tarix kitablarındakı ən böyük zarafat mövzularından biri olaraq yerini alacağına əmin oldum. Gələcək nəsillər, olduqca zəif və şübhəli fərziyyənin inanılmaz saflıqla qəbul edilə bilməsini təəccüblə qarşılayacaqlar...
Piltdaun saxtakarlığı, özlərincə yaradılış inancını zehinlərdən silə bilmək, insanın təsadüfən, öz başına, məsuliyyətsizcə meydana gəldiyi yalanına insanları inandıra bilmək üçün reallaşdırılmış, dəccal sistemi olan masonluğun oyunudur. Lakin Allahın möhtəşəm yaradışı və bənzərsiz əsərləri elə açıq və diqqətə çarpandır ki, günümüzün elmi ilə gəlinən nöqtədə bunların görülməməsi mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu bihudə səyləri, onu və təqibçilərini hörmətdən salır, darvinizm yalanının böyük müvəffəqiyyətsizlik olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah, insanı necə yaratdığını ayələriylə xəbər vermişdir və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq şəkildə göstərir:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)